Qadin.NET / Yonca haqqında bilmədiklərimiz

Yonca haqqında bilmədiklərimiz

Bu gün  də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən yoncanın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.

Yonca haqqında bilmədiklərimiz

Yoncanın dünya florasının tərkibində 300-dən artıq növü yayılmışdır. Qafqazda 60, o cümlədən Azərbaycanda 43 növünə rast gəlmək olar. Yonca növlərinin əksəriyyəti qiymətli yem, dərman, boyaq, qida və bəzək bitkisi hesab edilir. 

Yonca haqqında bilmədiklərimiz

Ağ yonca – Ağ yoncanın yaşıl hissəsinin tərkibindən 21,7% selüloza, 0,25% saponin, kumestrol, tirfoliol, dafnoretin, umbelliferon, bikumal 3, 4, 7-triqidroksiflavon formononetin, bioxanin, daudzein, qenistein kversetin, izokversitrin, ononin, 7-qlükozid bioxanin, kampferol flavonoidləri, yarpaqlarından fruktoza, qlükoza, ksiloza, saxaroza, fruktozilffuktoza, ffuktozilqlikoza, rafmoza, maltoza karbohidratları, malin, yantar, fumar qliserin, alma, limon, üzvi turşular, C, P, karotin, 11,1-11,8% piyli yağ və s. maddələr toplanmışdır. Bitkinin preparatlarından Amerikada dolamada, sulu sarğı qoyulmasında, mazından kanseroqen əleyhinə, qadın

xəstəliklərində, kapilyar damarların möhkəmləndirilməsində, tonusun artırılmasında, ağrının kəsilməsində, zəhərlənmədə, orqanizmin müqavimətinin artırılmasında, cövhərindən yaraların sağalmasında, bronxial astmada, dəmləməsindən sidik yolları xəstəliklərində, soyuqdəymədə, bəlğəmgətirici kimi, baş gicəllənmələrində, hamaşçiçəyinin sulu – spirtli cövhərindən epilepsiya, qrija, vərəm, podaqra, zəhərlənmə əleyhinə və s. xəstəliklərin müalicəsində istifadə edilir. Almaniyada bu preparatlardan revmatizm və vəz şişlərində işlədilir.

Cavan gövdə və yarpaqlarından yüksək keyfiyyətli salat növləri hazırlanır. Başqırıstanda ağ yonca ispanaq əvəzi kimi yağda qızardılaraq ləziz iştahaçıcı qida kimi yeyilir. Ağ yoncanın yaşıl hissələrindən və çiçəklərindən yeyinti sənayesində xlorofil və flavanoidlərlə zəngin olan yaşıl və sarı rəngli boyaqlar hazırlanır. 

Yonca haqqında bilmədiklərimiz

Çəmən yoncası – Çəmən yoncasının kök, yerüstü hissəsinin və çiçəklərinin tərkibindən pratenzein gempferol, formononetin, qenistein, qaidzein, bioxanin, kversetin, qeniskozin, rotindin, ononin, izoramnetin, izotrifolin, pektolinadin, pratol, trifolin, trifolitin, pratoletin flavonoidləri, peonidin, delfinidin, petunidin, malvidin antosianları, sitosterin, 10%-ə qədər saponin, C, B, E, K və karotin vitaminləri,

kumarin, nişasta, qlükoza, maltaza, izomaltoza, 18,6-24% həll olan şəkər, 8%-ə qədər aşı maddəsi, psevdokumoxinon, xinon, qlükozid, psevdokumoxinon, toluxnon, mum, 0,28% efir yağı, 6,8% lipid, və s. maddələr tapılmışdır. Amerika və İngiltərədə yoncanın cövhərindən dəridə əmələ gələn xərçəngin müalicəsində yeni sarğı halında istifadə edilir. Sulu-spirtli qarışığı bəd xassəli şişlərin inkişafının qarşısının alınmasında, kökündən hazırlanmış cövhəri qrija, soyuqdəymə, şiş əleyhinə, yerüstü hissəsindən alınan preparatlar baş ağrılarında, baş gicəllənməsində, antiseptik, raxit, bronxial astma, qanazlığında, qadın xəstəliklərində, şirəsi isə xanazır, ateroskleroz əleyhinə işlədilir, sinə və ödqovucu ətirli vannalar hazırlanır. Qaraçay-Çərkəz vilayətində çəmən yoncasının suluspirtli cövhərindən vərəm, qadın xəstəlikləri, qrija, Komi vilayətində cövhərindən hipertoniya, baş ağrısında və s. xəstəliklərin müalicəsində istifadə edilir. 

Yonca haqqında bilmədiklərimiz

Bitki çiçəkləyən zaman başcıqlarını toplayır, xəstə adamlara çay kimi içirdirlər. Onun kiçik hissələrə doğranmış başcıqlarından şorbaların tərkibinə daxil edirlər. Cavan yarpaqlarını salatlar, tərəvəz bitkiləri, kartof, doğranmış çuğundur, bişirilmiş yumurtanın tərkibinə əlavə edərək həvəslə yeyirlər. Yoncadan hazırlanmış salatların tərkibinə sirkə və yaxud xardal şirəsi əlavə edirlər. Qırğız xalqı bitkinin cavan yarpaqlarını toplayıb, qoyun quyruğundan hazırlanmış xörək və kabablara qatırlar. Yerli adamların dediyinə görə, ağır əməkdən sonra orqanizmi əvvəlki vəziyyətinə qaytarmaq üçün çəmən yoncası yarpağı əlavə edilmiş xörəklərdən istifadə olunur. Bundan başqa, onun yarpaq və başcığını toplayır, qurudulmuş və yaxud turşuya qoyulmuş halda qış aylarına saxlayıb xörəklərin  yanında süfrəyə verirlər.

11 fevral 2014
GO BACK