Qaraciyər olduqca dözümlü bir orqandır. 80-90% hüceyrəsini itirsə belə funksiyalarını davam etdirə bilər. Əməliyyatla çox hissəsi götürülmüş olsa belə bir neçə həftə içində özünü təzələyə bilər. Spirt və narkotik maddələr, hepatit B və C kimi viruslar qaraciyərdə qalıcı ziyan buraxa bilər.
Xüsusilə serroz xəstəliyi qaraciyər nəqli olmadan yaxşılaşması çox asan olmayan bir xəstəlikdir, qaraciyər özünü yeniləyə bilməz və funksiyalarını itirər. İndiki vaxtda zamanında diaqnoz edildiyi təqdirdə müalicəsi mümkündür, lakin əksər hallarda qaraciyər nəqli şərtdir.
Istifadə olunan bütün yemək və içkilər, nəfəs alarkən içəri çəkilən hava, hətta dəri tərəfindən "əmilən" hər cür maddə sonunda qaraciyərə çatar.
Qaraciyər 300 milyon hüceyrəsiylə maddələr mübadiləsini işlədir və yeməklər həzm olunur. Bədən üçün lazımlı olan vitamin və minerallar qan dövranıyla bədənə yayılır, zərərli maddələr isə bədəndən atılır. Yeməkləri təhlil etmək qaraciyərin əhəmiyyətli bir vəzifəsi olsa da başqa əhəmiyyətli funksiyaları da vardır. Qaraciyər eyni zamanda qlükoza anbarıdır və bədən enerjiyə ehtiyac duyanda buradan əldə edir.
İllərcə çox spirt qəbul etmək qaraciyər xəstəliyinə səbəb olan ən əhəmiyyətli səbəbdir. Çox spirt qaraciyərin yağlanmasına səbəb olur. Qaraciyərin ətrafındakı yağ təbəqəsi iltihablanırsa, spirtli hepatit deyilən və geri qaytarılması çox çətin olan ciddi bir problem meydana gəlir və bu hepatitin serroza dönmə ehtimalı yüksəkdir.
Qaraciyərinizi qorumaq üçün:
Uzun illər ərzində qadınlar gündə 1, kişilər gündə 2 stəkandan çox spirt qəbul edərsə, serroza tutulma riskləri olduqca artır. Narkotiklər, xüsusilə də kokain qaraciyər xəstəliklərinə səbəb olur.
Hepatit B peyvəndi etdirin.
Dərman istifadənizi məhdudlaşdırın. Həkim tərəfindən verildiyi şəkildə və dozada dərman qəbul edin. Lazım olmadıqca dərman istifadə etməyin. Bitki mənşəli qarışımlara qarşı diqqətli olun. Xüsusilə tərkibində qovaq, yarpız, kimi bitkilər olan qarışıqlar zəhərli ola bilər. Bundan başqa yüksək dozada A, D, E və K vitamini də qəbul edilməməlidir.
Digər insanların qanından və bədən mayelərindən uzaq dayanılmalıdır. Hepatit virusları daha əvvəl istifadə edilmiş iynəylə, damar içi şprislərlə də yoluxa bilər. Həmçinin başqası tərəfindən istifadə edilmiş ülgüc ,diş fırçalarını istifadə etmək və qorunmadan cinsi əlaqəyə girmək virusların yoluxmasına səbəb olur.
Həşərat dərmanları istifadə edərkən diqqətli olunmalıdır. Həşərat öldürücü spreylər istifadə edilmədən əvvəl otağın havası dəyişməli və ya maska ​​taxılmalıdır.
Dərinizə təmas edən şeylərə diqqət edin. Xüsusilə kimyəvi maddələrlə işləyən insanlar bu maddələrin bədənləriylə təmasından qaçmalıdır.
Çox yağlı yeməklər yeməməlisiniz. Qaraciyər bir insanın ehtiyac duyduğu miqdarda xolesterolu çıxarır. Sağlam qidalanmaq qaraciyərin sağlam şəkildə işinə köməkçi olar. Həmçinin nizamlı idman etmək də qaraciyər sağlamlığı üçün faydalıdır.
