
“Həyat yoldaşınız nə əcəb işə gəlib-getmir? Olmaya atalıq məzuniyyətinə çıxıb?..” Və ardınca güclü bir qəhqəhə. Bir neçə gün öncə şəxsən şahidi olduğum dialoqdan, sadəcə, bir cümlə idi yazdığım. Azərbaycan insanı üçün qloballaşma, dünyanın inkişafı fonunda “atalıq məzuniyyəti” söz birləşməsi hələ də gülüş doğurur. Az qala kişinin dünyaya uşaq gətirməsi kimi də assosiasiya olunur deyə bilərik. Baxmayaraq ki, zamanında Milli Məclisdə bununla bağlı qanun da müzakirəyə çıxarılıb.
Əmək Məcəlləsi yaşıl işıq yandırıb, amma...
Hələ 2009-cu ildə Milli Məclisin Sosial siyasət üzrə daimi komitəsi Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsini ictimai müzakirəyə çıxarmışdı. “Hamiləliyə və doğuşa görə məzuniyyətlər”i nəzərdə tutan düzəlişdə qeyd olunurdu ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 250 təqvim günü müddətində ödənişli məzuniyyət verilsin. Eyni zamanda qanun layihəsində hamiləlik dövründə və yaxud doğuşdan sonrakı müddətdə qadının arzusu ilə həyat yoldaşına növbədənkənar məzuniyyətə çıxmaq hüququnun verilməsi də nəzərdə tutulmuşdu.
Düzəlişdə vurğulanırdı ki, kişilər də atalıq məzuniyyətinə çıxa bilərlər. Amma sadəcə 2 həftəlik bir müddətə, həm də ödənişsiz. Qanuna düzəlişdə həmçinin qeyd olunub ki, ataların məzuniyyətə buraxılması xanımından asılıdır. Qanuna yeni düzəlişə görə, kişilərə xanımlarının razılığı olduğu halda atalıq məzuniyyəti verilə bilər. Bu, 130-cu maddənin düzəlişi idi.
Daha dəqiq olsaq, Əmək Məcəlləsinin 130-cu maddəsinə görə, işçilərin xahişi və işəgötürənin razılığı ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək müddətdə ödənişsiz məzuniyyətlər verilir. Əmək Məcəlləsinin bu tələblərinə əsasən işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququnun yaranması üçün 3 əsas şərt olmalıdır:
1. İşçinin xahişi
2. İşəgötürənin razılığı
3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə qulluqla əlaqədar səhiyyə müəssisəsinin rəyi.
Bu məzuniyyət sırf uşaq doğuluşu zamanı həyata keçirilmədiyindən və ətraflı nəzərdə tutulduğundan adı da konkret olaraq “atalıq məzuniyyəti” deyil.
Ən yaxşı təklifi Skandinaviya ölkələri verir
Amma dünya ölkələrində vəziyyət bizdəkindən yaxşıdır. Onlara öz aramızda “şanslı atalar” da deyə bilərik. Məsələn, Skandinaviya ölkələri qadın-kişi bərabərliyi məsələsində bir tarix yazıb. Belə ki, Norveçdə ataların məcburi doğum icazəsi 14 həftəyə çıxarılıb. Təzə ata-ana olanlar maaşlarının 80 faizini alaraq ümumən 59 həftə doğum icazəsindən istifadə edə bilir. Özü də edə bilər yox, etməlidir. 2013-cü ilin 1 iyul tarixindən qüvvəyə minən qanun nəticəsində daha öncə 47 həftə olan doğum icazəsi 49 həftəyə qədər artırılıb. Maaşların 80 faizinin ödənilməsi şərtilə istifadə edilə biləcək doğum icazəsi isə 57 həftədən 59-a qədər artıb. Amma bu dəyişikliklərdə icazənin 14 həftəsinin ata tərəfindən istifadəsi şərt qoyulub. Əgər ata bu icazədən tam istifadə etməsə, hökumət uşaq yardımını azaldır.
Ümumiyyətlə, Skandinaviya ölkələri əsasən cinsi bərabərlik və atalıq haqları ilə bağlı məsələdə dünyanın ən inkişaf etmiş sisteminə sahibdir. İsveçdə də vəziyyət bundan fərqli deyil. Bu ölkədə ataların iki ay məcburi doğum icazəsi var. Arzu edənlər 240 günə qədər məvaciblərinin saxlanması şərtilə icazəsindən istifadə edə bilərlər. Maraqlıdır ki, doğum icazəsindən istifadə etməyən ataların uşaqları dövlətdən bizim uşaq pulu adlandırdığımız yardımı ala bilmir. Ölkə hazırda məcburi icazə müddətinin 3 aya çıxarılması məsələsini müzakirə edir.
Orta Avropa ölkələrində dünyanın ən uzun analıq-doğum icazə müddətləri var. Keçmiş Çexoslovakiya, yeni Çex Cümhuriyyəti və Slovaliyada (eyni zamanda Avstraliyada) analıq icazəsi ödənişli olaraq 3 ildir və qadının öz uşağını yetişdirməsi üçün 3 il evində oturması, işləməməsi əsasdır. Hətta analar əvəzinə atalar da bu icazədən istifadə edib uşaqlarına baxa, aylıq məvacibləri də işləmədikləri halda onlara ödənə bilər. Qadın istərsə, bu məbləği daha da azaltmaq şərtilə icazə müddətini 4 ilə qədər artıra bilər. Əgər uşaq problemli dünyaya gəlibsə, 3 illik müddət 6 ilə qədər də artırıla bilər.
Estoniyada da vəziyyət daha yaxşıdır. Burada doğuşdan 70 gün öncəni də nəzərə almaqla 18 ay analıq icazəsi verilir və bu müddətdə qadınlar məvaciblərini də alırlar. Burada atalar üçün də doğumdan sonrakı 3-cü ayda başlamaq üzrə ödənişli icazə haqqı var.
