Yuxarı Quşçular kəndinin tarixi 18-ci yüzillikdə buraya yerləşən əhali ilə başlayır. Bu əhali Tovuz ərazisindən köç edib. Əhalinin mənşəyi Orta Asiyadan köç etmiş Kuşun tayfasındandır. Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar. 1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar. Bundan sonra ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa başladılar. Bu proses zamanı onlar eyni vaxtda - 1992-ci ilin fevralın 12-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinə hücum etdilər. Kəndlərin hər ikisi bir günün içində işğal edildi, işğal nəticəsində təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu və muzdlu əsgərləri tərəfindən vəhşicəsinə öldürüldü. Yerdə qalan əhali qaçmaqla canını qurtara bildi, kəndlərin hər ikisi isə tamamilə yandırıldı.
Malıbəyli - 1986-cı il əhalinin siyahıya alınması göstəricilərinə görə kənddəki əhalinin sayı 280 nəfər olub. Onların hamısı milliyətcə azərbaycanlıdır. 1992-ci il 11 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Malıbəyli yaşayış məntəqəsi XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb, bu ərazidə məskunlaşması nəticəsində yaranıb. Oykonim Malıbəy və -li komponentlərindən düzəldilibdir. Kustar üsulu ilə ip əyirilməsi, xalça toxunulması ilk günlərdən bu kəndin əhalisinin qadınlarının əsas məşğuliyyəti olub. Demək olar ki, bir çox ailələrdə toxucu dəzgah (hana və yer hanası) var idi. Onlar hazırladıqları yun, pambıq iplərdən xalça, kilim, palaz, fərməş, xurcun, şəddə və digər məmulatlar toxumağı bacarırdılar. Xarratlar palıddan və vələsdən müxtəlif məişət əşyaları hazırlayırdılar.
Qab-qacaq, o cümlədən təhnə, tabaq, nehrə, cəhrə, çanaq, qollu tərəzi, daraq (yun daramaq üçün), hana (xalça toxumaq üçün), yer hanası (şəddə, örkən toxumaq üçün) belə əşyalara misal ola bilər. Bu kənd xalçaçılıq məhsullarının istehsalı ilə məşhurdur: çuval, xurcun, məfrəş, yəhər üstü örtük və s. Bunlar məişətdə və kənd – təsərrüfatında geniş istifadə olunurdu. Yaxın zamanlaradək Malıbəylidə naxışlı keçələr də toxunurdu, onun naxışları orta əsrlərdə Orta Asiyanın dekorativ incəsənət əsərlərinin naxışları ilə oxşardır. Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 km şimalda, dağətəyi ərazidə yerləşir. Əsasən azərbaycanlılardan ibarətdir. Əhalinin əksəriyyəti hal-hazırda Sabunçu rayonu ərazisində 2007-ci ildə salınmış Ramana-450 qəsəbəsində məskunlaşıb.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu zalım dünyada doğulma...
Ulduzlardan Təqdiredici Addım-FOTO
Hollandiyada "Qarabağ"dan danışdılar
Südlü sıyıq (foto-resept)
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Mine Tuqayın arxiv FOTOsu yayıldı-TƏHQİR olundu
Oğlan, yoxsa qız?
Kotlet buğlaması(foto-resept)
Bakını toz bürüyəcək
Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ
Bakı avtobusları: diqqətsizlik, yoxsa məsuliyyətsizlik?
Enerji içkiləri bu şəxslərə SATILMAYACAQ
Merlin Monronun FOTOsu satışa çıxarıldı
Günün ulduz falı
Yaz-yay üçün bu eynəklərdən alın
Heyrətamiz mikrodünya
Hadise geyimi barədə AÇIQLAMA verdi-FOTO
Kafkanın 12 qadını (1)
Ən bahalı toy
Günün ulduz falı
Ayrılıq ağrısından necə xilas olmalı?
Yayın dəbi
Böyrəyinizi itirmək istəmirsinizsə, oxuyun
Uest ABŞ prezidenti olmaq istəyir
Kişilər qadınlardan daha sürətli arıqlayır
95 yaşlı milyarder evləndi-FOTO
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Darçınlı bulkalar (foto resept)
Zərdəçallı omlet (foto resept)
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Xərçəngin qırmızı dərmanı
Hülya Avşar yenidən keçmiş əri ilə evlənir?
Separatçı kürd lider barədə istintaq başladıldı
Ətli makaronlu yemək (foto resept)
Uçuş zamanı təyyarənin pəncərəsində görünən çat təşviş yaratdı - VİDEO
Zibildən pul qazana biləcəyik
"Bizim Tarla" - Soyulmuş pomidor
HAVA necə olacaq? 14 MAY
Ermənilərin arzusu ürəyində qaldı
İtlər üçün sosial şəbəkə yaradıldı
Gözlərimizi necə qoruyaq?
Boksçumuzdan nokaut
Qaydaları pozan koronavirus xəstələri tutulandan sonra harada saxlanılır? - RƏSMİ AÇIQLAMA
Xaçmazlı bacılardan nümunəvi addım - VİDEO
Kosmetik vəsaitlərin saxlanma müddəti nə qədərdir?
Əfsanəyə çevrilmiş eşq hekayələri
Yeni ildə dünya əhalisinin sayı 7,444 milyard nəfərə çatacaq
Neftin ucuzlaşması sürətlənib
Qadınların bəzənmək səbəbləri
Məşhur ulduz intihar etdi














