AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ rayonu ərazisindəki Xalkolit və Tunc dövrlərinə (e.ə. 4-3-cü minilliklər) aid arxeoloji abidələrin tədqiqi ilə məşğul olan "Qədim Qəbələ" ekspedisiyası 2016-cı ilin yay mövsümündə araşdırmaları davam etdirir.
Day.Az bildirir ki, bu barədə APA-ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib. Məlumata görə, institutun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblinin rəhbərlik etdiyi bu ekspedisiyanın əsas tədqiqat obyekti əvvəlki illərdə olduğu kimi bu il də Qəbələ beynəlxalq aeroportu ərazisindəki Leylatəpə arxeoloji mədəniyyətinə aid Qalayeri qədim yaşayış məskəni olub. Xalkolit dövrünə - e.ə. 4-cü minilliyin birinci yarısına aid bu abidədə aparılan qazıntılar nəticəsində minlərlə maddi mədəniyyət qalıqları - gildən, daşdan, metaldan və sümükdən hazırlanmış əmək alətləri aşkar edilib.
Müəyyən edilib ki, Qalayerində müxtəlif tip saxsı qablar qədim Yaxın Şərq mədəniyyətlərində olduğu kimi dulus çarxında hazırlanıb. Abidədə eyni zamanda o dövrdə istehsalda ən yüksək texnoloji üsul hesab edilən dulus çarxının hissələri də aşkar olunub: "Arxeoloji ekspedisiya elmi çevrələrdə sensasiya doğuracaq kəşfə də imza atıb. Belə ki, Qalayerində qazıntıların ən böyük uğurlarından biri - mədəni təbəqənin altında, xam torpaqda qazılmış katakomba tipli qəbir abidəsinin aşkar edilməsidir".
N. Müseyiblinin bildirdiyinə görə, abidənin ilk məskunlaşdığı dövrə, yəni 6 min əvvələ aid bu qəbir Qafqazda və Avropada katakomba tipli ən qədim qəbir abidəsidir.
Ekspedisiya rayonun Dizaxlı kəndində, kənd sakini Yasin Qəribovun məlumatı əsasında Qaraçayın hündür sağ sahilində yerləşən Erkən Tunc dövrünə aid nekropolda 2014-cü ildə başladığı tədqiqat işlərini davam etdirib və qəbirdə dəfn edilmiş insan skeleti ilə yanaşı metaldan və müxtəlif minerallardan hazırlanmış 100-dən artıq bəzək əşyaları, 30-a yaxın saxsı qablar aşkar edilib.
Buradakı məzarlardan aşkar edilmiş arxeoloji materiallar, onların digər abidələrdən olan tapıntılarla müqayisəli təhlili əsasında ekspedisiya rəhbəri bildirib ki, aşkar olunmuş artefaktlar Kür-Araz Mədəni Tarixi Birliyi çərçivəsində e.ə. 3-cü minillikdə Şirvan, Quba-Xaçmaz bölgələrini, Cənubi Dağıstanı, xüsusilə də Dərbənd ətrafı əraziləri əhatə etmiş Şərqi Qafqaz mədəniyyətini və onun səciyyəvi xüsusiyyətlərini müəyyən etməyə geniş imkan yaradıb.
Day.Az
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Hamiləlik proqramı
DYP sürücülərə müraciət etdi
Nikol Kidman rahibə olmaq istədi-FOTO
DSMF tərəfindən 356 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olundu
Azərbaycanda radarlarla bağlı yeni qərar verildi
Pakistanda qatar çaya düşdü
Bel bölgəsini incəldən yaşıl ayran detoksu
Prezident İlham Əliyev Cozef Baydeni ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib
Bakıda klassik avtomobillərin yürüşü start götürüb
Neftin ucuzlaşması davam edir
Bəsdir oturdun: işçiləri ayaq üstə işləyən ofis
8 May Şuşanın işğalı günüdür!
Cennifer Enistonun keçmiş yoldaşı ETİRAF ETDİ
Özünə güvən hissini necə artırmalı?
Holland pendirli spagetti (foto resept)
HAVA necə olacaq?
Moda şousunda rüsvayçı olay
Yaşlı qadınların gənc kişilərə marağı
Makiyajsız görüntülənən aktrisa qaçdı - FOTO
Şabalıdın qabıqlarını atmayın! Qadınlara lazım olan RESEPT
Aleyna Tilki yenə NARAZIDIR-FOTO
Kələm haqqında bilmədiklərimiz
Dünyada ən populyar brauzer hansıdır?
Azərbaycan "Eurovision-2016"da iştirakın təstiqlədi
Alişan əməliyyat olundu-FOTO
Lazanya (foto resept)
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Mövzular üzrə avatarlar
Qozlu-ananaslı kekslər (foto resept)
Azərbaycan millisində 3 yeni sima
Günün ulduz falı - 19.03.2014
Yeməli xəritədəki ölkələr - FOTO
Bayramqabağı bazarlarda qiymət
Tarkan qızından danışdı: "Gün sayıram"
Həcc ziyarəti qaydaları dəyişir
Xoşbəxt evliliyin sirri
Fransada Wi-Fi yasaqlandı
Asan tort (foto resept)
Deyirlər ki, yağış yağanda dualar tez qəbul olur...
Azərbaycanın dühalarından biri: Altov
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ
Bu gündən Azərbaycanda qəbul imtahanlarına start verilir
Almaniya kuboku: Türk futbolçu matçın qəhrəmanı oldu, "Bavariya" qalib gəldi
"Brent" və "Layt" markalı neftlərin qiymətləri azalıb
Nilay ana oldu_FOTO
Hülya Avşar gözəlliyi ilə TƏƏCCÜBLƏNDRİDİ-FOTO
Beren Saat və Kənan Doğulu da Bengünün toyunda iştirak edib-FOTO
Şəkərdən ölənlər daha çox qadınlardır
Balaca balalarınıza özəl gəlinliklər(2)
Azərbaycan qadınları Orduya yazılır
![](/sfiles/img/icons/valuable-icon.png)