"Akkord" Korporasiyası Qələbə meydanı müxtəlif səviyyəli tunel tipli yol qovşağı” layihəsini uğurla davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər davam etdirilir. Ölkə başçısının sərəncamına əsasən, Nəqliyyat Nazirliyinin sifarişi ilə “Gənclik” metrostansiyasının ətrafındakı “Qələbə meydanı” adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təminini nəzərdə tutan layihənin icrasını “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC həyata keçirir.
Layihə üzrə ərazidə 16 giriş-çıxışlı, ümumi üzunluğu 2512 metr olan 6 tunel tipli yol qovşağının və 10 piyada keçidinin inşası nəzərdə tutulmuşdur.
Sinqapur şirkəti tərəfindən layihəndirilən qovşağın məsləhətçi-nəzarətçisi Türkiyə Respublikasının Pro Yapı Proje İnşaat. Tic.Ltd. Şirkətidir.
Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərinin, həmçinin Atatürk prospektilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinin birləşdirilməsi nəzərdə tutulur. Əlavə olaraq Təbriz küçəsindən gələn avtomobillər “Gənclik” dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcək. Həmçinin, F.X.Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmək mümkün olacaq. Vaqif prospektindən gələn maşınlar F.X.Xoyski prospektinin altından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcəkdir.
Layihə üzrə tikintisi nəzərdə tutulan yolların ümumi sahəsi 110000 m2-dir. Qələbə meydanı adlanan ərazidə hesabi hərəkət intensivliyi 2340 avto/saat-dan 10986 avto/saata-dək artacaqdır. Tunellərdə nəqliyyatın orta hərəkət sürəti 50-60 km/saatdır.
Tunel tipli yol qovşağında maillik minimum 0.5, maksimum 5.6 faiz nəzərdə tutulur. Vaqif prospektində inşa edilən yol qovşağı mövcud “Gənclik” metrostansiyasının tuneli üzərindən keçir.
Layihəyə əsasən, “Gənclik” metrostansiyasında əlavə iki yeni piyada çıxışın inşası planlaşdırılmışdır ki, ondan da ilk olaraq “Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxan girişinin Qələbə meydanının mərkəzinə doğru yerdəyişməsi həyata keçirilmişdir.
Qələbə meydanı müxtəlif səviyyəli tunel tipli yol qovşağı layihəsinə daxil olan 6 saylı tunel ötən ilin 24.12.2012-ci ildə istifadəyə verilmişdir.
Tikintisi yekunlaşmaq üzrə olan tunellərin qapalı hissəsinin uzunluğu 908.2 metr olmaqla ümumi uzunluğu 2512 metr, eni 8-15.5 metr, hündürlüyü 5.5 metr, hərəkət zolaqlarının sayı 5-dir.
Tunellərdə 27000 m2 yanğınadavamlı şüşə lifli fibrobeton materialından istifadə olunmuşdur. Bu tunellərin əsas özəlliyindən biri də işıqlandırma sistemi ilə bağlıdır. Tunelin daxili işıqlanma sistemi dünyada keyfiyyət , səmərəlilik, təhlükəsizlik və uzunömürlülük baxımından özünü təsdiqləmiş olan və Yarimkecirici Diodlar Əsasında (LED) işləyən ən müasir işıqlandirma sistemidir. Bu sistemdə işıqlanma kompyuter vasitəsi ilə idarə olunur. İşıqlandırıcılar çevricilər vasitəsi enerjiyə qənaət etməklə yanaşı, təhlükəsizlik və uzunömürlülük baxımından çox effektiv bir sistem sayılır. Tunellərin yan divarlarında və tavanda 9000 ədəd kompyuterlə idarə olunan LED işıqlar quraşdırılmışdır. Tuneldə həmçinin səsin səviyəsini aşağı salmaq üçün 20 minə qədər panel vardır. Tunelin tavanında quraşdırılan 2868 ədəd projektorlar bir necə rejimdə çalışır - gündüz, gecə və qəza rejimlərində. Hərəkət zolaqlarında isə 2400 ədəd istiqamətverici işıqlar (pişik gözlər) quraşdırılmışdır.
Tunellərdə fasiləsiz enerji təminatı məqsədi ilə 260 kW gücündə generatordan və düzləndiricidən istifadə olunub. Tuneldə istifadə edilən elektrik kabelləri alışmayan və yüksək dərəcə temperaturda belə yanmayan izolə materiallardan hazırlanmışdır. İşıqların söndüyü halda fövqəladə işıq mənbəyi işə düşür. Tunellərdə 60-dan çox müşahidə kameraları yerləşdirilmişdir.
