Sabah bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir
Azərbaycanda Ramazan bayramı günləri üçün hava proqnozu açıqlanıb.
Qadin.Net bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-ya verilən məlumata görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45% təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti təşkil edəcək.
İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, iyunun 26-da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
İyunun 27-də isə rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İranlı deputat koronavirusa yoluxduğunu etiraf etdi - FOTO
Məşhur cütlükdən Evlilik Açıqlaması-FOTO
Meg Ryan yenə uğursuz əməliyyat etdirdi-FOTO
Bağça körpəyə nə verir?
Həftədə 5 kq arıqlamaq üçün pəhriz
Sellülitə qarşı ən yaxşı 5 krem
Əsl donuz faciəsi
"Zenit"ə daha bir məşhur baş məşqçi gəlir
İstirahət günlərində Bakıda bu yol bağlı olacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Nil Karaibrahimgilə xoş SURPRİZ-FOTO
Arı sancmasına kömək edən məsləhətlər
"Azərbaycanın insan hüquqları sahəsində böyük uğurlar əldə edib
Bilərzik hazırla
Günün qoroskopu: Aldanmayın!
Sabahdan Bakıda ictimai nəqliyyat işləməyəcək
Yeni dərs ilinin başlaması ilə bağlı AÇIQLAMA - Valideynlərə müraciət
Fransa səfiri: “Senatın qətnaməsi Parisin rəsmi mövqeyini dəyişdirmir” - VİDEO
Kalsium Kainata haradan yayılır? - SİRR AÇILDI
Bu dəfə millimiz rəqibini darmadağın etdi
Sirli qızın restoranı
Hər kəs bu yeniyetmədən danışır
HAVA necə olacaq?
Gel boyalarda xərçəng təhlükəsi aşkarlanıb
İşsizlərin müavinəti 30-40% artırılacaq
Almazdan daha sərt olan mineral tapıldı
Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər
İspanağın faydaları
"No Makeup" trendinə qoşulan məşhurlar
Castin Biber nişanlandı-FOTO
Uşaq ensiklopediyası (4)
Dünya bazarında neftin qiyməti
"Mançester Yunayted" Ronaldunun nömrəsini Mataya verdi
"Kobra Pərviz" "Survivor" -2020-dən Ayrıldı
Hava haqqında - 15.02.2014
BÜRCLƏR bizə nə vəd edir?-21 Mart
Stiv Cobs Google-u məhv etmək istəyirmiş
Fıstıqlı bisküvit (foto-resept)
Ayrıldınızsa, unudun!
Gülümsəyin ki, xoşbəxt olasınız
Dünya nə vaxt virusdan tamamilə xilas olacaq?
Energetikası güclü olan insanların əlamətləri
Bölgələrdə 8 Mart qeyd olundu
Zəngin tərkibli küftə (foto resept)
Ən ağır kirpi pəhriz saxlayacaq
Yupiterdən üç dəfə böyük planet aşkar edilib
Dinozavrların ən böyük məskəni
Kibrit qutusu kimi evlər belə tikilirdi
Evdə mayonezi necə hazırlamalı? (resept)
Neslihanla Engin bir arada-FOTO