Sağlam çəkidə qalın. Spirt qəbul etməyən insanlarda belə qaraciyərin yağlı olması serroza və hepatitə səbəb ola bilər.
Qaraciyər narahatlığı yaşadığınızdan şübhələnirsinizsə, vaxt itirmədən həkimə müraciət edin. Gözlərdə ya da dəridə sarılıq, qarın ağrısı, mədə yanması, keçməyən qaşıntı, sidikdə tündlik, xroniki yorğunluq, mədə bulanması kimi şikayətləriniz varsa, mütləq qaraciyəriniz yoxlanmalıdır.
2. Adaçayı da qaraciyər təmizləyən bitkilər arasındadır, 1 stəkan qaynar suyun içərisinə 5-6 qram adaçayı əlavə edin, 10 dəqiqə bu çayı dəmləyin. Bu bitki mənşəli çayı səhər və axşam olaraq gündə 2 dəfə qəbul edin.
3. Son olaraq nanə yarpağı; 9-10 qram nanə yarpağını 1 stəkan qaynar suyun içərisinə əlavə edin və 10 dəqiqə dəmləyin. Gündə 2 dəfə bir stəkan bu çaydan da içə bilərsiniz.
XƏBƏR LENTİ
Mehriban Əliyeva anasının məzarını ziyarət etdi
Ermənilər Türkiyədəki İncirlik Amerika hərbi bazasını ələ keçirmək istəyirlər
"Facebook-da danışmaq günahdır"
Bir damlaya sığan dünya...
Gözünüzün kökü saralmasın
Serialdakı eşq gerçək oldu?
Ebru Şallı onu təhqir edənin kim olduğunu dedi
Hazal Kayanın evi yandı
Məşhurların böyüyən ailəsi
Bədən ölçünüzə uyğun paltar seçimi
HAVA necə olacaq? 7 İyun
Rihanna haqqında Rekord Məbləğə film çəkilir
Polad Həşimovun adının verildiyi küçə ilə bağlı RƏSMİ AÇIQLAMA
Dərsliklərin monitorinqində yeniliklər olacaq
Günün ulduz falı
İstanbulda qasırğa
Sezonun ən iddialı trendi: Qabarıq qollar
TQDK-dan Facebook xəbərdarlığı
Tibbə məlum olan ən uzun dişi çəkilib - VİDEO
ABŞ geri addım - növbə Britaniyanındırmı?
5 Müalicəvi hərəkət
Rihanna sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İnstaqramdakı o "zəhləngetmiş"
Möcüzəvi daşın sirli əlamətləri
Alişan yoldaşının saçından yazdı-FOTO
Meyvə qabıqlarının faydaları
İrin yuvası
Saç rezini modelləri
Başqasının adına SİM kartı olanlara - Qadağa
Tənhalıq qorxusunun öhdəsindən necə gəlməli?
2013 gəlinlik modelləri
Yoqa (3)
Ziyafətlər üçün hicablar
FIFA DÇ-2014-ün səbətlərini açıqladı
11 aylıq uşağın bədənində 16 iynə tapıldı - FOTO
Çörək(foto resept)
İtaliyada gün ərzində koronavirusdan 793 nəfər öldü
Azərbaycan çaylarının suyu azalıbmı?
Düyü suyunun saçlara inanılmaz faydası
Rusiya Suriyanın müdafiəsini "S-300"lə gücləndirir
Ataları fərqli olan EKİZLƏR
Telekanallarda monitorinqlər başlanıldı
Məşhur cütlüyün toyu haqqında detallar məlum oldu-FOTO
Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO
Yay vaxtına keçid bizə nə verir?
Pensiya fondu göstəriciləri açıqladı
Yataq örtükləri
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
"İstanbullu gelin"in final tarixi açıqlandı
Vampir-balıq kəşf edildi
- ŞƏRHLƏR