Kefir qatığa, ya da ayrana oxşayır. Demək olar ki, bənzər şəkildə mayalanır, qaldıqca dadı turş olur. Kefirin bir zərəri yoxdur. Çox yeni içməyə başlayanlar əvvəllər bezib içməkdən imtina etmək istəyə bilərlər. Ancaq kefiri yavaş-yavaş miqdarını artırmaqla içmək lazımdır.
Kefir içilərkən insan orqanizmi toksinlərdən təmizlənir, bu arada bir sıra narahatlıqlar ola bilər, amma bu da müvəqqəti olur, toksinlər orqanizmdən cıxdıqdan sonra hər şey normallaşır.
Kefir dənələri nəyə bənzəyir?
Kefir dənələri gül kələm görünüşündə olur, əl vurduqda rezin kimi təəssürat bağışlayır. Kefir dənələrinin xaricində "kefiran" deyilən yapışqanlı zər vardır, faydalı bakteriyalar bu zərin içində yaşayırlar. Kefirin rəngi süd kimidir.
İnsanlar öz hüceyrələrinin 10 qatı sayında (100 trilyon) faydalı bağırsaq mikrobu ilə birlikdə yaşayırlar. Faydalı bağırsaq mikrobları (probiotiklər) müxtəlif faydaları ilə yanaşı xarici aləmdən gələn zəhərli maddələrin qana keçməsini əngəlləyən qoruyucu bir bağırsaq təbəqəsi yaradır.
Türklərin "Orta Asiyadan köçdükləri və Avropaya axın etdikləri vaxtlarda" kefirdən sıx-sıx danışılırdı. Köçən topluluqlar atlarını və keçilərini də yanlarında daşıyırdılar və onların südlərindən yararlanırdılar. At südündən kımız, keçi südündən də kefir düzəldərək bunlarla qidalanırdılar. Bu səbəbdən Avropalılar türklərə "Laktafagüs", "Sütobur" adını vermişdilər.
Bu dövrdə türklər həm beyni, həm də fiziki cəhətdən çox güclü və sağlıqlı bədən görünüşü ilə Avropalıların diqqətini çəkmişdilər.
Təsadüfi deyil ki, Qafqazlıların 1 əsri keçən 120-140 yaş yaşamaları bütün dünya üçün maraqlı olmuşdur. Deyilənlərə görə Qafqazlılar su yerinə çox zaman kefir içirmişlər. Qafqaz ölkələri bu gün də xərçəng xəstəliyi az təsadüf edilən ölkələr siyahısındadır.
Evdə kefir hazırlarkən pasterizə və sterilizə südlər də istifadə olunur. Bu zaman südlərin təkrar isidilməsinə ehtiyac qalmır və ən əsası qabların üst qismində yağ təbəqəsi əmələ gəlmir.
Kefirin evdə hazırlanması
Evdə kefir hazırlayarkən, əvvəlcə süd bir buğum qaynadılır və otaq temperaturunda soyudulur. Sonra bu süd ağzı möhkəm qapaqlı olan şüşə bankaya tökülür. Qapaqlı banka istifadə olunmasının səbəbi fermentləşmə prosesi zamanı kefirə ayrı bir dad verən CO2-nin (karnon qazının) uçmasının qarşısını almaqdır. 1 litr süd üçün təqribi 20-40 qram kefir dənəsi lazım olur və təmiz bir qaşıqla qarışdırılaraq ağzı qapalı şüşə bankada saxlanılır. Hətta üzərini bir dəsmalla örtə bilərsiniz. Bu şəkildə mayalanmış süd 20 dərəcədə və işıq olmayan qaranlıq bir yerdə 24-48 saat fermentləşmək üçün qoyulur. Fermentləşmənin nəticəsində aşılanmış südün kefirə dönməsindən sonra alınan məhsul xırda dəlikli bir süzgəcdən keçirilir. Süzgəc üzərində qalan kefir dənələri ayrılır və yenidən kefir hazırlanmasında istifadə olunur.
Süzülən qisim isə kefirin özüdür və olduğu kimi içilir. Kefiri soyuducuda saxlamaqla bir neçə gün istifadə etmək olur. Kefir içilməsi üçün ən yaxşı vaxt səhərlər ac qarına və ya gecə yatmadan əvvəlki zamandır.
Digər tərəfdən kefir dənələrini hər 40-45 gündən bir ilıq su altında süzgəc içərisində yumaq lazımdır.
Bundan başqa kefirdən kosmetologiyada da geniş istifadə edilir.
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR