Sağlam qidalanmaq dəyincə ağılımıza ac qalmaq gəlir. Salat üzərinə quru toyuq sinəsi qoyub doymağa və ya brokkolidən ləzzət almağa çalışır, bir sonrakı payı düşünməmək üçün özünü məcbur edirsən. İşin pis tərəfi bunları bacarsanda tez-tez acırsan, canın şəkərli xəmirli qidalar istəyirsən. Yeməsən, gərginliyin artır, dözümün azalır, enerji səviyyən düşür. Yesən, də günahkarlıq duyursan, müvəffəqiyyətsiz olduğunu və xərclədiyin bütün səylərin boşa getdiyini düşünürsən. Motivasiyan hər iki vəziyyətdə də yerlərə düşür.
Yuxarıda bəhs etdiyimiz vəziyyətlərlə əlaqədar o qədər çox səhv bilinən var ki, az qala hər cümlə üçün ayrı bir yazı mövzusu olur. Bu yazını, tox hissetmənə köməkçi olan qidalara ayırdıq. İlk əvvəl tox hiss etmənin necə təmin edildiyini qısaca izah edək, sonra da tək-tək bu qidaları sıralayaq.
Ümumi olaraq insan bədəni iki şəkildə toxluq hissinə çatır:
1. Vücudun ehtiyac duyduğu makro və mikro qidaları keyfiyyətli mənbələrdən alaraq.
2. Mədə həcmini dolduraraq.
Bir çox adamın doyma şəkli ikinci variantdır. Halbuki bədən lazımlı qidaları aldığında təmin olar və daha çox həcmini doldurmaq üçün israr etməz. Məsələn, səhər yediyin və mədəni doldurduğun simit, börək və ya yarım çörək üzərinə sürdüyün bal qaymağı yeyərkən 1-2 saat sonra özünü ac hiss edə bilərsən, çünki bədənin kafi qidalanmanı ala bilməmişdir.
Tox qalmağına köməkçi olacaq sağlam qida qruplarından ilk dördü.
Ət , süd , balıq , toyuq , yumurta ,qatıq: Bunların birlikdə qrup olmasının səbəbi zülal miqdarı yüksək qidaları təmsil etmələridir. Zülalların həzmi saatlar alır, qan şəkərinin balansına kömək edir və doyma hiss etdirən hormonların ifrazını artırır. Bu sayədə uzun müddət boyunca özünü tox hiss etməyə köməkçi olur.
Paxlalılar: Paxlalılar, çox bilinməsə də, həm yüksək nisbətdə zülal, həm də həll lif ehtiva edərlər. Sıx lif məzmunu sayəsində həzmi yavaşladar, insulin səviyyəsində aşağı-yuxarı meydana gətirməz. Ləzzəti də yanında gələn bonusdur.
Yulaf əzməsi: Banan, darçın və süd qatılmış (tapa bilsək içinə kətan toxumu) yulaf əzməsi ilə iki qaynadılmış yumurta (dilimlədikdən sonra üzərinə bir az duz, qara bibər, zeytun yağı, pul bibər və kəklik əlavə et) ilə başlamaq bəlkə də ən yaxşı səhər yeməyidir.
Bu səhər yeməyi, sağlam zülal, karbohidrat və yağ ehtiyatlarının bu qədər tamamlayıcı bir şəkildə bir araya gəlib Voltranı yaratdığı nadir anlardandır (80-ci illərdə uşaq olanlar demək istədiyimizi anlarlar ). Həm səni günə enerjili başladar həm uzun müddət tox tutar həm də gün ərzində lazım olan enerjini mərhələli olaraq təmin edər.
Yulaf əzməsi bişirilmədən yeyilməz!
Necə ki, makaronu bişirmədən yeməzsiniz, yulaf əzməsi də bişməmiş halı ilə yeyildiyində yonca yemə hissi yaradan bir qidadır. Məqsəd bir şəkildə uda bilmək deyil, bişirib ləzzətli bir şəkildə yeməkdir.
Necə hazırlayacağını bilmirsinizsə, sizə 10 dəqiqədən az müddətdə hazırlayabiləcəyiniz bir resept verək:
2 ovuc qədər yulaf əzməsini tavada su ilə qaynadıb bişir və bir kasaya tök. Əvvəldən dilimlədiyin 1 ədəd bananı və təxminən 1 stəkan südü də əlavə edib bu qarışığı əzərək sıyıq halına gətir. İstəyirsinizsə, üzərinə darçın da əlavə edib səhər yeməyinizi dadlı edə bilərsiniz.
