Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən reyhanın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik.
Ətirli reyhan – Reyhanın çiçəklərində 0,3-1,5%, yaşıl yarpaqlarında isə 0,04-0,50% efir yağı vardır. Ən çox efir yağı bitki tam çiçək açdığı zaman toplanır. Efir yağının əsas komponentləri evgenol, metilxavikol, lina-lool, kamfora və osimendən ibarətdir. Toxumlarının tərkibində 12-19% piyəbənzər yağ maddəsi tapılmışdır. Reyhan yarpaqlarında bir sıra üzvi maddələr, 16,5% azotlu maddə, 4,75% yağ, 12,5% sellüloz, 8,7 mq% karotin, 150 mq% rutin, 6% aşı maddəsi, vitaminlər, flavonidlər, üzvi turşular, qatran, boyaq maddələri,
qlükozidlər, turş xassəli sapaninlər, şəkərli maddələr də vardır. Reyhanda olan boya maddələri – xlorofil, flavonlar, karotin tibbi cəhətdən çox faydalıdır. Bu maddələr qanazlığına, mədə-bağırsaq və avitaminoz xəstəliklərinə müalicəvi təsir göstərir.
Reyhan qida ilə qəbul olunduqda mədənin həzm prosesinin fəaliyyətini artırır, orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, qanın tərkib hissələrini normal vəziyyətdə saxlayır, böyrək və sidik yollarının iltihabını aradan qaldırır. Bundan əlavə, reyhan qarın köpməsinə, qıcolmaya, mədə soyuqdəymələrinin xroniki proseslərinə, mədə və sidik kisəsi ağrılarına, yaraların və eləcə də boğaz ağrılarına da müalicəvi təsir göstərir. Bizdə əkilən reyhan növünün tərkibində olan kamfora maddəsindən tibbdə yorğunluq nəticəsində əmələ gələn əsəb sarsıntılarında, təngnəfəslikdə, qan dövranı pozğunluqlarında, ümumi zəiflikdə və eləcə də ürək-damar, qızdırma, soyuqdəymə, sancmalar və s. kimi xəstəliklərin müalicəsində istifadə olunur.
Adi reyhan – ətirli və ədviyyəli xüsusiyyətə malik bitkidir. Onun tamı azca acımtıl, qısamüddətli şirintəhərdir. Reyhanın bir çox növləri xoş iyinə görə mixəyi və muskat qozunu xatırladır.
Tərəvəz xörəklərində – noxud, mərci, lobya, pomidor, kərəviz və s. ətir, dad vermək və vitaminlərlə zənginləşdirmək üçün reyhandan qatqı kimi istifadə edilir. Reyhan yayda hazırlanan bir çox xörəklərin – şorba, dovğa və s. tamlı və ləzzətli yeyilməsi üçün əlavə qatqı kimi də istifadə olunur. Onun yarpağı kölgəli, daim meh vuran yerdə qurudulur, narın toz halına salınır. Ağzı qapalı xüsusi tünd rəngli şüşə qablara doldurulur. Əsasən qış aylarında göy-göyərti azalan dövrdə xörəklərə əlavə olunur. Reyhan isti və işıqsevən bitkidir. Toxum vasitəsilə çoxaldılır. Hər hektar sahədən 180-200 sentner yaşıl xammal və yaxud 20-30 sentner quru kütlə məhsulu əldə edilir ki, bundan da 50-54 kq efir yağı alınır. Yaşıl kütlə kölgədə və yaxud 32-35° temperaturda xüsusi quruducu dolablarda qurudulur və su buxarı vasitəsilə qoyub efir yağı alınır. Bir hektardan 3-4 sentner toxum əldə olunur. Ətriyyat və kosmetika sahəsində reyhan cinsinin yevgenol növündən alınan efir yağından geniş istifadə edilir.
Yevgenol reyhan – Yaşıl kütləsindən efir yağı alınır. Efir yağının tərkibində 7%-ə qədər yevgenol, metilxavikol, kamfora və osimen maddələri vardır. Efir yağından alınan yevgenoldan xoş ətirli maddə kimi ətriyyat və yeyinti sənayesində geniş istifadə edilir. Yevgenol dezinfeksiyaedici vasitə olaraq dişin dibindən gələn xoşagəlməz qoxuları yox etmək üçün də işlədilir.
Nanəyarpaq reyhan – Meyvəsi dürd çılpaq uclu, qara rəngli fındıqçadan ibarətdir. 100 ədədinin çəkisi 0,5-0,8 qramdır. Bundan alınan efir yağının tərkibində 60-70% kamfora birləşmələri tapılmışdır. Reyhan cinsinin subtropik və tropik ölkələrdə xalq təsərrüfatı
əhəmiyyətli daha iki növünə – çılpaq və kilimancar reyhanına rast gəlinir. Çılpaq reyhanın hər hektar sahəsindən tərkibində 30-35% kamfora maddəsi olan 50 kq efir yağı alınır.
Kilimancar reyhanı – Bu, çox məhsuldar bitkidir. Yaşıl kütləsinin tərkibində 0,68-3,3% efir yağı saxlayır ki, onun da əsas hissəsini, yəni 70%-ni asan alınan kamfora maddəsi təşkil edir.
Müqəddəs reyhan – Efir yağının əsas tərkib hissəsini yevgenol maddəsi təşkil edir. Bundan ədviyyat və müalicə vasitəsi kimi istifadə edilir.
Yaşıl reyhan – Bundan alınan efir yağının tərkibindən 68%-ə qədər timol maddəsi tapılmışdır ki, bundan da zökəm, qızdırma, titrəmə və s. xəstəliklərə qarşı istifadə olunur.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR