Həm yerli, həm də xarici televiziya kanallarında, qəzet və jurnallarda sağlamlıq və düzgün qidalanma ilə bağlı söhbətlərdə çipsilərin ziyanı barədə eşidirik. Mütəxəssislərin gəldiyi nəticələri dinləyirik. Amma... Biz ondan imtina edirikmi?
Gəlin kartof çipsi kimi bilinən məhsulun arxasında hansı gizlinlər var - bu barədə danışaq.
Əgər xərçəngə aparan ucuz və sadə yolu bilmək istəyirsinizsə, o zaman diqqətli olun!
Ümumiyyətlə çipsidən ölmək olarmı? Deyilənlərə görə İngiltərədə belə bir hadisə olub.
Ötən əsrin 60-cı illərində Sovet məkanına daxil olan çipsi 50 ildən çoxdur ki, getdikcə daha da geniş yayılmağa başladı. Bu gün hamı mağazalarda satılan müxtəlif çipsi nümunələrini dadır və onun ləzzətli xırçıltısının əsiri olur. Bu asılılıqdır, yoxsa vərdiş?
Asılılıq deməklə sanki insanlar məsuliyyət hissini üzərlərindən götürmək istəyirlər. Bu vərdişdir. Vərdişin yaranması şüuraltı informasiyadan irəli gəlir. Bu zaman insan özündən asılı olmayaraq onu istəməyə başlayır.
Çipsilərin hazırlanması çox asan və ucuz olduğundan diqqət etmək lazımdır, çünki bazar təkcə keyfiyyətli məhsul yox, keyfiyyətsiz məhsulu da satışa çıxaracaq.
Çipsi - rəngləyicilər və dadvericilərin fonunda karbohidrat və yağların qarışığıdır. Standartlara görə, çipsi 30 saniyə ərzində qızardılmalıdır. Lakin bu, həmişə belə olmur və nəticədə hidrogenləşmiş yağ çipsilərdə toplanır və xolesterinin yaranmasına səbəb olur. Bu da öz növbəsində ateroskleroza, tromboflebitə və bir sıra başqa ciddi xəstəliklərə yol açır.
Ən böyük təhlükə yağların akrilaminlərə parçalanmasıdır. Akrilaminlər mutogen və konserogen xüsusiyyətlərə malikdir. Hətta qızardılma texnologiyası azacıq pozulduqda belə onlar yaranır. Nəticədə akrilamin konserogenləri xərçəng əmələ gətirir. Bundan qaçmaq üçün yağı tez-tez dəyişmək lazımdır. Orta ölçülü çipsi paketində bu maddənin miqdarı Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu normadan 500 dəfə çoxdur. Hətta ev şəraitində belə yağı və qızarma texnologiyasını düzgün seçmədikdə bu maddələr əmələ gəlir. Belə bir sual yaranır: "Çipsin hazırlanma texnologiyasında bunu nəzərə alırlarmı?"
Çoxumuz elə hesab edirik ki, çipsilər kartofdan hazırlanır. Amma bu, əvvəllər belə idi. Müasir zamanda onun tərkibinə nişasta, qarğıdalı və ya buğda unu daxildir. Nişasta bir qayda olaraq soyadan hazırlanır və buna görə də genetik modofikasiyalı element hesab olunur. Orqanizmə düşən zaman təkcə qlükozaya deyil, ziyanlı maddələrə də parçalanır. Çipsi nə qədər ziyanlı olsa belə, istehsalçılar onu hazırlamaqdan, biz isə istifadədən əl çəkməyəcəyik. Odur ki, çipsi almağı düşünürsüzsə, onun tərkibi ilə mütləq tanış olun. Onun tərkibindəki "aromatizator" sözü istehlakçının ona kimyəvi birləşmələr qatdığını göstərir. Natrium inazinati E631 çipsilərin dadvericisidir. Bu birləşmənin xüsusiyyətləri tam öyrənilməyib və buna görə də mütəxəssislər onun çox istifadəsinin əleyhinədirlər. Bəzən onu SHTR hərfləri ilə işarə edirlər. Etiketdə E qatqısının 10-dan yuxarı olduğu yazılıbsa, bu zaman 10 dəfə düşünün. Sağlamlığımızı təhlükəyə atmağa dəyərmi? Yenə də onu almaq istəyirsinizsə, o zaman rəngi açıq çipsi seçin. Çox qızardılmış çipsilərdə konserogen də çox toplanır. Çox xırçıltı da buna işarədir.
Çipsi pəhriz qidası deyil. Onun hər gün qəbulu qastrit və digər mədə-bağırsaq pozğunluqlarına yol aça bilər. Çipsin ziyanını hamı bilsə də, heç kim onu görən zaman özünü saxlaya bilmir. Xüsusən də uşaqlar.
