Bədənimizdəki qan təzyiqi düşdüyü zaman qüsursuz sistem fəaliyyətə başlayır. Eynilə yanğın zamanı həyəcan qəbuledicilərinin alovun tüstüsünü müəyyən etmələri və anında həyəcan siqnalı vermələri kimi, bu sistem də ancaq həyəcan vəziyyətində, yəni qan təzyiqi düşdükdə dövrəyə girir.
Qan təzyiqinin aşağı olması insan üçün çox təhlükəlidir. Buna görə, həyəcan anında qan təzyiqini artırmaq üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Bu tədbirləri belə sıralaya bilərik:
1. Qan damarları daraldılmalıdır.
2. Böyrəklərdən daha çox su əmilməli və qana qarışdırılmalıdır.
3. Ən qısa zamanda insanın su içməsi təmin edilməlidir.
Bəs bunlar necə təmin ediləcək?
Hər insanın bədənində anadangəlmə bənzərsiz sistem yerləşdirilmişdir.
Sistem belə işləyir: qan təzyiqi düşdüyü anda (yaxud qanda olan natriumun miqdarı azaldıqda) böyrəklərdə olan bəzi hüceyrələr vəziyyətdən xəbərdar olur. Bunlar həyəcan vericilər olanyukstaqlomerulyar (JGA) hüceyrələridir. Bu hüceyrələr renin adlı xüsusi maddə ifraz edirlər.
Hüceyrələrin qan təzyiqinin və ya natriumun miqdarının düşdüyünü təsbit etmələri bir möcüzədir. Ən əhəmiyyətlisi isə hüceyrələrin renin ifraz etmələridir. Çünki renin çoxmərhələli istehsal zəncirinin ilk halqasıdır.
Qanın plazmasında olan və normal halda qana təsir etməyən bir zülal var. Bu zülal qaraciyərdə istehsal edilən angiotenzinogen zülalıdır. Heyrətamiz bir planın ilk mərhələsi burada başlayır. Çünki təkbaşına heç bir işə yaramayan angiotenzinogen və renin, əslində, bir-birləri ilə birləşmək üçün xüsusi olaraq hazırlanmışlar.
Burada düşündürücü bir məqam var: böyrək hüceyrələri və qaraciyər hüceyrələri bir-birlərindən uzaqdadır. Bu hüceyrələrin bir-birinə uyğun hissə istehsal etmələri bir möcüzədir. Bunun təkamülçülərin iddia etdiyi kimi, təsadüfən meydana gəlməsi qətiyyən mümkün deyil. Şübhəsiz, hər biri Yaradıcının sonsuz elmi ilə yaradılmışdır.
Renin angiotenzinogen molekulunun quruluşunu dəyişdirir və yeni bir molekul angiotenzin I ortaya çıxır:
Renin + angiotenzinogen -> angiotenzin I
Ortaya çıxan bu yeni molekulun da bir təsiri yoxdur, çünki istehsal zənciri hələ bitməmişdir. Dövrəyə ağciyərdə olan ACA adlanan və yalnız angiotenzin I molekulunu parçalamağa yarayan bir ferment girir. Bu ferment sayəsində angiotenzin I daha fərqli bir molekul olan angiotenzin II molekuluna çevrilir:
Angiotenzin I + ACA fermenti -> Angiotenzin II
Bu məqamda yenidən düşünmək lazımdır: böyrək və qaraciyər hüceyrələrinin istehsal etdikləri iki müxtəlif molekul ortaya yeni bir molekul çıxarmışdır. Böyrək və qaraciyər hüceyrələri ilə heç bir əlaqəsi olmayan ağciyər hüceyrələri də bu yeni molekulun birləşəcəyi fermenti istehsal edir. Üstəlik, bu fermenti molekullar birləşmədən əvvəl istehsal edir. Necə olur ki, ağciyər hüceyrələri hələ reallaşmamış bir hadisəyə və hələ istehsal edilməmiş bir maddəyə uyğun gələn ferment istehsal edirlər? Bu maddəni başqa maddəyə çevirən fermentin düsturunu haradan bilirlər? Şübhəsiz, ağciyər hüceyrələrinə bu məlumatları ilham edən Allahdır.
Angiotenzin II fermentinin iki həyati vəzifəsi var: bunlardan birincisi qan damarlarının daralmasını təmin etməkdir. Angiotenzin II fermenti qan damarlarının ətrafında olan əzələləri xəbərdar edir və sıxılmalarını təmin edən mexanizmi hərəkətə gətirir. Beləliklə, əzələlər sıxılır, damar diametrini daraldır və qan təzyiqi artırılmış olur. Bu, birinci nəticədir.
Angiotenzin II maddəsinin ikinci əhəmiyyətli vəzifəsi isə möcüzəvi hormon olan aldosteronu iş başına çağırmaqdır. Angiotenzin II maddəsi böyrəküstü hüceyrələrə çatır və bu hüceyrələrə aldosteron ifraz etmələrini əmr edir. Bu da planın qüsursuzluğunun bir başqa dəlilidir. Çünki aldosteron böyrəklərə təsir edəcək və böyrəklər sidikdəki suyu geri əmərək qana qarışdıracaq. Beləliklə, qan təzyiqi artacaq. Bu da ikinci nəticədir.
Böyrək, qaraciyər və ağciyərin ortaq çalışması nəticəsində istehsal edilən angiotenzin II maddəsinin çox əhəmiyyətli bir vəzifəsi daha var: beyinin xüsusi nayihəsinə çatmaq və o nayihəni hərəkətə gətirmək. Bu, susama hissini oyandıran susama nayihəsidir.
Ancaq angiotenzin II maddəsinin qarşısında bir maneə var. Beyini qorumaq üçün qandan beyin toxumasına keçidi çətinləşdirən bir sistem var və buna qan-beyin baryeri deyilir. Bu sistem beyində 1-2 yerdədir və bu yerlərdən biri də susama nayihəsidir. Bu xüsusi yaradılış sayəsində beyinin susama nayihəsi xəbərdar edilir və insanda su içmək istəyi meydana gəlir.
Qaraciyər, ağciyər və böyrəklərin bir plan daxilində ortaq istehsal etdikləri maddələr nizam içində birləşmiş və nəticədə qan təzyiqinin yüksəlməsinə səbəb olan hormonun ifraz olunmasını təmin etmişdir. Bunun üçün böyrək hüceyrələri, ağciyər hüceyrələri və qaraciyər hüceyrələrinin koalisiya meydana gətirmələri lazımdır.
Bu koalisiya qan təzyiqi düşdüyü zaman nə edəcəyini araşdırmaq məcburiyyətindədir. Bu araşdırma nəticəsində də qərar verməlidir: qan damarlarının diametrlərini daraltmaq və aldosteron hormonunun ifraz olunmasını təmin etmək.
Sonra yenidən uzun araşdırmalar aparıb böyrəküstü vəzlərin və damar əzələsi hüceyrələrinin anatomiyasını, iş sistemlərini analiz etməlidirlər. Daha sonra bu damarların sıxılması və böyrəküstü vəzlərin aldosteron ifraz etməsi üçün möcüzəvi bir düsturu, yəni angiotenzin II maddəsinin molekulyar proyektini təsbit etməlidir.
Bu molekulun necə istehsal ediləcəyinin təsbit edilməsi isə son işdir. Hər orqan bu molekulun istehsal mərhələsində bir məsuliyyət daşımalıdır. Çəkilən istehsal planı çərçivəsində üç mərhələli montaj sistemi hesablanmalı, hər orqana bir vəzifə verilməlidir. Böyrək hüceyrələri renin, qaraciyər hüceyrələri angiotenzinogen, ağciyər hüceyrələri də ACA istehsal etməyə qərar verməlidirlər. Sonra yığıncaq sona çatmalı və hüceyrələr aid olduqları yerlərə geri dönməlidir.
Bu sistemin hər hissəsi möcüzələrlə doludur. İnsan bədənindəki hər hüceyrə xüsusi bir vəzifə üçün yaradılmış və xüsusi xüsusiyyətlərlə təchiz edilmişdir. İnsan bədənində meydana gələn bütün hadisələri Allah yaratmışdır.
İzhar Kazımov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sınanmış arıqlama üsulları
Norveçə səyahət
Acunun Şeymaya ödəyəcəyi alimentin məbləği MƏLUM OLDU
Koronavirusla bağlı son STATİSTİKA
Saçlarınızı zərərli təsirlərdən qoruyun!
ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı
Dubay şeyxinin xanımı 40 milyon oğurlayıb qaçdı
Məşhur tərzi: Kate Middleton
Arda Turanın məhkəməsi başladı - Həbs oluna bilər
Pişiklər və qəribəlikləri şəkillərdə
Eynşteynin gözləri, Edisonun son nəfəsi...
Susuzluq kilo aldırar və vaxtsız yaşlandırar
Rus qırıcıları türkmən ərazilərini bombaladı
Teledərslərin sabahkı cədvəli açıqlandı - FOTO
Konsert üçün 200 min xərcləyəcək
Sağlamlığa ziyan vuran yatma tərzi
Bu universitetdə kitablar “duşa girir” – FOTO
Hava haqqında
Bananlı desert (foto-resept)
Gəlinlik ayaqqabıları
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı - VİDEO
Qəfəs saç hörüyü necə hörülür?
Üzüm pəhrizi
Azərbaycan qızıl istehsalını artırdı
Uşağınız erkən saatlarda oynanırsa...
"Qadin.Net"-lilərin bəzəkli küknar ağacları
Meyvələr haqqında gələn xəbərlər-III hissə
Azərbaycanda şimşək çaxacaq, dolu düşəcək
Noyabr ayının qalibləri!
Vanqadan SENSASİON PROQNOZLAR
Sabahın HAVAsı
Kino tarixindən 30 maraqlı fakt
2020-ci ildə bu bürclərin bütün sahələrdə bəxti gətirəcək
Sadə qəlyanaltı (foto resept)
ABŞ Rusiya savaşı başlayır
Öpüşlə keçən xəstəliklər
Çin dünyaya bəyan elədi - "Effektiv dərman tapmışıq”
Sosial şəbəkələr çökdü
Rusiyada ibadət edənlər sayıldı
Orta məktəblərin internetə qoşulma sürəti artırılacaq
23 yaşlı gəncin vəsiyyəti üzə çıxdı
Facebook 3 milyard dollar verdi, istəmədi
Azərbaycan idmançılarının “Bakı-2017”də altıncı qızıl medalı
Koronavirusdan sağalanlardan alınan qan plazmasının effektsizliyi müəyyən edildi
Amazon Yer orbitinə 3000-dən çox peyk göndərəcək
ÜST-ün Baş direktorundan bədbin proqnoz: “Bu, həyatımızda son pandemiya olmayacaq”
Bu cihazla bütün evi elektriklə təmin etmək mümkündür - İXTİRA - VİDEO
Rusiya yenə hədələdi
Koronavirusa yoluxan Yelena Zelenskaya xəstəxanaya yerləşdirildi
Rusiyanın canlı efirində sensasiya: "Ermənistan itin quyruğudur, Azərbaycan isə qüdrətli ölkədir"















- ŞƏRHLƏR