Vegeterian mətbəx və vegeterianlar dünyada kifayət qədər artsa da, Azərbaycanda o qədər də geniş yayılmayıb. Yeməklərimiz əksəriyyətinin ətdən hazırlandığını, toplum olaraq ət yeməklərini sevdiyimizi nəzərə alsaq, bu o, qədər də təəccüblü deyil. Lakin şəhərdə vegetarian mətbəx təqdim edən restoranlar tək-tük də olsa, gözə dəyir.
Əgər kafe və restoranlar açılırsa, demək ki, vegeterianların sayında da az da olsa, artım var.
Veqanlar kimlərdir?
Veqanizm ət, yumurta, süd məhsulları və heyvanlardan əldə edilən digər məhsullar istisna olmaqla saxlanılan pəhrizdir. Veqanlar heyvan mənşəli qidalar, həmçinin, təmizlənmiş ağ şəkər və heyvan məhsulları qatılaraq hazırlanmış spirtli içkilərdən imtina edirlər. Onlar bu qidalanma yolu və ya pəhrizlə özünə diqqət edən insanlardırlar.
Veqan pəhrizinə bütün taxıl, paxla, tərəvəz və meyvə məhsulları aiddir. Təxminən sonsuz sayda qidaları özündə birləşdirir. Bundan əlavə, tanış qidaların çoxunun veqan versiyaları mövcuddur. Belə ki, daha çox tanış olan vegeterian burgerlərlə yanaşı, dondurma, pendir və veqan mayonezini də yemək mümkündür.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, vegeterianlıqla bağlı Lamiyə Səfərovanın dediyinə görə, 1 ildən çoxdur, veqandır: "Tərəvəz yeməklərində ən sevdiyim onların rəngli və canlı olmasıdır. Yediyiniz yeməkdən sonra özünüzü daha canlı hiss etmirsinizsə, yedikləriniz barədə bir daha düşünməlisiniz.
Uşaqlıqda ət yemişəm, daha sonra qırmızı ətdən imtina etmişəm, 3 il vegetarian olmuşam, 1 ildən çoxdur isə veganam. Həyatımda özümü bu qədər həm fiziki, həm mental möhtəşəm hiss etdiyim vaxt olmamışdı. Məni ən çox cəlb edən isə elə budur və düşünmürəm ki, nə zamansa dəyişəm".
L. Səfərova bütün qidaların sağlam formada hazılanmalı olduğunu deyir: "Tək vegan cook yox, nə hazırlayırsınız hazırlayın, amma sağlam şəkildə hazırlamağa önəm verməlisiniz. Bütün yağlardan istifadə etməyin, ürək-damar xəstəliklərinin ən böyük səbəbi əlimizə keçən yağları elə nə qədər gəldi istifadə etməyimizdir. İstiliyə davamlı olan və tez oksidləşməyən yağlardan istifadə etmək lazımdır. Məsələn, kokos yağı, deyə bilərsiniz bahadır və s., ancaq sağlamlığınızdan bahalı heç nə yoxdur və fəsadlar yaranandan sonra aldığımız dərmanlar o qidalardan qat-qat bahadır. İstifadə etdiyimiz duzlara da fikir vermək lazımdır. Rafinə edilmiş duzlardan istifadə etməyin. Himalay duzunu da tövsiyə edərdim".
Veqan xanımın sözlərinə görə, Azərbaycanda ən məşhur vegetarian yeməyi əcəbsəndaldır: "Veqana bütün mətbəxlərdə rast gəlinir. Sadəcə iqlimi yaxşı olan ölkələrdə həmişə mövsumi meyvə, tərəvəzlər yetişir. Elə o ölkələrdə də bu mətbəx daha zəngindir.
Azərbaycanda tərəvəz yeməklərindən ən məşhuru əcəbsandaldır. Müxtəlif bölgələrdə müxtəlif adı və tərkibi ola bilər. Ən çox isə lobya bişiririk. Daha sonra lobyalı aş, boyanalı aş, manqal salatı, göy qovurma var. Mən özüm bütün yeməkləri veqanlaşdırıb bişirmişəm, düşbərədən dolmaya qədər..."
