Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədr müaviniRauf Əliyev bildirib.Onun sözlərinə görə, qısa müddətli bu müharibə göstərdi ki, Azərbaycan xalqı istənilən vaxt səfərbər olub, düşmənə, antiazərbaycan qüvvələrə lazımi cavab verməyə hazırdır: "Qısa müddətdə bütün Azərbaycan gəncliyinin, Azərbaycan xalqının ayağa qalxması, verilmiş itkilərin ləyaqətlə, dəyanətlə qarşılanması göstərdi ki, Azərbaycan xalqı, ilk növbədə də gənclərimiz Vətəni qorumağa həmişə hazırdır".Millət vəkili qeyd edib ki, Gənclər Forumunun 20 illiyi ilə əlaqədar gənclərin bir qrupu ilə görüşən prezident İlham Əliyev də demişdi ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımızı qaytarmaqdır: "Dövlət başçısı gənclərə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı tövsiyyə etmiş, gənclərin bundan sonra da ölkəmizin inkişafına xidmət edəcəklərinə əminliyini bildirmişdi. Ordumuzun əldə etdiyi qələbə və bu zaman əsgər və zabitlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq nümunələri göstərdi ki, Azərbaycan gəncliyi cənab prezidentin tövsiyələrini yerinə yetirməyə həmişə hazırdır".Seçildiyi Xəzər rayonunda gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində müvafiq qurum və təşkilatlar tərəfindən çoxsaylı tədbirlərin həyata keçirildiyini deyən deputat əlavə edib ki, müxtəlif təhsil ocaqlarında da gənclərin, yeniyetmələrin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumibəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində mütəmadi olaraq "dəyirmi masa"lar, seminarlar, görüşlər, müsaqibələr təşkil edilir.Hal-hazırda Xəzər rayonundan 400 gəncin Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirdiyini deyən R.Əliyev qeyd edib ki, ordu sıralarına yollananlar arasında Vətən uğrunda şəhid olanlar da olub: "Bu il aprelin 4-də cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı birləşmələrinin hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə Xəzər rayonu Mərdəkan qəsəbəsində boya-başa çatan Şirəliyev Kamran Faiq oğlu qəhrəmancasına şəhid olub. Ayın altısı günü səhər saatlarında minlərlə insan şəhidin Mərdəkan qəsəbəsində yaşadığı evinə axışmışdı. Bu insan seli Vətən oğlunu son mənzilə yola salmağa gəlmişdi. 5000-dən çox adamın iştirak etdiyi böyük izdiham 2 km-dən artıq yolu piyada qət edərək şəhid cənazəsini başları üstündə apararaq "Şəhidlər ölməz, Vətən bölünməz" şüarını səsləndirdi. Şəhidimizn vida mərasimi göstərdi ki, Azərbaycan xalqının, o cümlədən gənclərin vətənpərvərlik hissləri ən yüksək səviyyəyə çatıb. Gənclik indi Vətənin hər qarış torpağı uğrunda mübarizəyə həmişə olduğundan daha artıq hazırdır. Ordumuz, eləcə də əli silah tutan hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
2015-2016-cı illər gəlinlik modelləri
Bu gün səni istədim
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 277 yeni yoluxma
Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib
Çəkisizlik immuniteti azaldır
Məşhur aktrisa tarazlığını qoruya bilmədi-FOTO
Demi Mur hər kəsi təəccübləndirdi-FOTO
Hande və Murat bu evdə yaşayacaq-FOTO
Bakıda tıxaca səbəb olan piyada keçidləri
Buğa bürcü qadınına nə hədiyyə etməli?
Pis xəbərlərin faydası da var
Üzüm bağının altından görün nə çıxdı - FOTO
Ledi Qaqadan gözlənilməz açıqlama
Dilənçi qızın hekayəsi
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Pensiyalar nə vaxt veriləcək? - Nazirlikdən açıqlama
1 sözdən ibarət kitab
Ərdoğan bu gün Bakıya gəlir
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
"Qəbələ" "İnter"ə qarşı
Çox düşünmə xəstəliyi
Uşaq evinin bütün sakinləri ailələrə verildi - FOTO
Gözləmək də bir sənətdir...
İyulda hava necə olacaq?
Yayda saçların qurumasının qarşısını necə alaq?
UNO gecə İsveç gölündən su çəkdi - VİDEO
Bakıya QAR yağacaq?
Lazımsız boşqablarla evinizi bəzəyin
Günün qoroskopu: çalışın, risk etməyəsiniz
"DAN ULDUZU" instrumental ansamblının konserti keçiriləcək
Paşinyan bu dəfə Trampa gileylənir
“Eurovision-2019” Qüdsdə keçiriləcək
İrina Şeykin gözəllik sirləri
Bu gün “Üç aylar” başlayır
"Ezo gəlin" şorbası (foto-resept)
Təbiətlə insan birləşərsə..
Arıqlamaq üçün səhərlər nə yeməli?
Erməni türk sərhədi açılır?
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Yeni orfoqrafiya lüğəti nə zaman nəşr olunacaq?
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
İlham Əliyev "Çay evi"ndə
Qovun bəhməzinin hazırlanması (foto resept)
"Zerkalnı" nömrə həvəskarlarına şad xəbər
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
"Qarabağ"ın vitse-prezidenti: "Əlimizdə fakt yoxdur"
Co Bayden bu gün ilk prezident brifinqini keçirəcək
Azərbaycanda 56 nəfər koronavirusdan sağaldı, üç nəfər vəfat etdi
Dörd gün tətil olacaq!
Malayziya kralı Moskva gözəli ilə evləndi - FOTO