Uğurlu iş qadını Leyla Alaton Günyeli, doğuşdan sonra necə 20 kilo arıqladığını izah etdi. Günyeliyə görə, iş həyatınız nə qədər çətin olursa- olsun, idman etmək üçün vaxt tapa bilərsiniz. O, bunu fəlsəfi olaraq mənimsəmişdir. "Söz mövzusu idmandırsa, bunu gecikdirmək üçün heç bir bəhanə olmamalıdır" deyir.
Alarko Şirkətlər Qrupunun İdarə heyətinin Üzvü Leyla Alaton Günyeli, müvəffəqiyyətli bir iş qadınıdır. Eyni zamanda 4 yaş yarımındakı Erosun və 2 yaşındakı Atlasın anasıdır. Günyeli, zülal rejimini tətbiq etmiş və nizamlı qidalanaraq, 8 ayda 20 kilo verməyi bacarmışdır. Sonra da idmana daha çox üstünlük verərək bədənini sağlam, formalı hala gətirmişdir. Əslində, uzun boyu və əzələli bədəniylə ona baxdıqda 8 ay əvvəl belə görünmədiyinə inanmaq çətindir.
Onun dediyinə görə, bu artıq çəkini o doğuşdan əvvəl və doğuşdan sonra övladını əmizdirdiyi dövrdə yığmışdır.
Arıqlamaq üçün necə bir rejim tətbiq etdiniz?
Arıqlamaq üçün zülal rejimi tətbiq etdim. Səhərlər yalnız bir dilim buğda çörəyi, yanında bir az ağ pendir və bal yedim. Arada çox yemək xasiyyətim yoxdur, günortalar bir qab yemək, ya zeytun yağlı bir salat, ya da bir ət yeməyi yeyirdim. Ümumiyyətlə seçdiyim ət- balıq ya da toyuq olurdu. Günortadan sonra da axşama çox acmamaq üçün meyvə... Axşamlar da yenə qızartma balıq, toyuq, ya da ət yeməyi seçdim. Yanında şübhəsiz ki, bir az tərəvəz yeməyi yeyirdim. Qısaca özümü tutdum! Mən də indi inana bilmirəm.
Rejim zamanı idman etdinizmi?
Rejim vaxtı çox idman etmədim. Yalnız çox yüngül idmanlar etdim. Çünki, məncə, arıqlamağa çalışarkən idman etmək həm çox iştah açır, həm də bədəni çox sərtləşdirir, arıqlamaq daha çətinləşir. Mən ancaq arıqladıqdan sonra davamlı bir şəkildə idman etməyə başladım. Hillside City Cluba həftədə 5 dəfə gəldiyim günlər olur. Arıqladıqdan sonra bədənimin formaya düşməsi və özünü yığması burada etdiyim idman sayəsində reallaşdı, deyə bilərəm. Burada həkim də, pəhriz mütəxxəsisi də var, onların da mənə bəzi tövsiyələri oldu.
İdmanda məşq olaraq nələri edirsiniz?
Hillside City Clubdakı studiya dərslərinə gedirəm. Pilates (əzələləri qüvvətləndirmək və elastikliyi artırmaq məqsədiylə daha sağlam bir bədən üçün məşq sistemi) edirəm, kinqboks edirəm, rep reeboks edirəm.
Əslində burada səhər proqramında olan az qala bütün dərslərdə iştirak edirəm, deyə bilərəm. Bu dərslər çox xoşuma gəlir. Dərs yoxdursa, özüm məşğul oluram: qaçış aparatı, arıqlamaq üçün velosiped kimi alətlərlə işləyirəm.
Uzaq şərq mənşəli idmanlara və müalicələrə necə baxırsınız?
İdman klubunda müxtəlif yoga dərsləri verilir. Müəllimlərimiz də ən yeni texnikalardan istifadə edirlər. Yeni dərslərin arasında bu tərz; uzaq şərq mənşəli idmanlar da olur, mən də bu fürsəti sınamış oluram.
XƏBƏR LENTİ
Azərbaycan tarixindən yüz şəxsiyyət-19
Hamilə xanımlar üçün qış geyimləri
Audi sirrini açdı
Prezidentdən milli mətbuatın 145 illik yubileyi ilə bağlı SƏRƏNCAM
Biz anlayaq ki, bizi anlasınlar
Milli Məclis bu qanunları dəyişdirir - SİYAHI
"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi"
Nazir: "Hər kəs zəhmətinə uyğun olaraq layiqli pensiya almalıdır"
Toy bataqlığından necə qurtulmaq olar?
Karma qanunu
Qadın.netlilərin ləhcəsi (1)
Maska mədəniyyəti: Onlarda və bizdə - VİDEO
“Yeşilçam” aktrisası koronavirusa yoluxub?
Tanınmış aktyor koronavirus səbəbindən ölkəsinə qayıda bilmir
Doğru olmayan iddialar
Dodaqları daha dolğun göstərmək üçün...
İnsanların ən çox gördüyü 5 yuxu
Gilas kompotu (foto resept)
Dişləri təbii yollarla necə ağartmalı?
Misirdə məscidləri bağlayacaqlar
Əsəbləri sakitləşdirən üsullar
Tarkanın qızı ilə ilk paylaşımı-FOTO
"Facebook"da problem yaranıb
Lavaşlı toyuq (foto-resept)
Hündürdaban ayaqqabılar oynaq ağrılarına səbəb olur
Naringili piroq (foto resept)
Bu xanım Türkiyənin “first lady”si olmağa hazırlaşır
"Bizim hikaye" erkən FİNAL edir-SƏBƏB
Düzgün qidalanaq
Həyat və ömür yolları
Serdar Ortaç Boşanmasından danışdı-FOTO
Türksayağı tomat şorbası (foto resept)
Hamiləlik testi nə zaman aparılmalıdır?
Səhra əqrəbi
"Reklam haqqında" yeni qanun layihəsi hazırlandı
Sayıq olun - o, insanı xəstə edir
ÜST onlayn dərslərin uşaqların psixi sağlamlığına təsirini qiymətləndirib
Azərbaycan güclənir
Günün qoroskopu: ağıllı adamlar və yaxşı məsləhətlər
Görünməmiş EVLİLİK TƏKLİFİ
Maska salatı (foto resept)
Bazarlarda qiymətlər qalxdı
Xiyar salatı (foto resept)
Cəbhədə yenidən gərgin döyüşlər, ermənilərin döyüş tankı heyətlə birlikdə məhv edildi
Türkiyədə partlayış baş verib
Yemək görünüşlü üzüklər
Yuxuda çevrilmə hallarının səbəbi
Bu şəkillərə iki dəfə baxmalı olacaqsınız
Çərəzli konfetlər (foto resept)
Qubanın qarlı dağlarından fotoreportaj
- ŞƏRHLƏR