Düzdür, əksər valideynlər uzun axtarışlardan sonra bu suallara qismən cavab tapsalar da, çox valideyn uşaq dil açana kimi bağçalara etibar etmir. Dövlət bağçalarında yer qıtlığından, özəl bağçaların isə ödənişindən bezar olan valideynlər üçün isə axtarış heç də asan olmur. Uşaqların tərbiyəsi indiki zamanda hər şeydən önəmlidir. Hər bir valideyn istəyir ki, övladları gözəl tərbiyə alsın, mədəni, savadlı olsun. Buna görə də övladlarının gələcəyini onların ilkin yaşlarından düşünən valideynlər ən yaxşı və ən bahalı bağçalara müraciət edirlər. Bu cür şərait də ancaq özəl bağçalara aiddir. Dövlət hesabına olan bağçaların çoxunun vəziyyəti bərbad olduğundan bu, əksər valideynləri qane etmir.
Maraqlı haldır ki, gün keçdikcə valideynlər özəl bağçalardan da şikayət edirlər. Hər iki addımda özəl bağçaların açılması və təhsil səviyyəsi müəyyən olmayan tərbiyəçilərin fəaliyyət göstərməsi valideynləri də narahat edir. Üstəlik bu cür bağçalarda pediatr nəzarətinin olmaması, uşaqların tez-tez xəstəliklərə yoluxması da realdır. Yeni yataq və oyuncaqlar ilə valideynlərin diqqətini çəkməyə çalışan bağçalar isə qiymətləri əksər hallarda münasib edirlər. Bir müddət sonra isə qiymətlər əl yandıran miqdara qalxır. Bunun qarşılığında bağça körpəyə və valideynə nə verir?
Valideyn Esmira Hüseynova deyir ki, iki uşağından ilki bağçaya getdiyi üçün ikincisindən olduqca fərqlənir. Birinci uşaq dövlət bağçasına getdiyi halda, ikinci uşağı nəinki dövlət, özəl bağçaya belə gedə bilmir. Səbəb isə özəl bağçaların qiymətləridir: "Özəl bağçaların heç də hamısı yaxşı olmur. Onlar lisenziyanı alıb az maaş müqabilində təhsilsiz gəncləri belə nəzarətçi kimi işlədirlər. Öz bilik səviyyəsi aşağı olan tərbiyəçinin uşağı öyrətmə kimi bacarığı da sıfır səviyyəsində olur. Əllə sayılacaq qədər özəl bağça var ki, o bağçalar müəllim, şərait, qidalandırma baxımından əladır. Bu cür bağçalara isə imkan çatmır. 400 manat maaşın qarşılığında bağçaya 300 manat verə bilmirik. Birinci uşaqla ikinci arasında da fərq aşkardır. Bağçanın faydası çoxdur, amma bağça tapa bilsək".
Valideynlərin özəl bağçaların aylıq qiymətləri ilə bağlı narazılığı bir müddət əvvəl Milli Məclisdə də gündəliyə gəlmişdi. Özəl bağçalarda qiymətləri tənzimləmək və bu sektorda rəqabəti artırmaq məqsədi ilə ötən ilin sonunda yeni qanun qəbul olundu. Qanuna əsasən, Azərbaycanda körpələr evləri, uşaq bağçaları və uşaq evləri 10 il müddətinə mənfəət vergisi və sadələşdirilmiş vergidən azad olunublar. Qanun bu il yanvarın 1-dən qüvvədədir. Yəni, bu ildən özəl bağçalar vergi verməyəcək. Vergilərdən azad olunma xərclərin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində həmin bağçalarda aylıq xidmət haqqının aşağı düşməsi ilə nəticələnməlidir.Bəs vergidən azadolma ilə bağçalar qiymətlərdə nə qədər endirim edə bilər? Hazırda Azərbaycanda lisenziya ilə fəaliyyət göstərən 46 özəl məktəbəqədər təhsil müəssisəsi var. Bu müəssisələrin əksəriyyətində aylıq ödəniş 300-600 manat arasındadır. Təbii ki, bundan daha da yuxarı qiymətə, məsələn, aylıq ödənişi 1200 manat olan özəl bağça fəaliyyət göstərir. Vergidən azad olunan özəl bağçaların artıq bəziləri qiymətləri aşağı salmağı planlaşdırır. Bəzi sahibkarlar isə vergidən azad olunan məbləği bağçanın maddi texniki bazasının möhkəmləndirilməsinə və ya orada işləyən işçilərin əməkhaqqılarının artırılmasına sərf etməyi planlaşdırırlar. İstənilən halda, hazırda bağçalarda qiymət baxımından ucuzlaşma yoxdur.
Psixoloq Emil Behrudinin sözlərinə görə, bağçalar uşaqların həyatında mühüm rol oynayır və onların inkişafı üçün vacibdir. Psixoloq deyir ki, özəl və ya dövlər bağçası arasındakı fərq sadəcə valideyni maraqlandırdığı halda uşaq üçün bağça dostluq, geniş çevrə, oyun dostlarının olması baxımından əhəmiyyətlidir. Bu səbəbdən də valideyn daha bahalı və daha fərqli olmasından çox uşağı üçün rahat və uyğun bağça seçimi etməlidir: "Qiymət heç də həmişə keyfiyyətə zəmanət vermir. Bər-bəzəkli divarlar, qeyri-adi oyuncaqlarla bağçanın keyfiyyətini ölçmək olmaz. Ən vacibi keyfiyyətli kadr olmalıdır. Uşaq kimlərə əmanət edilir və nə öyrənir. Vacib olan uşağın 5 dil öyrənib, qeyri-adi söhbətlər etməsi deyil. Vacib olan müəllimlərin təcrübəsini ortaya qoyub uşağı mühitə, cəmiyyətə öyrəşdirmək, ətrafdakılarla münasibətini tənzimləmək, onu düzgün formalaşdırmaqdır. Valideynlər mütləq qaydada pedaqoqlarla əməkdaşlıq etməlidirlər. Uşağın gün ərzində nə etdiyini, nə yediyini, nə dediyini hər gün müəllimindən soruşmaq lazımdır".
Həmsöhbətimizə görə, valideyn bağçaya rahatlığına qovuşmağın yolu kimi baxmamalıdır. Müəyyən edilmiş müddətdən sonra uşağı bağçadan evə gətirmək lazımdır ki, uşaq valideynləri ilə ünsiyyətə girməyə vaxt tapsın, aradakı bağı qoparmasın. Əks halda bağçadan evə yorğun gələn, yatıb, yenidən bağçaya gedən uşaq bir müddət sonra valideynləri ilə də əlaqəni kəsmiş olur. Uşaqların məktəb öncəsi təhsilini təmin etmək üçün çalışan valideynlər uşağı ailədən soyutmamalı, aradakı münasibəti balanslaşdırmalıdır.
XƏBƏR LENTİ
Noyabrdan Azərbaycanda ərzaqlar şüalanacaq
Yanan binanın sakinləri yanan sənədlərinı necə bərpa edəcək?
Qızı avtobusun arxasına bağlayıb, apardılar-FOTO
Dizaynına heyran olacağınız evlər
Nadir BMW M5
Koronavirusla bağlı son STATİSTİKA
Əgər əlillər işləmək istəsələr...
Azərbaycan separatçı quldur rejimin rəhbərini beynəlxalq axtarışa verdi - RƏSMİ
Körpələrdə diş çıxarma əlamətləri
Çiyələkli Rustik Tart (foto-resept)
Falafel (foto resept)
Teleaparıcı “Xalq qəzeti”ni məhkəməyə verir
Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik tədbirlərini gücləndirir
Bir xəstənin həyata baxışı...
Müəmmalı məkanın sirri açıldı
Messi tarix yazdı
Türkiyədə rusiyalı jurnalistlərlə birlikdə Aytac Carçıyeva da saxlanılıb
Əl qabiliyyəti -Çantalar
Qadının incisi hicabdır
"Eurovision" təmsilçiləri DNT analizi veriblər
Çin rəsmiləri ölkədə ikinci koronavirus dalğası ehtimalından danışıblar
Bir milyondan çox insan orqanlarını vəsiyyət etdi
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Erkən doğulan körpələrin yaşamaq ehtimalı artır
“Facebook” istifadəçilərini izləyir?
Britaniyanın yeni xüsusi xidmət orqanı 40 ölkədə nümayəndəlik açacaq
Bilmədiyiniz maraqlı faktlar
Məşhur aktrisanı arıqladan çay
Hamilələr üçün donlar
“Fəvvarələrin qış nağılı” şousu başlanır
Günün ulduz falı
Metroda oxuyan Kristina Aqilranı kimsə tanımadı-VİDEO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bakı Marafonu 2016"da iştirak edir
Birinci Sinifə Gedəcək Uşaqların Valideynlərinin Nəzərinə
Gəncə Təbrizlə qardaş oldu
Uçuq niyə olur?
14 yaşlı gənc Vermontun rəhbəri olmaq istəyir
Kıvanç Tatlıtuğ Həbs oluna bilər - SƏBƏB
Eyfel qülləsi
Çörəyin bahalaşması xəbərinə rəsmi reaksiya
Məşhur aktrisa Özge Gürel yeni filmə çəkilir
Ölkədə suyun qiyməti artırılacaq?
Uşağı neçə yaşında idmana yazdırmalı?
Bakıda 2 mindən çox uşaq müsabiqə əsasında I sinfə qəbul edilib
Uşağa nece xeyr demək olar
Bu gün 28 mindən çox şəxs imtahan verəcək
Ermənilər Fransada yolu bağladılar, işə gedən türklərə hücum edib beş nəfəri yaraladılar
Azərbaycan dizaynerləri The Most Stylish One mövsümünün trendini təqdim etdilər
Kəmərlərlə yaratdığımız stil
Şeyma Subaşı HƏBS edilə bilər-SƏBƏB
- ŞƏRHLƏR