İngiltərə, Almaniya, Amerika... hərəsi ataya bir təklif verir
İngiltərədə 52 həftə olan analıq məzuniyyətində icazənin ilk həftə məbləğinin 90 faizi anaya ödənir, sonrakı həftələrdə həftəlik 130 ingilis sterlinqi ödəmə həyata keçirilir. Qanuna edilən son dəyişiklikdən sonra isə 2015-ci ildən etibarən bu icazədən istər ana, istərsə də ata istifadə edə biləcək. Amerikada orta hesabla 10-12 həftə, Afrikada 10 həftə, Asiya ölkələrində də orta hesabla 8-10 həftə arasında dəyişməkdədir.
Almaniyada valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Burada dövlət valideynlərə təxminən 1.800 avro maaş ödəyir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir.
Avropanın daha bir ölkəsi Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir. Ödənişsiz icazə söhbəti gündəmə gələrsə, bu halda ata-anaya bu icazədən necə istifadə edəcəkləri ilə bağlı variantlar təqdim olunur. Valideynlər öz aralarında razılaşaraq, icazə müddətini 104 həftəyə qədər uzadır.
Doğum səviyyəsini artırmaq üçün atalıq məzuniyyəti
Sinqapur hökuməti ölkədə getdikcə aşağı düşən doğum səviyyəsini artırmaq üçün mühüm addımlar artıb. Türkiyə mətbuatının xəbərinə görə, ötən il avqustun 26-dan bu yana körpə dünyaya gələn hər ailəyə 5400 dollar pul verilir. Üçüncü və dördüncü övladlarını dünyaya gətirən valideynlər üçün isə bu məbləğ daha yüksəkdir. Güzəştlər bununla bitmir. Belə ki, Sinqapurda analarla yanaşı, yeni ata olanlar da iş yerindən 1 həftəlik məzuniyyətə buraxılırlar.
Qeyd edək ki, Sinqapurda 2011-ci ilin yekunlarına görə, hər qadın üçün doğum səviyyəsi 1,2-dir. Bir ölkənin davamlılığı üçün isə bu rəqəm 2,1 olmalıdır. Onu da bildirək ki, Sinqapurun 5,3 milyon əhalisinin cəmi 3,3 milyonu ölkə vətəndaşıdır. Yerdə qalan hissəsi əcnəbilərdir.

XƏBƏR LENTİ
Sonsuzluğun çarəsi tapıldı
İlham Əliyev: “Şuşaya dəmir yolu çəkiləcək”
Azərbaycana qarşı növbəti erməni təxribatı
Pike tarix yazdı
Müəllimlərin maaşlarının artma cədvəli
Kərəm Bürsin və Hande Erçel eyni serialda
35 il sonra bir araya gəldilər - FOTO
"Kənd" və "şəhərli"yə ayırdığımız yumurtanın bilmədiyiniz "əmma"ları
Bu adaya qadınlar gələ bilmir - FOTO
Yıldız Tilbe musiqiçilərə hər kəsin içində QIŞQIRDI
"Prezident İlham Əliyev Azərbaycanı qloballaşmanın zərərli təsirlərindən qorumağın yollarını müəyyənləşdirdi"
Yer yarıldı, avtomobillər yerə girdi
Qadından içi 14 litr maye ilə dolu nəhəng şiş çıxarıldı
Azərbaycandakı rusdillilərin imtahanının nəticələri açıqlandı
Ailədə antiböhran tədbirləri
Lolita açıqlaması ilə gündəm oldu
Sony şəkil müsabiqəsi-2 (son)
İlin ilk iş gününün HAVASI
Arnold Şvartsenegger baba oldu
ABŞ-da seçkilərdə fransız buldoq qazandı
Jan-Klod Brisso vəfat etdi-FOTO
Koronavirusa yoluxma riskini üçdə birə qədər azaldan xəstəlik
Dost dedikdə - 3 (son)
Göz formasına uyğun makiyaj etmək üsulları
Azərbaycanın orta məktəblərində qış tətili başa çatıb
Erkən klimaksın göstəriciləri
Pensiyaçılara Bakı 2015 müjdəsi
Hava haqqında
Demet Akalın Tuba Ünsal arasında qalmaqal-FOTO
Boşanma dövrünü rahat keçirmək üçün ...
Kəsmik kürəcikli, şokoladlı keks (foto resept)
Göz makiyajı edərkən gözləri necə qoruya bilərik?
Bananlı pambıq tort (foto-resept)
Xaricdə oxumuş nadan
Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağırıldı
Dedi-qodunu bölüşmək sağlamlıq üçün faydalıdır
Əlimizdə daşıdığımız xəstəliklər: bunun bir çarəsi olmalı...
"ABŞ-dan dəstək gözləmirəm"
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Ahıllar Günü Şəkidə qeyd olunub
Futbol üzrə 2022-ci il Dünya çempionatı qışda keçirilə bilər
HAVA necə olacaq?
Ev dekorasiyasında yeni dövr
Qəribə DƏFN MƏRASİMİ - Maşınıyla birlikdə dəfn olundu - VİDEO
Azərin məşhur türk serialında Qarabağ üçün oxudu -
Monika Belluçinin 15 yaşlı model qızı
Gəncədə keçiriləcək II Beynəlxalq Şərab Festivalına hazırlıqlar yekunlaşmaq üzrədir
Stil ikonuna çevrilən tayvanlı cütlük
Ramazan ayının 10-cu gününün imsak və iftar vaxtları
Azərbaycanda yaxın 2-3 gün üçün hava proqnozu açıqlandı

- ŞƏRHLƏR