
Bununla yanaşı, kolbasa və sosiskaların tərkibinə toyuğun "tullantı" bölgələrindən də əlavə edilir. Bura toyuğun sinə əti, dərisi və qığırdaq hissələri, dad verməsi üçün xüsusi ədviyyatlar da vurulur. Kolbasa və sosiskaların içində maddələr araşdırılsa, öz təsdiqini tapa bilər. Sadəcə kolbasa və sosiska məmulatlarının qiymətini də 1 kq ətlə müqayisə etmək sadaladıqlarımızın düzgün olduğunu subut edər.
Qida mühəndisi Asif Quliyevin sözlərinə görə, kolbasa və sosiskanın tərkibinə dadı yaxşılaşdırmaq üçün soğan, sarımsaq və müxtəlif ədviyyatlar əlavə olunur. Hazır qarışıqda mikrob yaranmasının qarşısını almaq üçün qarışığa nitrit, nitrat kimi xərçəng törədici və sinir sistemini çökdürən, piylənməyə səbəb olan və az da olsa, asılılıq yaradan maddələr əlavə olunur. "Quyruq yağı və içalat yağları bədən istiliyində ərimə xüsusiyyəti olan yağlar deyil. İnsan sağlamlığı üçün bu yağlardan istifadə təhlükəlidir. Ancaq kolbasa və sosiska ilə bədənə düşən bu yağlar damar tıxanması və ürək-damar xəstəliklərinə gətirib çıxarır. Bunu bir sosiska qızardılmış tavadakı qalan yağın donma tezliyinə baxaraq daha aydın başa düşmək olar".
Kolbasa və sosiska uşaqlar üçün daha təhlükəlidir. Belə ki, bu qidalar uşaqlarda piylənmə, erkən yetkinlik, görmə qabiliyyətinin zəifləməsi, psixoloji pozuntular, qadınlarda uşaqlıq boynu və döş xərçəngi olma ehtimalını 3 dəfə artırır. Və ürək xəstəliklərinə səbəb olduğu elmi təcrübələrlə subut olunub. Müsahibimiz bildirir ki, bütün bunlara baxmayaraq kolbasa və sosiska alarkən, xarici görünüşündə kiflənmə və ya hər hansı bir problem olduğuna fikir verməlisiniz. Kolbasa və ya sosiskanın qablaşdırılmasında hava bolluğu olmamalıdır. Qoxusu iyrəndirici, kəsilərkən birrəngli olmalıdır. 3 yaşına kimi uşaqlara belə qidalar vermək olmaz.
Qarışıq ətli sosiskaların yağ nisbəti 100-də 40-a qədər yüksək ola bilər. Yağ nisbəti nə qədər çox olursa, məhsulun qiyməti də bir o qədər ucuz olur. Bu da ucuz olduğu üçün yağlı sosiskalara olan tələbatı artırır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, ölkədə hazırlanan kolbasalara vurulan ət yerli məhsul deyil. "Ət baha olduğu üçün kolbasa istehsalında yerli məhsullardan istifadə istehsalçıya sərf eləmir. Bu səbəbdən də xarici ölkələrdən gətirilən ətlərdən istifadə olunur" deyən həmsöhbətimiz bazarda keyfiyyətsiz kolbasa məhsullarının olduğunu bildirir. Dediyinə görə, bir müddət əvvəl Sumqayıtda mənşəyi məlum olmayan xeyli sayda kolbasa məhsulu aşkarlanıb.
Azad İsteklakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, kolbasa və sosiska məhsullarının maya dəyərinin ucuz olması ölkəyə gətirilən ət məhsullarının ucuz olması ilə əlaqəlidir. Müsahibimiz bildirir ki, xaricdən gətirilən kolbasalar dadlı olsa da, həmin məhsullara uzunmüddət keyfiyyətini qorumaq üçün müxtəlif qatqı maddələri vurulur. Kimyəvi maddələr məhsulların ömrünü artırır, amma insan ömrünü qısaldır. "Ölü heyvanların ətini kiloqramı 50 qəpiyə-1 manata alırlar. Leş ətləri paytaxta Muğan, Bərdə, Saatlı, Sabirabad, Masallı zonasından daxil olur. Bu kimi tərkibli məhsullar bazara çıxarılan zaman çox ucuz qiymətə satılır".
Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun sözlərinə görə, kolbasaların içində ət olmur. Onun dediyinə görə, bəzi işbazlar "halal" adı altında dindar insanları aldadırlar.
Rusiyanın bir çox ciddi jurnallarının araşdırmalarına istinad edən Əmiraslanov Rusiya kolbasalarına süni ət vurulduğu qənaətindədir. Dediyinə görə, bu da quş peyini, pivə jmıxı və neft parafinindən mikrobioloji yolla alınır. "Və sonra dadlandırıcılar və rəngləndirici maddələr əlavə edilir. Burada quş peyini var və bu haramdır".
T.Əmiraslanov deyir ki, ən sağlam, təmiz kolbasa belə təzə ətin yerini vermir.
Ətdən kolbasa düzəltmək ənənəsi isə qədim dövrlərə təsadüf edir. Belə ki, qədim dövrlərdə soyuducular olmadığı üçün əti saxlamaq məqsədilə onu heyvanın şirin bağırsağına doldurub qaxac edir.
XƏBƏR LENTİ
Tək-tənha
Melaniya Tramp ad günündə hədiyyəsiz qalıb- FOTO
Britni Spirs rəqs zamanı ayağını sındırdı - VİDEO
Yoqanın faydası nədir?
Bu yay harada istirahət etməli?
Doğuşdan sonra qadın sağlamlığı
Günün qoroskopu: Yeni ideyalara açıq olun!
Daha 339 nəfərdə koronavirus aşkarlandı - 4 xəstə vəfat etdi
4 yaşlı oğul atanı peşman etdi
Çanta modelləri
Sobada az kalorili, dadlı yemək (foto-resept)
Balqabaqlı tart (foto resept)
Günün qoroskopu:Qətiyyətli və sürətli olun!
Azərbaycan Avropaya elektrik satacaq
Ermənistan ordusu Ağdam istiqamətində bir neçə kəndi şiddətli atəşə tutub
Azərbaycanda hərbi gəmilər inşa olunacaq
Doğum sonrası psixoz: çarəsi yoxdur?
Hamilə qadınlar üçün zərərli olan qidalar
Əməliyyatdan sonra inanılmaz dəyişilən məşhurlar - FOTO
Məşhur müğənni və oğlu koronavirusa yoluxdu - FOTO
Kremldən İrəvana Qarabağ şoku
Vaxtı keçmiş məhsullar doğrudanmı zərərlidir?
Azərbaycan 10 helikopter aldı
Məktəb bazarlığı neçəyə başa gəlir? - VİDEO
Bu da Mitsubishi Lancer Evolution X
Məşhurlar qarın əzələlərini hansı idmana borcludur?
Bakı sakinləri, qəpikləri unudun!
Sürətlə kökələn Selena Gomezin son fotoları
Hər gün 10 min addım atın!
Evdə hazırlaya biləcəyiniz makiyaj məhsulları
Baxımlı olmaq çətin deyil
Ağız qoxusunun qarşısını alacaq tövsiyələr
Milyarder biznes-leydinin ixtirası təəccübləndirdi-FOTO
İslam dünyası ayağa qalxacaq
Şokoladlı-bezeli tort (foto resept)
Siqareti ata bilmirsiniz? Çarə tapıldı
Arıqladan qəribə üsullar
Dünya bu ay dağılacaq - EKSPERT RƏYİ
Mobil telefonlar
İmam sarığı tortu(foto resept)
“Selfie” çəkib paylaşan kişilər xəstədir
Elə et ki, üzr istəsin...
1 siqaret həyatınızdan 12 dəqiqə alır
Qidaların qaynadılma müddəti
Bilirsinizmi?
Təmayül sinifləri üçün yeni dərsliklər hazırlanacaq
Burak Özçivit ata olmaq istədiyini etiraf etdi-FOTO
Balalarını xilas etmək üçün özünü fəda etdi - VİDEO
Ledi Qaqa fanatlarını söydü-SƏBƏB
1 həftəyə 10 kilo arıqla















- ŞƏRHLƏR