Qadin.NET / Ramazan bayramı günlərində hava

Ramazan bayramı günlərində hava

Ramazan bayramı günlərində hava


Sabah bəzi  dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir

Azərbaycanda Ramazan bayramı günləri üçün hava proqnozu açıqlanıb.

Qadin.Net bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-ya verilən məlumata görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz  28-33° isti, Bakıda gecə  19-21° isti, gündüz  29-31° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunundan 763  mm civə sütununa yüksələcək.  Nisbi rütubət  gecə 70-80 %,  gündüz  35-45%  təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  21-22°, Türkan, Hövsan, Sahil, Şıxda  23-24° isti təşkil edəcək.

İyunun 27-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz  28-33° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 26-da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz  bəzi  dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb  küləyi  ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz  31-36° isti,  dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir. 

İyunun 27-də isə rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq, şərq  küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz  32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz  22-27° isti olacağı gözlənilir.  

25 iyun 2017
GO BACK