Hər cür tərəvəz (kartof kimi nişasta miqdarı çox yüksək olanlar istisna olmaqla): Dünyadakı ən yaxşı pəhriz nədir sualına cavab verilərkən, bəlkə də bütün pəhrizlərdə iştirak edən tək qida qrupu tərəvəzlərdi. Dukan pəhrizi, paleo, vegetarian, vegan, ketojenik, Aralıq dənizi qidalanması.
Hansına baxsan bax, tərəvəzlərin iştirak etdiyini görürsən. Çünki tərəvəzlər əhəmiyyətli dərəcədə qida dəyəri daxildir və lifli strukturları ilə uzun vaxt tox qalmağına köməkçi olur.
Tərəvəz istehlakında sərhəd yoxdur, rəng rəng tərəvəzlərin fərqli fərqli faydaları var. Burada təbii ki qızardaraq yeməkdən bəhs etmirik, yoxsa badımcan kızartmasını biz də çox sevərik.
Əlavə məlumat: Tox hissetməni yalnız kalori məzmunu yüksək qidalar verməz. Bəhs etdiyimiz kimi mədənin dolması da toxluq hissini artırır. Hər yeməkdən əvvəl iki stəkan su iç, fərqini gör. Yanlış bilinənlərdən biri də yemək əsnasında su içmənin zərərli olduğu inanışıdır. Tam tərsinə su həzm prosesinə kömək edir və doyma hissini də artırır.
Unutma ki, sağlam qidalanmaq, ac qalmaq, ya da dadsız-duzsuz yeməkləri zorla udmağa çalışmaq lazım deyil. Həm sağlam, həm də çox ləzzətli qidalanmaq ən əhəmiyyətli məqsədimizdir.
İlk addım olaraq marketə gedəndə yuxarıdakı qidaları alın və əgər nizamlı olaraq yemirsinizsə, qidalanmanın mərkəzində bunlara yer verməyə başlayın.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Masa arxasında edə biləcəyiniz idman hərəkətləri
Sürücələrə: "Yolu unudun"
Fironun maskası da yalanmış
Azərbaycanın iki milli parkında yetkin bəbirlər qeydə alınıb
Eynəyini çıxartdı, hər kəs təəccübləndi-FOTO
Ebru Yaşar Serdar Ortaça dəstək oldu
Salma Hayek ailəsindən danışdı-FOTO
"Bir Zamanlar Çukurovada" yeni aktrisa
ETİRAFLAR: "Haqqım olanı istəyirəm!"
Mehriban Əliyeva: "Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir"
Toz fırtınası Azərbaycana təsir edəcək? - Rəsmi açıqlama
Gözəllik salonlarının iş qrafiki ilə bağlı DİN-dən açıqlama
Sevgi naminə
Leyla Əliyeva müharibə və əmək əlilləri üçün pansionatda olub
6000 illik cins parça tapıldı
Yosunlardan bioyanacaq istehsal ediləcək
Novruz süfrəsinin bəzəyi plov (foto resept)
Qadın altı ayda iki dəfə COVID-19-a yoluxub
Necati Şaşmazın verəcəyi təzminat bəlli oldu
Bürclər Emelenin qələmindən
2012-ci ilin yay ayaqqabıları
Ələ keçirilən düşmən qənimətlərinin görüntüləri yayıldı - VİDEO
Niderlandda azərbaycanlı tibb işçisi və oğlu koronavirusa yoluxdu - VİDEO
Yeni Quantanamo?
Müsabiqə - "8 möcüzə" - QALİBLƏR SEÇİLDİ!
DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
İtin-pişiyin nə xeyri var?
Azərbaycanda mülayim hava şəraiti davam edəcək
Azərbaycanın dövlət saytları çökdü
“ASAN xidmət”dən təqdimat
Müge Boz Azərbaycan haqqında danışdı-FOTO
Ağ saçlarınız təbii rənginə qovuşdurun
Günün qoroskopu: kredit götürməyin!
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı
İsveç keksi (foto resept)
Vanqadan qan donduran proqnozlar
Xaricə axan beynimiz
Xərçəngin düşməni olan quru meyvələr
ÜST rəsmisindən Azərbaycan xalqına ÇAĞIRIŞ: “Qış aylarında...”
Dərsliklər satışda
ASAN növbədə gözləyənlərə sms göndərəcək
Plastik əməliyyatlar "Aşk-ı Memnu"nun Cəmiləsini belə dəyişdi - FOTO
Məhərrəm ayı ilə bağlı fətva verildi
Eksklüziv Hyundai Veloster
Narkoz ölüm dadırmı?
Azərbaycanda Ebola virusu ilə bağlı palatalar yaradıldı
Bakının yeni dostu
Bakının mərkəzi avtomobillərin hərəkəti üçün 2 gün bağlı olacaq
İrina Şeykdən fərqli FOTO
Qarakənd faciəsinin ağ ləkələri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]