1. Əmgəyin ölçüləri: Normada bu rəqəm 1sm ilə 4 sm arasında dəyişir. Əgər əmgəyin ölçüləri bu aralıqdadırsa o zaman əmgəyin müalicəsindən söz gedə bilməz. Bəzən əmgəyin ölçüsü bu rəqəmlərdən bir qədər də böyük və ya balaca ola bilər. Bəs bu kimi hallarda nə etməliyik? Bu kimi hallarda körpənin baş ölçülərinə baxılmalı və müayinə edilməlidir. Əgər nəticələr normaldırsa o zaman müalicəyə də ehtiyac yoxdur. Lakin bu körpələr yaxın nəzarətdə saxlanılmalıdırlar. Bu körpələr müəyyən aralıqlarla müayinə olunmalı, başın ölçüləri davamlı izlənməlidir. Birdən gələcəkdə əmgəyi erkən bağlanar, başı kiçik olar, körpədə kəllədaxili təzyiq yaranar deyib indidən müalicələrə başlamaq doğru deyildir. Çox vaxt bu körpələrdə hər hansı bir ciddi problem olmur və əmgək bizə hər hansı bir problem yaratmır. Yox əgər müşahidələr zamanı bunun əksi müşahidə olunarsa, yalnız bu zaman müvafiq müalicələr və araşdırmalar başlanılmalıdır.
3. Bir məqamı da qeyd edək ki, əgər əmgək kiçikdirsə bütün dünyada belə bunu böyüdəcək hər hansı bir dərman yoxdur. Ona görə də əgər əmgək kiçikdirsə lakin körpənin baş ölçüləri normaldırsa bu zaman da heç bir müalicəyə ehtiyac yoxdur.
5. Sonradan bəlkə bir problem cixar deyib indidən körpəyə dərman müalicəsi vermək doğru deyildir. Çünki bu bir ehtimaldir. Elə bir ehtimal ki, sonradan fəsada çevrilmə ehtimalı çox azdır. Əgər fəsad əmələ gələrsə, o zaman müalicə başlanmalıdır. Bəlkə heç bir problem çıxmadı, onda necə? Körpənin bədəninə yeridilmiş bu qədər dərman preparatlarının ağır nəticələri necə olsun? Bu məqamda tibb ehtimallar üzrə hərəkət etmir.
6. Əmgək bağlandı, daha körpənin başı böyüməyəcəkdir fikri də doğru deyildir. Çünki baş, başı təşkil edən sümüklər arasında olan tikişlər vasitəsilə böyüməyə davam edir.
7. Əgər əmgək kiçikdirsə, və ya tez bağlanırsa, baş ölçüləri də normadan kiçikdirsə bu zaman müəyyən araşdırmalar aparılmalı və yalnız bundan sonra nəticələrə uyğun olaraq müalicələr aparılmalıdır.
8. Əmgəyi “kiçik” olan körpələrdə “D” vitamininin kəsilməsi doğru deyildir. Profilaktik olaraq verilən, kiçik dozada “D” vitamininin əmgəyin erkən bağlanmasına səbəb olması mümkün deyildir.
9. Əmgəyi "genis" olanlara və ya "gec" baglananlara, “ bunlarda Raxit xəstəliyi var” deyib kurs müalicələr, kalsiyum preparatları, kor-koranə D vitamini vermək doğru deyildir. Bir çox normal körpələr vardır ki, əmgəyi genişdir və ya gec bağlanır amma raxit deyillər. Əgər raxit xəstəliyinə şübhə varsa bu zaman mütləq olaraq qan analizləri verilməlidir. Çatışmamazlıq aşkarlanarsa, yalnız bundan sonra müvafiq müalicələr verilə bilər. 10. Əmgək məsələsində ən önəmli məqam körpənin başının böyüməsi və öz yaşına uyğun olmasıdır. Burada ümumi olaraq deyə bilərik ki, əgər körpənin fiziki və nevroloji inkişafı, başın böyümə dinamikası normaldırsa, əmgəyin dəyişik variantlarının bizim üçün hec bir əhəmiyyəti yoxdur. Onu da qeyd edək ki, bu kimi hallarda körpədə patoloji bir xəstəliyin olması demək olar ki mümkünsüzdür.