Tunellərin daxilində və yanaşma yollarda 21000 p/m qranit bordür, 100 ədəd yaxın içıq dirəkləri, həmçinin 14500 m2 səkilər mərmərlə döşənib.
Bundan əlavə, tunellərin girişlərində VMC məlumat göstəriciləri ilə təmin olunan panellər quraşdırılmışdır. Panellərin üzərində küçələrin adları göstərilən hərkət zolağın istiqaməti,sürətin məhdudyyəti nişanı, tunelin əndazəsi, vaxt və hava göstəriciləri əks olunmuşdur.
Tuneldə istifadə olunan bütün işıqlandırıcı avadanlıqlar İngiltərə, kabel və idarəedici avadanlıqlar isə Almaniya və ABŞ istehsalıdır. İş prosesində xarici mütəxəssislər özləri iştirak etmiş və sınaqlara nəzarət etmişlər.
Layihə üzrə işlərə ümumilikdə, “Akkord” Korporasiyasının 500 nəfər, həmçinin xarici mütəxəsislərdən ibarət 300-ə yaxın subpodrat işçi qüvvəsi və 190-ə yaxın xüsusi texnikası səfərbər olunmuşdur.
Qələbə meydanında işlər tamamlanma mərhələsindədir.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Melaniya Trampın yeni imici bəyənilmədi - FOTO
3 günə gur qaşlar və kirpiklər
Yaponiyada koronavirusa yoluxmada rekord
Hansı üzük hansı barmağa taxılmalıdır?
Özbək plovu (foto resept)
Şahzadənin toyu ərəfəsində qalmaqal yaşanıb - FOTO
Kabaqdan hazırlanmış olladilər (foto resept)
Küçədə siqaret çəkənlər cərimələnəcək - RƏSMİ
"Kızım" FİNAL EDİR
Ən populyar proqramlaşdırma dili hansıdır?
Bakının mərkəzində "yenilik": axı belə istəmirdik
Neslihan düşərgəni zibillərdən təmizlədi-FOTO
Messi ildə azı 18 milyon avro qazanacaq
Qəzzadan toy-büsat səsləri gəldi
İllərə görə ən çox qazanan filmlər (1950-1970)
2014-cü ilin dəbli çimərlik çantaları
”Son zəng”ə getməyə ayaqqabım yox idi”
Şəkərli diabet
Dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Ayın sonuna kimi buludlu və rütubətli hava gözlənilir.
Düşmənin KUB zenit-raket kompleksi məhv edilib - VİDEO
Malta 20 koreyalını qovdu
Uşaqlara riyazi hesablamaları sevərək öyrədin
Azərbaycanlılar xaricdə nəyə pul xərcləyirlər?
Ali məktəblərə ödənişli qəbul yerləri ləğv ediləcək
"Ürəklərindəki şeytanı mələk edəcəyəm"
BÜRCLƏR bizə nə vəd edir?-30 noyabr
Oktay Kaynarca erməni siyasətini pislədi-VİDEO
Azərbaycana gələn turistlərin sayı açıqlandı
I Avropa Oyunlarında ilk qızıl medallar bu gün veriləcək
Fahriye Evcenin pəhrizi
Türkiyə MN-dan Azərbaycana bayram təbriki: “Sizinlə fəxr edirik”
Afina küçələrində sənətkarlıq nümunələri
Dəri problemlərinə dayan deyin!
Gözünüzün rəngi xasiyyətinizdən xəbər verir
Gül kələmli zapekanka (foto resept)
Asan salat (foto resept)
Edis də 21 günlük əsgərlik çəkdi
Çağatay mükafat aldı-FOTO
Səhiyyə Nazirliyində yeni xidmət - Dərmanların qeydiyyatına nəzarət gücləndirildi
Erməni əsgərləri geyinməyə forma tapmır - FOTO
Anasına əsəbləşən uşaq sosial şəbəkədə diqqət çəkdi-VİDEO
Evdəki vasitələrin möcüzəvi təsiri
Aya meteorit düşdü - Yer üçün təhlükə varmı?
Muzeylərdə ziyarətçilərə keyfiyyətli qulluq göstərilməsi üçün təlim keçirilib
2019-un trend aksesuarları
Damarları təmizləməyin ən sadə
Azərbaycanda yeni turizm-kurort zonaları yaradılacaq
Əliyev və Sarkisyan Fransada görüşə bilər
Azərbaycanda yeni universitet yaradılır

- ŞƏRHLƏR