L. Səfərova veqanların sayının Azərbaycanda çox olmadığını bildirib: "Son illəri Azərbaycanda yaşamamışam, ancaq gələndən veqan qruplarla tanış olmuşam. Çox deyilik, amma varıq, zamanla daha da artacağımıza ümid edirəm.
"Nə yeyirsənsə, osan" deyə bir ifadə var, çox düzgün ifadədir, nə yeyib içdiyinizə, bədəninizə nə qoyduğunuza diqqət yetirin.
Ətrafda nə qədər stressli, depressiv vəziyyətdə adamlar var, yəqin ki, ağıllarına gələn ən son şey sağlam yemək barədə düşünməkdir, neçə illərdir, sağlam yeməklə maraqlanan və bunun möhtəşəm nəticələrini görən biri kimi deyə bilərəm ki, sağlamlığınız, gözəlliyiniz, məhsuldarlığınız və xoşbəxtliyiniz boşqabınızdan başlayır".
XƏBƏR LENTİ
HAVA necə olacaq? 6 İyun
Şahmatçımız olimpiya çempionu olub
Əhvala uyğun idman növü
Daxili Qoşunlarda aparılan yoxlamaların nəticələri açıqlandı
"Güzəştli mənzil" sistemi yaradılır
Okean dırnaq dəbi
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Ailə anlayışının tarixi və funksiyaları
Məşhur model yeni reklama çəkildi-FOTO
Sobada tərəvəzli salat (foto resept)
Günün qoroskopu: dözümlü və səbrli olun
Vatsapda MÜKƏMMƏL YENİLİK
Bu axşam 6 000 nəfərlik iftar süfrəsi açılacaq
HAVA necə olacaq?- 17 fevral
Şokoladlı-çiyələkli keks
Azərbaycanlı həkimdən ŞOK PROQNOZ: Hər kəs virusa yoluxacaq və onların 35 faizi... - VİDEO
Gözəllik ondur,doqquzu dondur
İnsanlardan inciməmək üçün nə edək?
"Ağıllı" telefonların ağlı oynadan əmmaları
Novruz bayramı günlərində əhali hansı regionlarda istirahətə üstünlük verir?
Kamran Əliyev Azərbaycanın baş prokuroru təyin edildi - SƏRƏNCAM
Gözəl qadına 500 milyon dollarlıq bəzək vuruldu
Azərbaycan-Rusiya sərhədindəki vətəndaşlarımızla bağlı AÇIQLAMA
Putindən növbəti Qarabağ addımı
Vilayət Eyvazov generala yüksək vəzifə verdi
Tarkan qızından danışdı: "Gün sayıram"
Hörümçəyin hipnoz edən baxışları
"Yeteneksizsiniz"də Bakıdan kadrlar
Dərimizi soyuqdan qoruyaq
Daha top atmırlar...
Yüz minlərlə erməniyə Rusiyadan qadağa
Bu da Hennessey Cadillac
Pendirli poğaça (video-resept)
"Mario" qasırğası paytaxtda həyatı iflic etdi
Qozlu peçenye (foto resept)
İnstagram fenomeni sərvət toplayır-FOTO
Rus rublu “ölür”
26 yaşlı şeyx dünyanı heyrətləndirdi
Şeyma Subaşı ETİRAF ETDİ-FOTO
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib
Yataq örtükləri
Bakının küçələrindən biri dəyişir - XƏRİTƏ
Köpək sahibini təkrarlayır-FOTO
Azərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasına icazə verildi - RƏSMİ + VİDEO
Sağlam qocalın(2)
Fərqli yumurta hazırlanması (foto resept)
DİM imtahan nəticələrini elan etdi
Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq
Ermənilər qəsdən Şuşa meşələrini yandırır - RƏSMİ