Amma təbii ki, nadir də olsa əmgək ciddi xəstəliklərin xəbərçisi ola bilər. Bunu vaxtında müəyyən etmək üçün körpəni yaş dövrlərinə uyğun olaraq mütəmadi həkim müayinəsindən keçirmək lazımdır.
11. Əmgəyin gərgin olması və ya pulsasiya etməsi. Bu vəziyyət bəzi ciddi xəstəliklərin əlaməti ola bilər. Amma unudulmamalıdır ki, hətta normal körpələrdə də bəzən bu kimi hallar ola bilər. Hansı ki bu normal bir haldır və heç bir müalicəyə də ehtiyac yoxdur.
Mənim bu yazımda məxsusən vurğulamaq istədiyim bundan ibarətdir: Bir çox hallarda "əmgək" körpənin həyatı üçün hər hansı bir ciddi problem yaratmır. Lakin buna baxmayaraq körpələri aylarca davam edən müalicələrə məruz qoyurlar. Bu hal qətiyyən doğru deyildir. Əmgəyin tez və ya gec bağlanması, geniş və ya kiçik olması əksər hallarda körpələrdə hər hansı bir fəsadlara səbəb olmur. Bu elmi və eyni zamanda statistik nəticədir. Buna görə də körpələri yersiz müalicələrə məruz qoymaq doğru deyildir.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
"Şaxta baba" piroqu (foto, video)
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 4273 yeni yoluxma
Səni sevirəm deməyin 20 yolu
ÜST koronavirusun ağır formasının müalicəsi üçün effektiv preparatın adını açıqladı
İrem Derici Bakıya gəlir
Hava necə olacaq?
Texnologiyadan necə istifadə etməliyik?
Kişi və qadın arasında dostluq mümkündürmü?
Ağcabədinin Qiyaməddinli kəndi atəşə tutuldu - RƏSMİ
Ürküdücü yerlər-1
Azərbaycana qar yağacaq
Hazal Kaya boş vaxtlarını belə keçirir - FOTO
Kaka onunla evlənir-FOTO
Soçi görüşü nə vəd edir?
Asena ev dustağı olub-SƏBƏB
C vitamini
Sizdən fərqli biri ilə münasibəti davam etdirməyin yolları
Bu çay cənnətə aparır
Uşaqlarınıza hər gün deməli olduğunuz cümlələr
Rəssam Eldar Həsənov
Dünyanı silkələyən kəşf - FOTO
Açma (foto resept)
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Xanım kaprizi salatı(foto resept)
Buzun fərqli quruluşları
Balaca şahzadələrimiz üçün
"Quş qripi" ilə bağlı RƏSMİ AÇIQLAMA
Zəmzəm suyunun möcüzəsi
Saat kişinin xasiyyətini büruzə verir
Can Yaman anası ilə -FOTO
Zəngin tərkibli piroq (foto resept)
Bu yay dəhşətli isti olacaq
Yeddi yaşlı uşağın göstəricisi hamını təəccübləndirdi - VİDEO
Təmizlik zamanı unudulan 5 yer
Moskvadan yeni Qarabağ hücumu
Yaddaşımızı qidalarla necə möhkəmləndirək?
Üzük ölçüsü
İraqda Mübariz İbrahimovun adına yaşayış sahəsi salınıb
Qadınlara deyilməyəcək sözlər...
Balıq yağının faydaları
Düşmən hərbçilərimizi iriçaplı pulemyotlardan və snayperlə atəşə tutdu
İrandan Türkiyəyə dəstək
Ağdamın Şahbulağının yeni görüntüləri - VİDEO
36 uşaqlı ailə
Kino tarixinin ən böyük qəhrəmanları açıqlanıb
Yataq dəstləri
Ağciyərləri təmizləyən çay
Antalyada birinci xanımların şərəfinə nahar verilib
Darçınlı süd (foto-resept)
İnanılmaz makiyajlar

- ŞƏRHLƏR