Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən yoncanın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.
Yoncanın dünya florasının tərkibində 300-dən artıq növü yayılmışdır. Qafqazda 60, o cümlədən Azərbaycanda 43 növünə rast gəlmək olar. Yonca növlərinin əksəriyyəti qiymətli yem, dərman, boyaq, qida və bəzək bitkisi hesab edilir.
Ağ yonca – Ağ yoncanın yaşıl hissəsinin tərkibindən 21,7% selüloza, 0,25% saponin, kumestrol, tirfoliol, dafnoretin, umbelliferon, bikumal 3, 4, 7-triqidroksiflavon formononetin, bioxanin, daudzein, qenistein kversetin, izokversitrin, ononin, 7-qlükozid bioxanin, kampferol flavonoidləri, yarpaqlarından fruktoza, qlükoza, ksiloza, saxaroza, fruktozilffuktoza, ffuktozilqlikoza, rafmoza, maltoza karbohidratları, malin, yantar, fumar qliserin, alma, limon, üzvi turşular, C, P, karotin, 11,1-11,8% piyli yağ və s. maddələr toplanmışdır. Bitkinin preparatlarından Amerikada dolamada, sulu sarğı qoyulmasında, mazından kanseroqen əleyhinə, qadın
xəstəliklərində, kapilyar damarların möhkəmləndirilməsində, tonusun artırılmasında, ağrının kəsilməsində, zəhərlənmədə, orqanizmin müqavimətinin artırılmasında, cövhərindən yaraların sağalmasında, bronxial astmada, dəmləməsindən sidik yolları xəstəliklərində, soyuqdəymədə, bəlğəmgətirici kimi, baş gicəllənmələrində, hamaşçiçəyinin sulu – spirtli cövhərindən epilepsiya, qrija, vərəm, podaqra, zəhərlənmə əleyhinə və s. xəstəliklərin müalicəsində istifadə edilir. Almaniyada bu preparatlardan revmatizm və vəz şişlərində işlədilir.
Cavan gövdə və yarpaqlarından yüksək keyfiyyətli salat növləri hazırlanır. Başqırıstanda ağ yonca ispanaq əvəzi kimi yağda qızardılaraq ləziz iştahaçıcı qida kimi yeyilir. Ağ yoncanın yaşıl hissələrindən və çiçəklərindən yeyinti sənayesində xlorofil və flavanoidlərlə zəngin olan yaşıl və sarı rəngli boyaqlar hazırlanır.
Çəmən yoncası – Çəmən yoncasının kök, yerüstü hissəsinin və çiçəklərinin tərkibindən pratenzein gempferol, formononetin, qenistein, qaidzein, bioxanin, kversetin, qeniskozin, rotindin, ononin, izoramnetin, izotrifolin, pektolinadin, pratol, trifolin, trifolitin, pratoletin flavonoidləri, peonidin, delfinidin, petunidin, malvidin antosianları, sitosterin, 10%-ə qədər saponin, C, B, E, K və karotin vitaminləri,
kumarin, nişasta, qlükoza, maltaza, izomaltoza, 18,6-24% həll olan şəkər, 8%-ə qədər aşı maddəsi, psevdokumoxinon, xinon, qlükozid, psevdokumoxinon, toluxnon, mum, 0,28% efir yağı, 6,8% lipid, və s. maddələr tapılmışdır. Amerika və İngiltərədə yoncanın cövhərindən dəridə əmələ gələn xərçəngin müalicəsində yeni sarğı halında istifadə edilir. Sulu-spirtli qarışığı bəd xassəli şişlərin inkişafının qarşısının alınmasında, kökündən hazırlanmış cövhəri qrija, soyuqdəymə, şiş əleyhinə, yerüstü hissəsindən alınan preparatlar baş ağrılarında, baş gicəllənməsində, antiseptik, raxit, bronxial astma, qanazlığında, qadın xəstəliklərində, şirəsi isə xanazır, ateroskleroz əleyhinə işlədilir, sinə və ödqovucu ətirli vannalar hazırlanır. Qaraçay-Çərkəz vilayətində çəmən yoncasının suluspirtli cövhərindən vərəm, qadın xəstəlikləri, qrija, Komi vilayətində cövhərindən hipertoniya, baş ağrısında və s. xəstəliklərin müalicəsində istifadə edilir.
Bitki çiçəkləyən zaman başcıqlarını toplayır, xəstə adamlara çay kimi içirdirlər. Onun kiçik hissələrə doğranmış başcıqlarından şorbaların tərkibinə daxil edirlər. Cavan yarpaqlarını salatlar, tərəvəz bitkiləri, kartof, doğranmış çuğundur, bişirilmiş yumurtanın tərkibinə əlavə edərək həvəslə yeyirlər. Yoncadan hazırlanmış salatların tərkibinə sirkə və yaxud xardal şirəsi əlavə edirlər. Qırğız xalqı bitkinin cavan yarpaqlarını toplayıb, qoyun quyruğundan hazırlanmış xörək və kabablara qatırlar. Yerli adamların dediyinə görə, ağır əməkdən sonra orqanizmi əvvəlki vəziyyətinə qaytarmaq üçün çəmən yoncası yarpağı əlavə edilmiş xörəklərdən istifadə olunur. Bundan başqa, onun yarpaq və başcığını toplayır, qurudulmuş və yaxud turşuya qoyulmuş halda qış aylarına saxlayıb xörəklərin yanında süfrəyə verirlər.
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR