Jeff Bezos-un şirkəti Yer kürəsinin aşağı orbitində yerləşəcək peyklər vasitəsilə insanlara qlobal internet xidmətinin təqdim olunması yarışına qatılır. Bunun üçün Yer kürəsinin aşağı orbitinə 3000-dən çox peyk göndərmək lazımdır. Bu barədə Hightech.plus saytı xəbər verib. Gün ərzində sürətli internet gələcəyin əsas tapşırıqlarından biridir və bu bazarın dəyəri 130 milyard dollar təşkil edir. Buna görə də heç təəccüblü deyil ki, həmin bazarda pay sahibi olmaq üçün bir çox şirkətlər rəqabətə qoşulublar. Kütləvi informasiya vasitələri nizamlayıcı orqanların sənədləri əsasında bu sahəyə qoşulmaq niyyətində olan yeni oyunçu barəsində məlumat aşkar ediblər. Söhbət, Jeff Bezos-un Amazon şirkətindən gedir.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Jeff Bezos Yer kürəsinin aşağı orbitində 3000-dən çox peyk yerləşdirməyi istəyir. Kuiper adlı layihə ilə bağlı sənədlər Geekwire saytı tərəfindən ortaya çıxarılıb. Sözügedən sayt bu layihə üzrə Vaşinqtonun Kuiper Systems LLC şirkəti tərəfindən Beynəlxalq Telekommuniksiya Birliyinə (ITU) göndərilmə məqsədilə ABŞ-ın kommunikasiya üzrə federal komissiyasına yönləndirilmiş sənədləri aşkar edib və incələyib. Beləliklə Jeff Bezos insanları qlobal internet ilə təmin etmək üçün Yer kürəsinin aşağı orbitinə 3236 ədəd peyk göndərməyi planlaşdırır. Həmin peyklər yer kürəsinin səthində 590 km-dən 630 km-ə kimi hündürlükdə yerləşəcəklər. Aşağı orbitin əsas üstünlüyü siqnal ötürülməsi zamanı gecikmələrin olmamasındadır.
Sözügedən peyk şəbəkəsi 56 dərəcə cənub enindən 56 dərəcə şimal eninə kimi olan ərazini əhatə edəcək. Bu ərazidə isə Yer kürəsi əhalisinin 95%-i yaşayır. Amazon şirkətinin təmsilçisi Jeff Bezos-un bu layihə ilə olan əlaqəsini təsdiqləyib. "Kuiper layihəsi Yer kürəsinin aşağı orbitində yerləşəcək peyklərdən ibarət şəbəkədir hansı ki, hal hazırda yüksəksürətli internetə çıxışı olmayanları yüksəksürətli genişzolaqlı internet bağlantısı ilə təmin edəcəık. Bu, milyonlarla insanın xidmətini özündə birləşdirən uzunmüddətli layihədir" - deyə Amazon şirkətinin təmsilçisi bildirib. BMT-nin hesablamalarına əsasən Yer kürəsinin təqribən 4 milyard sakini stabil internet bağlantısına sahib deyil. Yüksəksürətli internet bağlantısının vacibliyi isə günü-gündən artır.
Amazon şirkəti hələki bu layihəni detallı şəkildə jurnalisltər ilə müzakirə etməyə hazır deyil. Layihənin nə zaman reallaşdırılacağı, onun qiyməti və təqribi olaraq insanlara nə zaman xidmət göstərəcəyi barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, sözügedən peykləri Yer kürəsinin aşağı orbitinə Jeff Bezos-un digər şirkəti olan Blue Origin-in raketləri çatdıracaqlar. Bu sahədə Amazon-u ciddi rəqiblər gözləyir. Onlardan biri də Elon Musk-ın SpaceX şirkətidir. Belə ki, SpaceX-in Starlink adlı layihəsinə əsasən şirkət Yer kürəsinin orbitində 12.000 ədəd peyk və Yer kürəsinin səthində internet siqnallarının qəbulu üçün milyonlarla baza stansiyası quraşdıracaq. Bu sahədə daha bir ciddi oyunçulardan biri də Avropanın OneWeb şirkətidir. Bu şirkətin ilk peykləri hələ fevral ayının sonunda orbitə göndərilımişdi
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanın ilk işıq körpüsü
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
İşğaldan azad olunmuş torpaqlarımızdakı mədəni abidələrlə bağlı VACİB ADDIM
Azərbaycanda “ağıllı ev”lər yaradılacaq
Məşhur aktrisa imicini dəyişdi - FOTO
İdeal bədən quruluşuna sahib modeldən AÇIQLAMA
Çəkdiyi Selfie ilə həbsdən xilas oldu-FOTO
HAVA necə olacaq? 19 İyun
Ananasın faydaları
Modemi işlək saxlamayın!
Rəngli yemək otaqları
HAVA necə olacaq? 9 İyul
Ev almaq istəyənlərə şad xəbər
Qozlu-qaysılı alma deserti (foto resept)
Tərəvəzli salat (foto resept)
Kraliça İlham Əliyevə məktub göndərib
Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər
Qız uşaqları üçün hörüklər
Samsung onu yeniləyəcək
Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsinə start verilib - FOTO
Azərbaycanın qarlı libasından ürəkaçan görüntülər
Ölülərin qoxusu hazırlanacaq
Hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO
2012-ci ilin idman ayaqqabıları və cins modelləri
Yapon alimlərdən inanılmaz xəbər-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Günün qoroskopu: hadisələri diqqətlə izləyin
Ceyhun Bayramov: “Uşaqları tolerantlıq, bütün dinlərə hörmət ruhunda tərbiyə etmək üçün dərsliklərdə bütün məlumatlar var”
Hava haqqında - 03.09.2013
Wi-Fi pulsuz olacaq
Məşhur tərzi: Millie Bobby Brown
Demet Akalının pullarını xərcləyən qızı Hira imiş
Rastlaşa biləcəyiniz maraqlı hallar
Dubayda dünyada ən iri günəş elektrik stansiyası tikilir
20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümüdür
Bakının uşaq bağçalarında bayraq aksiyası
Bakıda metro yaxınlığında yanğın
Möcüzə enerji-4
2020 yaz modasına istiqamət verən trendlər
Günün ulduz falı - 15.10.2013
Nurgül Yeşilçay 7 kq arıqladı - FOTO
Həcc ziyarətini 1000 kamera izləyəcək
Turistlər üçün yeni növ məlumat köşkləri yaradılacaq
Məşhur cütlüyün evi satışa çıxarıldı - FOTO
Xəzərdə zəlzələ oldu
"Rusiya Xəzər dənizi üzərindəki hava məkanından İŞİD-lə mübarizədə istifadə edəcək"
5 aylıq körpə anasını xilas etdi
Rəsmi Bakı Britaniyaya cavab verdi
Davranış qaydalarına riayət edirsinizmi?
"Çukur" haqqında nazirdən AÇIQLAMA