Çox vaxt məşhur markalar sarı, narıncı, qırmızı, açıq yaşıl rənglərdən istifadə edirlər. Bu, diqqəti cəlb edir və ona sahib olmaq arzusunu yaradır. Çipsiləri bu qədər niyə sevirik? Psixologiyada assosiasiya deyilən anlayış mövcuddur. Belə ki, çipsiləri ən çox dostlarımız və ya rəfiqələrimizlə birlikdə vaxt keçirən zaman istifadə edirik. Əslində isə biz onun heç dadının necəliyinə varmırıq, sadəcə həmin duyğuları yenidən yaşamaq, xatirələri yada salmaq istəyirik və buna görə də dərhal çipsi almaq istəyirik. Psixoloqların apardığı təcrübələr də sübut edib ki, çipsi yeyən insanın 20 dəqiqə ərzində əhvalı düzəlir. Lakin bu onun dadından və tərkibindən yox, həmin assosiasiyalarla bağlıdır. İnsan bunun fərqinə varsa, bu zaman ondan istifadə etməyəcək.
Çipsilərin tərkibində 30-40% translasiya olunmuş yağlar var. Bunlar insanın immunitetini pozur və diabet yaranma riskini yüksəldir. Həmçinin onkoloji xəstəliklərin yaranmasına, kişilərdə testesteronun səviyyəsinin azalmasına səbəb olur, prostoqlobulinlərin dəyişmə prosesini pozur (prostoqlobulinlər bütün hüceyrə və toxumalarda bərpa funksiyasını yerinə yetirir). Bundan başqa, orqanizmin əsas fermenti olan toksinləri və dərmanlardan ayrılan konserogenləri parçalayan sitoxrom c-oksidazanın işini pozur.
14 illik təcrübənin nəticəsi olaraq Böyük Britaniya alimi müəyyən etdi ki, tranformasiya olunmuş yağ turşuları ən çox ürəyin tac damarlarının tıxanmasına - infarkt və miokarda səbəb olur. 40% isə döş xərçəngini əmələ gətirir. Akrilamin maddəsi isə sinir sistemini tormozlayır, böyrək və qaraciyəri sıradan çıxarır.
Bütün bu deyilənlərdən sonra yenə də çipsi yemək istəyirsinizə, onu ən təhlükəsiz hazırlanma qaydasını sizə təqdim etmək istəyirəm.
Ailə sayına görə götürdüyünüz kartofların qabığını soyub yuyun və nazik dilimlərə bölün. Sonra bir neçə dəqiqə soyuq suda saxlayın. Bu, nişastanın yuyulmasına səbəb olacaq. Sonra bu kartof dilimlərini yaxşıca qurudun. Duz, istiot və ağız dadınıza uyğun ədviyyat vurduqdan sonra qaba düzüb mikrodalğalı sobaya yerləşdirin. Sobanın temperaturundan asılı olaraq 4-8 dəqiqəyə çipsiləriniz hazırdır. Burda yağ olmadığı üçün heç bir akrilamin də əmələ gəlmir və siz təhlükədən uzaqlaşmış olursunuz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
11 iyun Ramazan ayının 5-ci günüdür
Körpə dünyaya gəlir, ona qayğı lazımdır (2-ci hissə)
Adamları yoxa çıxaran rəssam
Uşaqların qəribə davranışlarının mənası
Yaradıcılığını makiyajla göstərdi
Möhkəm və uzun dırnaqlar üçün
Hava haqqında
Bu zikri səcdədə deyən...
Müxtəlif hislərin beyində yaratdığı dəyişikliklər
Xoşbəxt olmaq asandır
Təyyarə ilə səfər zamanı qulaqda yaranan problemlər
Prezidentin köməkçisi onun adından açılmış saxta sosial şəbəkə hesablarını ifşa etdi
Hava "düzəlir"
Məşhurlar gözəl qalmağı necə bacarır? (1)
Geyim dəstləri
Ərp bağlamış boğaz...
iWatch-ın satılacağı vaxt açıqlandı
Serdar Ortaç Kitabını Təqdim Etdi!-FOTO
Salfet ilə süfrələrinizi bəzəyin (3)
Hazal Kaya alış-veriş mərkəzində problem yaşadı - FOTO
Azərbaycan kitab bazarında rekord
Mənim arıqlama sirrim
Toyuq ətli salat (foto resept)
Çay təzyiqi salır
Məşhur verilişdə şok hadisə-VİDEO
"ASAN xidmət" mərkəzlərində işləmək istəyirsiz?
Ev trüfelləri (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?- 7 fevral
Yeni məktəb ilində şagirdləri nə gözləyir?
Şəhidlərimizin bank borcları silindi
Çöp şişdə fərqli toyuq kababı(foto resept)
Rus əlifbası - Лл
“Qara qızıl”ın qiyməti durmadan qalxır
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
WhatsApp-dan gözlənilən yenilik
Qarabağda sülh niyə yubanır?
"Tatlı" paxlava (foto resept)
Hava haqqında
On iki bürcün ən gözəl xanımları
Azərbaycanda işəgötürənlərə HAVA XƏBƏRDARLIДћI
Azərbaycan Livana bir milyon dollar yardım edəcək
Qısa dırnaqları uzun göstərməyin yolları
Subaylığın 4 faydası
Şəhid ailələrinə 11 min manat veriləcək - RƏSMİ
Hamburger (foto resept)
Əşyaları görünməz edən yeni texnologiya yaradıldı
Gəncə parkları abadlaşdırılır
Yeni tanışlarla necə ünsiyyət qurmalı?
İbrahim Tatlıses paylaşımı ilə diqqət çəkdi
"Hercai" serialının ulduzuna İsraildən reklam təklifi
- ŞƏRHLƏR