E.Lazko bu ilin fevral ayında D.Ağayeva ilə görüşdüyünü, onun ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş münaqişə zamanı baş vermiş Xocalı qətliamında məruz qaldığı vəhşilikləri dinlədiyini, dərindən mütəəssir olduğunu bildirir. O, etiraf edir ki, fevral ayında keçirilən görüşə qədər Xocalının dünyaya haray salan ağrı-acısından xəbəri olmayıb. Ancaq D.Ağayevaya qulaq asdığı zaman bu faciənin dəhşətləri ilə tanış ola bilib.Müəllif özünün yəhudi əsilli amerikalı olduğunu, vaxtilə ailə üzvlərinin yəhudi soyqırımına - Holokosta məruz qaldığını, bu baxımdan da D.Ağayevanın çəkdiyi məşəqqəti, yaşadığı travmaları daha yaxşı hiss edə bildiyini qeyd edir və yazır: "Ancaq bizim ailələrimiz müəyyən mənada şanslı idilər. Çünki yəhudilərin başına gələnlər barədə dünyanın məlumatı olub və indi də var. Bu məlumatın yayılmasına xidmət edən institutlar, muzeylər və qurumlar fəaliyyət göstərir. ...Ancaq Dürdanə ilk dəfədir ki, öz hekayəsini danışır".Müəllif D.Ağayevanın Azərbaycandan müsəlman qadın olduğuna diqqət çəkərək, əsirlikdə başına gələnləri dilə gətirməyin onun üçün asan olmadığını vurğulayır və bildirir: "Bütün potensial dini, mədəni və ünsiyyətlə əlaqədar sədlərə baxmayaraq, Dürdanənin məruz qaldığı dəhşətlər və güclü iradəsi bizi - onun amerikalı qadın dinləyicilərini birləşdirdi".Sonda müəllif bildirir: "Mən yalvarıram ki, Dürdanənin cəsarətli şəkildə, heç bir qorxu duymadan könüllü olaraq öz başına gələnləri danışması biz qadınları silkələsin, onun həyatda qalmaq mübarizəsi digər danışılmamış hekayələrə də işıq salsın və dünya tezliklə Xocalı qətliamında həyatını itirənləri tanısın, onların yasını tutsun və bu qurbanları yad etsin".E.Lazko qadın hüquqları və cəmiyyətdə gender problemləri üzrə ixtisaslaşan, bu sahədə müxtəlif KİV-lərdə tez-tez çıxış edən jurnalistdir. Xocalı soyqırımının şahidi D.Ağayeva bu ilin fevral ayında Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Los Ancelesdə səfərdə olarkən amerikalı qadınlarla keçirdiyi görüşlərin birində E.Lazko onunla tanış olub.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Hadisenin geyimi "Like" yağışına tutuldu-FOTO
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
“Terminator” müharibəsi reallığa çevrilir - həyəcan təbili
Cəbhədə gərgin gecə
Koronavirusa təkrar yoluxmanın səbəbləri açıqlandı
Yüksəkdən qorxmayanlar üçün 4 hovuz
Ordumuz düşmənin daha bir neçə hərbi texnikasını məhv etdi - VİDEO
"Qadınların yanınamı gedirsən? Qamçını unutma!" - Nitsşe
Testosteron nədir?
Günün qoroskopu: bu günün hadisələri sizi sevindirəcək
Gəlin maşınları
Kim istəməz gözəl olsun?
Rusiyadakı azərbaycanlılar geri qayıdacaqlar?
Ebru Şahin sevgilisi ilə birlikdə ilk şəklini paylaşdı
Hamilə olduğunuzu göstərən əlamətlər
2019-cu ilin gəlinlik modelləri
Windows XP "ölməyə" tələsmir
Yer əhalisi çoxalır
Əmgək problemi
Zövqlü bilərzik modelləri
Seda ana oldu-FOTO
Şeymanın 16 yaşında dedikləri TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Azərbaycanın dövlət saytlarına erməni və yunan hakerləri tərəfindən edilən hücumların qarşısı alınıb
Azərbaycanın qəhrəmanları
5 ay sonra yenidən barışdılar-FOTO
Qəhvə üzərində əl işləri
“Olmaq, ya ölmək” (“To be not To be”) filmi - Cavad Nur
Taksiyə mindi, 18 min avro borcla düşdü
Yerin yeni əkizi tapıldı - FOTO
Madonnanın Üzünə Nə Olub?
Prezidentdən Xarici Kəşfiyyat Xidməti ilə bağlı VACİB FƏRMAN
Yaxın gələcəkdə çörəyi banan əvəz edə bilər
İlham Əliyev: “Biz torpaqlarımızı qaytaracağıq”
Bakıda növbəti dəfə geniş dezinfeksiya işləri aparılır
Prezidenti qadınlar seçəcək
"Almaniya Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın inkişafında maraqlıyıq"
Polis Ronaldunun oğlu ilə bağlı araşdırma aparır-SƏBƏB/FOTO
"Game of Thrones "10 Emmy mükafatını qazanıb
Namaz: Allaha ibadət, yoxsa...?
Qəlbinizdə hiss edəcəyiniz xoşbəxtliklər
Subaru Outback təzələndi
Laçın-Sünik sərhədində dalğalanan bayrağımızın görüntüsü yayıldı - FOTO
Yayın artan "dərəcə"ləri ölüm gətirir
Portağallı piroq (video-resept)
Hikmət Hacıyev erməni terrorçuları tərəfindən dağıdılmış Gəncə bazarının görüntülərini paylaşdı - FOTO/VİDEO
Prezidentin köməkçisindən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Gözəllik üçün praktik məsləhətlər
150 dollarlıq yığcam smartfon
Kişilərin dili
İnsanları idarə etmək üçün 7 oyun















- ŞƏRHLƏR