Dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış qida borusu xəstəliklərindən biri qida borusu xərçəngidir. Belə ki, qida boru xəstəliklərinin 30-40 faizində bu problemə rast gəlinir. İldə hər 100 min nəfərdən 5-7-də bu xəstəliyə rast gəlinir. Qadınlara nisbətən kişilərdə qida borusu xərçənginə rast gəlmə ehtimalı 2-3 dəfə daha yüksəkdir. Bu da kişilərin içki, siqaret və s. kimi zərərli vərdişlərə daha çox meyilli olmasından irəli gəlir. Bundan əlavə, "fast food" qidaları da bu xəstəliyin yaranması riskini artırır. Adətən 40-60 yaşarası insanlarda rast gəlinən bu xəstəliyin bəzi hallarda 40 yaşın altında insanlarda da görünmə ehtimalı var.
Day.Az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının torokal cərrahı, tibb üzrə fəlsəfə doktoru Arif Ağayev AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.
Həkim deyib: "Qida borusu xərçənginin ilkin əlamətləri qida borusunun funksiyasının pozulmasıdır. Belə ki, bu xəstəlikdən əziyyət çəkənlər ağızda çeynənən qidanı mədəyə ötürməkdə çətinlik çəkirlər. Bu da xərçəng səbəbindən qida borusunun daralması, keçiriciliyin və qidanın mədəyə ötürülmə funksiyasının pozulmasından irəli gəlir. İkinci ən sıx rast gəlinən əlamət isə kəskin arıqlamadır. Adətən belə xəstələr döş qəfəsində ağrı və ya narahatlıq hiss edirlər. Ağrılar qida qəbulu zamanı daha da arta bilər. Bundan əlavə, xəstə qısa, təxminən bir ay müddətində 10-30 kilo arası çəki itirə bilər. Bu da çəki defisitinin yaranmasına səbəb olur. Xəstəlik bəzən öyümə, qusma və hətta qanlı qusma ilə də müşahidə edilə bilər".
Ümumiyyətlə, qida keçməzliyi hissi yarandıqda xüsusi müayinələrdən keçmək vacibdir. Əvvəlcə endoskopiya və rentgenoloji müayinələr tövsiyə olunur. Müayinələr zamanı qida xərçəngi şübhəsi yarandığı təqdirdə biopsiya olunur ki, bununla da xərçəng tam təsdiqini tapır.
"Diaqnoz təsdiqləndikdən sonra müalicə taktikasını seçmək məqsədilə kompüter tomoqrafiya və s. vasitəsilə xəstəliyin hansı mərhələdə olduğu müəyyən edilir. Qida borusu xərçənginin əsasən üç müalicə üsulu var. Bunlar cərrahi müdaxilə, kimya və şüa terapiyasıdır. Erkən aşkar olunan qida borusu xərçəngi zamanı ömrün uzadılması məqsədilə cərrahi əməliyyat keçirilməlidir. Xərçəngin yerləşməsindən asılı olaraq, əməliyyat iki və ya üç mərhələli ola bilər. Əməliyyatın texniki cəhətdən çətin olmasına baxmayaraq, səhiyyənin inkişafı ilə bu növ cərrahi müdaxilələrin riski də zamanla azalır. Qida borusu xərçəngi zamanı yaşam müddəti xəstəlik aşkarlanan zaman hansı mərhələdə olmasından asılıdır", - deyə A.Ağayev qeyd edib.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
