Azərbaycan Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2013-2015-ci illərdə və 2016-cı ilin 1-ci rübündə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.
Milli.Az bildirir ki, Palatadan Trend-ə verilən məlumata görə, Cəlilabad rayonu üzrə xəstəxana çarpayılarının sayı 840 çarpayı azaldılaraq 365 çarpayı təsdiq edilib, strukturunda Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 28 Kənd Həkim Məntəqəsi və 40 Kənd Tibb Məntəqəsi, ştat vahidlərinin ümumi sayı 1858,0 vahid təsdiq edilməklə rayon üzrə 209,3 min nəfərə stasionar və ambulator qaydada tibbi xidmət göstərilib. Xəstəxana tərəfindən auditin əhatə etdiyi illərdə ümumilikdə 14150,0 min manat məbləğində vəsait icra edilib.
Azərbaycan Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən, 2015-ci ildə respublika üzrə hər on min nəfər əhalinin həkimlərlə təminatı 27 nəfər, çarpayılar ilə təminatı isə 39,6 ədəd olduğu halda bu göstəricilər Cəlilabad rayonu üzrə müvafiq olaraq 15 nəfər və 17 ədəd təşkil edib. Bununla belə, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında və onun tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində təsdiq olunmuş ştatların 2013-cü ildə 18,2%-i və ya 307,0 vahidi, 2014-cü ildə 19,4%-i və ya 328,0 vahidi, 2015-ci ildə isə 20,3%-i və ya 344,0 vahidi vakant ştatlar təşkil etməklə 3 il ərzində vakant ştatların sayı 37 vahid artıb. Xəstəxanalarda müalicə alan xəstələrin sayı 2013-cü ildə 4653 nəfər, 2014-cü ildə 5521 nəfər, 2015-ci ildə 4842 nəfər təşkil etsə də, çarpayıların işlədiyi günlərin sayı bu göstəricilərə uyğun olmayaraq azalıb, müvafiq olaraq 214 gün, 208 gün və 184 gün olub, nəticədə rayon üzrə çarpayı günlərinin icra göstəriciləri də azalaraq auditin əhatə etdiyi illər üzrə müvafiq olaraq 63,8%, 62,0% və 55,0% təşkil edib.
Xəstəxana tərəfindən büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, xərclərin icrası zamanı bəzi hallarda təyinat dəyişikliyinə yol verilib.
Bir neçə halda zərurət olmadan inventar alınması və əvvəlki illərdə alınmış inventarların uzun müddət istifadəsiz saxlanılması səbəbindən xəstəxana tərəfindən səmərəsiz xərcə yola verilib. Nazirlər Kabinetinin "Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" müvafiq qərarının tələblərinə uyğun hesablamalar aparılmayaraq bir çarpayı gününə ərzaq xərci 1,0 manat dəyərində proqnozlaşdırılıb, lakin faktiki icra olunmuş çarpayı günlərinə görə bir çarpayı gününə sərf olunan ərzaq xərci 2013-2015-ci illərdə 2,4 manat, 2016-cı ilin I-ci rübündə 2,7 manat olub, nəticədə çarpayı günləri ərzaqla tam təmin edilməyib. Auditlə əhatə olunan dövrdə bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərcləri üzrə göstəricilər illər və tibb müəssisələri üzrə fərqli olub, bununla yanaşı xəstə sayının çox yazılması nəticəsində artıq ərzaq xərcinə yol verilib.
Ehtimal olunan qiymətin satınalınacaq mallara ayrı-ayrılıqda deyil, cəm şəkildə təyin edilməsi mal-materialların orta bazar qiymətlərindən baha alınmasına səbəb olub və nəticədə artıq vəsait ödənilib, bununla yanaşı, bəzi hallarda nəzərdə tutulan vəsaiti ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodunun dəyişdirilməsinə yol verilib. Təmir tikinti işlərinin yoxlanılması zamanı ümumilikdə beş obyekt üzrə bəzi işlərin tam yerinə yetirilməməsi müəyyən edilib.
Xəstəxana tərəfindən elektrik sayğacının sərfiyyat göstəricisinin nəzərə alınmaması nəticəsində istehlak olunmamış elektrik enerjisinə görə vəsait ödənilib, əsas fondlara və qeyri-maddi aktivlərə köhnəlmə ayrı-ayrılıqda hesablanmayıb. Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınmasına ödənilmiş vəsait düzgün olmayaraq faktiki xərclərə daxil edilib, azqiymətli tezköhnələn avadanlıqlar və material ehtiyatları aid olduğu hesablarda deyil, əsas fondlar hesabında uçota alınıb, eləcə də həmin əməliyyatları özündə əks etdirən ilkin uçot sənədlərində toplanmış məlumatların icmallaşdırılması və mühasibat registrlərinə köçürülməsi müvafiq tələblərə uyğun aparılmayıb.
Hesablama Palatasının Kollegiyası xəstəxana tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına göndərilib.
Auditin nəticələri barədə Milli Məclisə və aidiyyəti üzrə Səhiyyə Nazirliyinə məlumat verilib.
Milli.Az
XƏBƏR LENTİ
Qara nöqtələr üçün qəhvə maskası
İzmirdə möcüzə: 58 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
Yediklərimiz dərimizə necə təsir edir?
18-ci toy il dönümünü bu cür qeyd etdilər-FOTO
Türkiyədə matəm elanı
Kəpənək qalstuklarının tarixcəsi
Düşməni vahiməyə salan döyüşçü Paşa kimdir?
Bu gün Su Çərşənbəsidir!
Aktrisa ayrılıq xəbərlərindən danışdı
40 yaşından yuxarı qadınlar üçün idmanlar
Nurgül Yeşilçay yeni imicidə -FOTO
NASA-dan dünyanı təəccübləndirən PAYLAŞIM
Tək-tənha
Lolita BOŞANDI-SƏBƏB
Çanta muzeyi-Tassen Museum
Mikroblardan qorunaq
Yas qadağası üçün qanun qəbul ediləcək
Esra Erol əməliyyat olundu
Məşhur küçəyə logerlər buraxılmayacaq-SƏBƏB
Azərbaycanda müəllimlər üçün yeni müsabiqə elan edildi
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Zakir Həsənov hərbçilərə müraciət etdi
Azərbaycanda 90 yaşlı qadın koronavirusdan sağalıb - FOTO
Sinoptiklərdən qar xəbərdalığı
51 yaşlı Monika yaşına meydan oxuyur - FOTO
Merlin Monronun morqdakı şəkilləri hanı?-FOTO
"Milli Şura müxalifəti bir araya gətirə bilmədi..."
Paşinyan bu dəfə Trampa gileylənir
İngilis dili - XXXI dərs
Turizm obyektlərinə nəzarət gücləndiriləcək
Meyvəli desert ( foto resept)
5 min avroya qarışqa aldı
Məşhur cütlük MÜJDƏLİ xəbəri elan etdi
Hadisənin illik gəliri hesablanıb-Şok rəqəmlər
Qadınlar Kate Middleton burnundan düzəltdirir
Azərbaycanda İslam ipotekasının verilməsi dayandırıldı
Rusiya sülhməramlıları Ermənistandan Qarabağa yola düşdülər
İnsanların ən çox gördüyü 5 yuxu
Atadan evlilik dərsi
Son 40 il Azərbaycanın ən isti dövrüdür
Peris Hiltonun səs-küylü AD GÜNÜ-FOTO
Gözəlliyin sadə sirləri
Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA
Məşhur aktyor evləndi-FOTO
Azərbaycanda sosial reklamların telekanallarda yayımında dəyişiklik olacaq?
Bu xəstəlik kefə baxmır
Armud şirəsinin faydaları
Hər kəsi şoka salan addım atdı-FOTO
Bədənə görə şalvar seçimi
“Euronews” Ağdamı “Qafqazın Xirosiması” adlandırdı – VİDEO















- ŞƏRHLƏR