Ermənistan MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsmi Təşkilatına daxil olan dövlətlərdən güzəştli qiymətlərlə silah və hərbi texnika alaraq silahlı qüvvələrini modernləşdirə bilər.
Kollektiv Təhlükəsizlik Müqaviləsmi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja İrəvanda jurnalistlərin suallarını cavablayarkən belə deyib.
Onun sözlərinə görə, fəaliyyətin çox formaları var: "Ən başlıcası isə KTMT sistemi daxilində güzəştli hərbi-texniki əməkdaşlıqla bağlı anlaşmadır. Bu, o deməkdir ki, Ermənistan silah və hərbi texnikanı istehsalçı zavodlardan güzəştli qiymətlərlə ala biləcək".Bordyuja daha sonra bildirib ki, KTMT təşkilatına üzv ölkələr 2025-ci ilədək kollektiv təhlükəsizlik strategiyasını praktiki olaraq razılaşdırıblar. Sənədin "müasir şəraitdə KTMT ölkələrinə qarşı yaranmış yeni çağırışlar və təhlükələrin dəf olunmasına yönəldiyi" vurğulanır.
N.Bordyuja ümid edir ki, strategiyanın layihəsi KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının payızda keçiriləcək toplantısında müzakirə ediləcək.
Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Ermənistanın üzv olduğu KTMT ölkələrinin təhlükəsizlik şuralarının rəhbərlərinin İrəvanda toplantısı keçirilib.
Təşkilatın baş katibi N. Bordyuja İrəvandakı mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib.
"Dağlıq Qarabağda aprelin əvvəlində hərbi əməliyyatlar başlayanda KTMT üzvü olan bütün ölkələr bu əməliyyatları dayandırmaq və münaqişə tərəflərini danışıqlar masası arxasına qaytarmaq üçün siyasi imkanlarından istifadə etməyə çalışdılar. Buna nail olduq. Məncə, bəhs etdiyim məqam, KTMT-nin fəaliyyəti situasiyaya məhz siyasi təsirdir. KTMT-yə qoşunlardan istifadə və ya güc potensialının tətbiqi baxımından yox, məhz bu prizmadan baxmaq gərəkdir. Əsas "kozır"ımız üzv ölkələrin və həmin ölkələrin dövlət daşçılarının dövlətlərimizin ərazilərində baş verən bu və digər hadisələrə siyasi təsiridir. Biz də həmin potensialdan tam istifadə etdik", - N.Bordyuja deyib.O, daha sonra vurğulayıb ki, KTMT katiblik və ya baş katiblə bitmir - bu qurum 6 dövlətin üzv olduğu strukturdur: "Ən mühüm amil də siyasi təsir rıçaqlarıdır. KTMT üzvü olan dövlətlərin sərhədlərinin yaxınlığında vəziyyətin gərginləşməsi və ya pisləşməsi, xüsusilə də silahlı münaqişə bütün üzv dövlətlər, onların stabilliyi üçün təhlükədir. Təbii ki, belə hadisələr diqqətimizdən yayınmır".
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Gevorkyan isə sualları cavablayanda Dağlıq Qarabağ münaqişəsi zonasında "dördgünlük müharibə" ilə bağlı vəziyyətin həddindən artıq gərginləşməsi ilə bağlı yaranmış problemlərin həllində, situasiyanın normallaşmasında KTMT-nin xüsusi rol oynadığını vurğulayıb.
Bu açıqlama N.Bordyujanın xoşuna gəlib və o, A.Gevorkyan danışarkən məmnunluqla başını yelləyib.
KTMT-nin İrəvan toplantısında səslənən "Ermənistan güzəştli qiymətlərlə silah və hərbi texnika ala bilər" açıqlamasını Ermənistanın hakimiyyət dairələri, xüsusilə də prezident Serj Sarkisyan iqtidarının nəzarətindəki media az qala "Rusiya ermənilərə kart-blanş verdi" kimi dəyərləndirsələr də, belə deyil.
Rusiya və ya KTMT üzvü olan başqa ölkələr, əslində, Ermənistana silah satmaqdan heç vaxt imtina etməyiblər. Həmin ölkələr isə Rusiya və Belarusdur. Qazaxıstan, Qırğızıstan və ya Tacikistanın hərbi-sənaye kompleksi, təbii ki, ermənilərin iştahını, onların tələblərini təmin edəcək səviyyədə deyil.Üstəlik, sözügedən ölkələr arasında Qazaxıstanın Azərbaycanla münasibətlərini nəzərə alsaq, Astananın ermənilərə silah satmağa "yox" deməməsinə rəğmən, erməniləri silahlandırması, üstəlik də güzəştli qiymətlərlə texnika verməsi illüzor ehtimal təsiri bağışlayır.
Belarus da rəsmi olaraq ermənilərə "yox" deməyib, amma rəsmi Minsk son vaxtlar Ermənistanın xarici siyasətindən və xüsüusilə də Belarusa qarşı aqressiv çıxışlardan, bəyanatlardan qıcıqlandığından bu istiqamətdə də eyni mənzərədir.
Yerdə qalır, sadəcə, Rusiya.
Rusiya isə Ermənistana silah və hərbi texnikanı pulsuz yox, güzəştli qiymətlərlə verməyə hazırdır.
"Güzəştli qiymətlər" isə Rusiyanın Ermənistana kreditlər ayırması, sonra həmin kreditlər hesabına silah, hərbi texnika satmasıdır. Bu isə Ermənistanın onsuz da astronomik həddə çatmış dövlət borclarının artması, ölkə iqtisadiyyatının ən mühüm sahələrində Rusiya şirkətlərinin rolunun və təsir imkanlarının həndəsi silsilə ilə güclənməsidir.
Belə şərtlərlə ermənilərin silah almaları, əslində, onların tərksilah olmalarıdır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Hollivud"un güclü pəhrizləri: piy əvəzinə can alır
Oktay Kaynarca erməni siyasətini pislədi-VİDEO
Xınayaxdı məclisi təşkil edən şəxslər cərimələndi
2019-un trendi: Rəngli papaq və şərflər
Yağların faydaları
Yumurtanın təzə olub-olmadığını yoxlayın
"Güzəşt həmişə mümkündür"
Buraxılış imtahanlarının nəticələri açıqlandı
"Dolce & Gabbana"dan yeni kolleksiya - FOTO
Köhnə metro kartlarını nə edək?
Turşsu erməni işğalından əvvəl və sonra... - FOTO
Kinoteatr, muzey və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı
Şokoladlı fransız ruleti (foto resept)
Sümüklərdəki qəfəs sistemlərinin möhkəmliyi
Adriana Limadan ismarıc-FOTO
Şokoladlı pudinq (foto-resept)
Salatları necə bəzəyək?
Cins şalvarla geyinmək üçün pencək seçimi
Qadın komadan sonra uşaqlarının varlığını unutdu və ...
Soyuqdəyməyə tutulmamaq üçün içkilər
Qısa ətəkli gəlinliklər
Zehni inkişaf etdirən qidalar
Geomaqnit səviyyəsinin aşağı olması insanlara necə təsir göstərir? - AÇIQLAMA
Günəşdə PARTLAYIŞ
Qazaxıstanlı alimlər Azərbaycanda tədqiqat aparacaqlar
Azərbaycan daha bir medal qazandı
İnsan bədəni haqqında maraqlı faktlar
Avropa Olimpiya Oyunlarına dəyişiklik ola bilər
Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı - SİYAHI
Kıvanç Tatlıtuğ yeni İMİCDƏ-FOTO
Hacamat
WhatsApp-dan daha bir yenilik
64 il sonra açılan SENSASİYALI SİRR: 88 yaşında törətdiyi dəhşəti ETİRAF ETDİ
Milyarder biznes-leydinin ixtirası təəccübləndirdi-FOTO
Almalı çuğundur salatı (foto resept)
Məşhur futbolçunun qabırğası sındı
Gündəlik yay geyimləri
Az qaldı - işıqpuluna qənaət edəcəksiniz
Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı -VİDEO
Tarixin sirli təsadüfləri
Bakı Nəqliyyat Agentliyindən sərnişinlərə MÜRACİƏT
Laçının işğalından 22 il ötür
Qan ehtiyatımız tükənir
Kartof suyunun faydaları
Yuxusuz körpələr
"Yeddi oğul istərəm"in Cəlalı: "Axı kimə maraqlıdır mənim səhhətim?!"
Yorğun oyanmağın səbəbləri
Putin qalib gələrsə...
Ermənilər çaylarımızı yenə bulandırır
Sabun, dodaqlara mənfi təsir edir.














