Qadin.NET / İllərdir ət yeməyən azərbaycanlı qız

İllərdir ət yeməyən azərbaycanlı qız

İllərdir ət yeməyən azərbaycanlı qız


Vegeterian mətbəx və vegeterianlar dünyada kifayət qədər artsa da, Azərbaycanda o qədər də geniş yayılmayıb. Yeməklərimiz əksəriyyətinin ətdən hazırlandığını, toplum olaraq ət yeməklərini sevdiyimizi nəzərə alsaq, bu o, qədər də təəccüblü deyil. Lakin şəhərdə vegetarian mətbəx təqdim edən restoranlar tək-tük də olsa, gözə dəyir.

Əgər kafe və restoranlar açılırsa, demək ki, vegeterianların sayında da az da olsa, artım var.

Veqanlar kimlərdir?

Veqanizm ət, yumurta, süd məhsulları və heyvanlardan əldə edilən digər məhsullar istisna olmaqla saxlanılan pəhrizdir. Veqanlar heyvan mənşəli qidalar, həmçinin, təmizlənmiş ağ şəkər və heyvan məhsulları qatılaraq hazırlanmış spirtli içkilərdən imtina edirlər. Onlar bu qidalanma yolu və ya pəhrizlə özünə diqqət edən insanlardırlar.

Veqan pəhrizinə bütün taxıl, paxla, tərəvəz və meyvə məhsulları aiddir. Təxminən sonsuz sayda qidaları özündə birləşdirir. Bundan əlavə, tanış qidaların çoxunun veqan versiyaları mövcuddur. Belə ki, daha çox tanış olan vegeterian burgerlərlə yanaşı, dondurma, pendir və veqan mayonezini də yemək mümkündür.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, vegeterianlıqla bağlı Lamiyə Səfərovanın dediyinə görə, 1 ildən çoxdur, veqandır: "Tərəvəz yeməklərində  ən sevdiyim onların rəngli və canlı olmasıdır. Yediyiniz yeməkdən sonra özünüzü daha canlı hiss etmirsinizsə, yedikləriniz barədə bir daha düşünməlisiniz.

Uşaqlıqda ət yemişəm, daha sonra qırmızı ətdən imtina etmişəm, 3 il vegetarian olmuşam, 1 ildən çoxdur isə veganam. Həyatımda özümü bu qədər həm fiziki, həm mental möhtəşəm hiss etdiyim vaxt  olmamışdı.  Məni ən çox cəlb edən isə elə budur və düşünmürəm ki, nə zamansa dəyişəm".

L. Səfərova bütün qidaların sağlam formada hazılanmalı olduğunu deyir: "Tək vegan cook yox, nə hazırlayırsınız hazırlayın, amma  sağlam şəkildə hazırlamağa önəm verməlisiniz. Bütün yağlardan istifadə etməyin, ürək-damar xəstəliklərinin ən böyük səbəbi əlimizə keçən yağları elə nə qədər gəldi istifadə etməyimizdir. İstiliyə davamlı olan və tez oksidləşməyən yağlardan istifadə etmək lazımdır. Məsələn, kokos yağı, deyə bilərsiniz bahadır və s., ancaq sağlamlığınızdan bahalı heç nə yoxdur və fəsadlar yaranandan sonra aldığımız dərmanlar o qidalardan qat-qat bahadır. İstifadə etdiyimiz duzlara da fikir vermək lazımdır. Rafinə edilmiş duzlardan istifadə etməyin. Himalay duzunu da tövsiyə edərdim".
Veqan xanımın sözlərinə görə, Azərbaycanda ən məşhur vegetarian yeməyi əcəbsəndaldır:  "Veqana bütün mətbəxlərdə rast gəlinir. Sadəcə iqlimi yaxşı olan ölkələrdə həmişə  mövsumi meyvə, tərəvəzlər yetişir. Elə o ölkələrdə də bu mətbəx daha zəngindir.

Azərbaycanda tərəvəz yeməklərindən ən məşhuru əcəbsandaldır. Müxtəlif bölgələrdə müxtəlif adı və tərkibi ola bilər. Ən çox isə lobya bişiririk. Daha sonra lobyalı aş, boyanalı aş, manqal salatı, göy qovurma var. Mən özüm bütün yeməkləri veqanlaşdırıb bişirmişəm, düşbərədən dolmaya qədər..."

L. Səfərova veqanların sayının Azərbaycanda çox olmadığını bildirib: "Son illəri Azərbaycanda yaşamamışam, ancaq gələndən veqan qruplarla tanış olmuşam.  Çox deyilik, amma varıq, zamanla daha da artacağımıza ümid edirəm.

"Nə yeyirsənsə, osan" deyə bir ifadə var, çox düzgün ifadədir, nə yeyib içdiyinizə, bədəninizə nə qoyduğunuza diqqət yetirin.

Ətrafda nə qədər stressli, depressiv vəziyyətdə adamlar var, yəqin ki, ağıllarına gələn ən son şey sağlam yemək barədə düşünməkdir, neçə illərdir, sağlam yeməklə maraqlanan və bunun möhtəşəm nəticələrini görən biri kimi deyə bilərəm ki, sağlamlığınız, gözəlliyiniz, məhsuldarlığınız və xoşbəxtliyiniz boşqabınızdan başlayır".

30 oktyabr 2017
GO BACK