
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan ailəsində qadınların və uşaqların hüquqlarının qorunması vəziyyətini dəyərləndirib.
Milli.Az xəbər verir ki, Komitənin sədr müavini Sədaqət Qəhrəmanova Trend-ə bildirib ki, bu gün ölkədə 2 milyondan çox ailə var. Onun sözlərinə görə, Azərbaycan öz ailə dəyərləri ilə fəxr edə bilər. Lakin təəssüfedici hal budur ki, bu gün bəzi ailələrdə qadın və uşaqların hüquqları pozulur: “Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olub. Hər bir insanın, hətta hər bir xalqın özünütəsdiqində və inkişafında ailənin rolu böyükdür. Hər bir xalqın, millətin öz ailə modeli var. Azərbaycan da bu baxımdan istisna təşkil etmir. Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasını, ailə üzvlərinin ailə qarşısında məsuliyyətini, onların hüquqlarının maneəsiz surətdə həyata keçirilməsini müəyyən edir”.
S.Qəhrəmanova deyib ki, cəmiyyətdə qadın hüquqlarının pozulması birbaşa uşaq hüquqlarının pozulmasına təsir edir. Onun fikrincə, qadın və uşaqların hüquqlarının müdafiəsi məsələsi ortaq cəhətlərə malikdir.
Tarixən qadınlar və uşaqların cəmiyyətdə hüquqi və sosial cəhətdən müdafiəsi zəif olan fərdlər olduğunu deyən komitə rəsmisi qeyd edib ki, gender bərabərsizliyi uşaq hüquqlarının həyata keçirilməsində təsiredici faktorlardan biridir. Bu, uşaqların və qadınların təhsil, səhiyyə, məşğulluğa və digər resurslara çıxışına, ailədə və ictimai həyatda qərar vermələrinə mənfi təsir edir: “Qadının ailədə zorakılığa məruz qalması uşağın da zorakılığa məruz qalması deməkdir. Boşanma baş verirsə, uşaqlar ana ilə qalır və ananın yaşadığı bütün çətinliklər (iqtisadi, mənəvi, psixoloji) və hüquqların pozulması uşaqlardan da yan keçmir. Bu isə onların məktəbdən uzaqlaşdırılması, ailədə uşağın cinsinə görə ayrı-seçkilik edilməsində, azyaşlı uşaqların işə cəlb edilməsində özünü göstərir”.
S.Qəhrəmanovanın sözlərinə görə, məktəbyaşlı uşağın məcburi işə cəlb edilməsi onun təhsil hüququnun məhdudlaşdırılması deməkdir. Bu problemlərin qarşısını almaq üçün hüquqi maarifləndirmənin davam etdirilməsinə ehtiyac var. Komitə bu istiqamətdə maarifləndirmə işlərini digər dövlət qurumları, eləcə də vətəndaş cəmiyyəti ilə birgə mütəmadi olaraq aparır: “Misal kimi, “Yerli idarəetmədə qadın liderliyinin təşviqi üçün strategiyalar”, “Ailə, məktəb və cəmiyyət”, “Kənd və rayon yerlərində genderə həssas siyasətlərin formalaşdırılması”, “Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” və digər layihələrin adını çəkmək olar”.
XƏBƏR LENTİ
İsveç alimləri daha bir ixtira - Dünyada ilk
Günün ulduz falı
Divar şəkilləri
Bakıda nəhs günün ilk əlaməti göründü
Azərbaycan kino tarixində bir İLK
Cem Yılmaz Ozan Güvənin qalmaqalına münasibət bildirdi
Çindən SƏRT ADDIM - Sabahdan başlayır - FOTO
Merkelin sərt Rusiya mesajı
Ailəmizin məzəli əhvalatları
Qarğıdalı salatı (foto resept)
Fidel Kastro öldü?
Sabahın HAVAsı
Görünüşünə görə əməliyyat olan Neslihan yenidən "çirkinləşdi" - FOTO
Günün ulduz falı
Günün ulduz falı
Bu gün Bakıda 38 dərəcə isti olacaq
Azərbaycan milli uşaq oyunları-3
3 ABŞ prezidenti bir arada - İLK DƏFƏ
Şənbə havası
Tarkan səhnədə olduğu hər dəqiqə üçün 16 min alacaq
250 nəfərin olduğu gəmi batdı
Frida Farrellin bioqrafiyası hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Ramazan bayramı namazı necə qılınır?
Azərbaycanlı döyüşçü 53 saniyədə nokaut oldu
Bu həftə meteor yağışı olacaq
Sağlam yuxunun incə məqamları
Salma Hayek gözəlliyi ilə diqqət çəkdi-FOTO
190 manatın yenidən verilməsi üçün ƏSAS KRİTERİYALAR
Yazıçılar haqqında çox maraqlı məlumatlar
Bakıda məktəb direktoru: "Allah, sən saxla, pul yığırlar?"
Köhnə şkaflarınızı yeniləyin
“Windows XP” bahalaşdı
Demet Akalın Alişanın oğlundan yazdı-FOTO
Uşaqlar yazda niyə xəstələnirlər?
Övladınızı internetdə gözləyən təhlükələr
Mağazadan mal alarkən ehtiyatlı olun
Ancelina Coli arıqlığının səbəbini açıqladı
“Barbie” gəlincikləri əlil arabalarında - VİDEO
"Altıncı Hiss" filminin məşhur aktyoru İLLƏR SONRA-FOTO
“Android”in yeni versiyasının adı məlum oldu
Azərbaycanda İLK: Yalnız turistlər üçün hər yerdə internet imkanı yaradıldı
Ölkəmizdə Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri keçiriləcək
Zirəddindən Di Kaprio ilə bağlı tükürpədici açıqlama
Tom and Jerry
Məşhur aktrisada xərçəng aşkarlandı-FOTO
Çiçəklərə qulluq
Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ - RƏSMİ
Qəribə psixi pozuntular
Mobil telefonlar necə izlənir?
Başqası üçün sən















- ŞƏRHLƏR