Qoç - Baş verənlərə rəğmən bədbin olmayın, ruhdan düşməyin. Kiçik qələbələrə sevinməyi bacarın. Alış-veriş, anlaşma, sövdələşmə, müqavilələr üçün əlverişli zamandır. Gəlir istisna deyil. Axşam saatlarını istirahətə həsr edin.
Buğa - Uğursuz, əlverişli olmayan gündür. Qüvvələrinizi olduğundan az saymayın. Bədxah və düşmənləriniz hesab etdiyiniz qədər qüdrətli deyillər. Münaqişələrdən yayının. Uğur qazanacağınıza şübhəniz olmasa da, kəskin rəqabət mübarizəsinə rəvac verməyin. Peşəkar fəaliyyət prosesində yaranan problemlər və çətinliklər ilk baxışda göründüyü qədər ciddi deyil.
Çətinliklərdən qorxmasanız, uğur əldə edəcəksiniz.
Əkizlər - Günün ilk yarısı çətin, mürəkkəb, laübəlidir. Problemlərin sayı artacaq. Səfər, səyahət və alış-veriş üçün münasib gün deyil. Maraqlandığınız işlə məşğul olun. Emosional durumunuzu kontrolda saxlayın.
Xərçəng - Problemlərinizi inandığınız insanlarla müzakirə edin. Səhhətinizə fikir verin. Müvəqqəti halsızlıq, soyuqdəymə və ya zökəm ehtimalı var. Fiziki işlər ağır olmamalıdır. Özünüzü çox yormayın.
Şir - Dostlar və həmfikirlərlə ünsiyyət, dəstəyini almaq istədiyiniz insanlarla görüş üçün gün münasibdir. İşgüzar danışıqlar yaxşı nəticə verəcək. Əyləncə isə ümidləri doğrultmayacaq.
Qız - Qarışıq və mürəkkəb gündür. Mühüm işləri bir qədər təxirə salın. Səbrli və soyuqqanlı olun. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq. Adi vaxtlarla müqayisədə münaqişə yaranması ehtimalı yüksəkdir. Ən kiçik məsələlərdə inadkarlıq etməyin, güzəştlərə getməyi bacarın. Mövqeyinizdən fərqli fikir eşidəndə aqressiv reaksiya verməyin.
Tərəzi - Tərəfdaşla işgüzar danışıqlar üçün əlverişli zamandır. Günün ikinci yarısında ağır işin öhdəsindən gəlmək üçün etibar etdiyiniz insandan yardım istəyə bilərsiniz. Ev və ya ofis üçün mürəkkəb texnika almaq olar. İşgüzar səfər yaxşı nəticə verəcək. Əyləncə isə gözlədiyiniz təəssüratı yaratmayacaq.
Əqrəb - Yaxın ətrafınızdakı insanlarla münasibətlər gərginləşə bilər. İndiyədək əla münasibətlərdə olduğunuz insanlarla belə, dil tapmaq çətinləşir. Başqalarına sinirlənirsiniz. Lakin özünüzün də səhvlərə yol verdiyinizi etiraf etmək istəmirsiniz. İnformasiya axınında özünüzü itirməyin. Aldığınız məlumatlar arasında səhih və yalan olanları müəyyənləşdirin. Yaşlı qohumların məsləhətləri sizə yardım edə bilər.
Oxatan - Həddən ziyadə ehtiyatlı olun. Sayıq, sərrast davranın. Macəra vəd edən olaylar təhlükəli ola bilər. Özünüzə əlavə problemlər yaratmayın. Hadisələrin sizə əlverişli olmayan məcrada inkişafı üçün "təkan"lardan qorunun.
Oğlaq - Birgə işgüzar maraqlarınızın olduğu insanlarla görüş üçün əlverişli zamandır. Peşəkar və ya kommersiya fəaliyyətini müzakirə etmək olar. Dostlarla təmaslar və ya romantik münasibətlərin perspektivi yoxdur. Rəğbət bəslədiyiniz insanlarla belə, dil tapmaq çətinləşir.
Günün ikinci yarısında maliyyə məsələləri, ailə büdcəsi ilə bağlı problemləri həll etməyin. Mebel, məişət texnikası almaq, səfər planlaşdırmaq üçün əlverişli zaman deyil.
Dolça - Əlverişli gün deyil. Emosional fon mürəkkəbdir. Qıcıqlı, hirsli, emosional olmayın. Hisslərin təsiri altına düşərək sonradan peşman olacağınız addım atmayın. Maliyyə məsələlərinin həlli, hətta planlaşdırılmış alış-veriş üçün uğurlu zaman sayılmaz. Əvvəlcədən hazırlanmış plana riayət etmək çətindir. İmprovizələr sizi sinirləndirə bilər.
Balıqlar - İntuisiyanız çox güclüdür. Məhz onun sayəsində dürüst qərarlar qəbul edin. Yolunuzdan sapmayın, məqsədə doğru qətiyyətlə irəliləyin. Əməl və qərarlarınız yaxın ətrafınızdakı insanlara ekstravaqant, qəribə, orijinal təsir bağışlasa da, istiqaməti dəyişməyin.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Əhaliyə xəbərdarlıq
Kadir Doğulu reklam üçün 1 milyon aldı
Xalça yuma üsulları
Eksklüziv Audi RS6
Məşhur professordan sevindirici xəbər: Koronavirus tezliklə bitəcək! - VİDEO
Nobelin son sahibindən maraqlı əhvalatlar
TƏBİB sədri həftəsonu ilə bağlı vətəndaşlara müraciət etdi
Günün ulduz falı
Robot aparıcı İŞƏ BAŞLADI
Pendirli poğaça (video-resept)
2014-cü ilin ziyafət saç düzümləri
Qadin bəslədiyi itlər tərəfindən öldürüldü
Prezident xanımı və qızları ilə sərgidə - FOTO
HAVA necə olacaq?- 22 MART
Kök polislər işdən çıxarılır
Kənan İmirzalıoğludan Sinem Kobala xüsusi jest
Zəngilan şəhərinin kosmosdan çəkilmiş görüntüsü yayıldı - FOTO
Kopenhagendə akademik Zərifə Əliyevaya həsr edilən kitabın təqdimatı keçirilib
Çingiz bu gün sonuncu oxuyacaq
HAVA necə olacaq? 12-yanvar
Düşüncələrimizə məsafə qoymağı bacarmaq
Pis vərdişləri necə tərgitməli?
Dəyərli məsləhətlər
İnternetə güzəşt olacaq
İrlandiyalı siyasi analitik: “Ermənistan Dağlıq Qarabağdakı müharibəni döyüş meydanında uduzur”
Su içərkən nəyə diqqət etməli?
Bakıda güclü partlayış
Xalçanızın ömrünü uzadın
Döyüşlər cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib - RƏSMİ
Hansı xəstəlikdən əziyyət çəkənlər oruc tuta bilməzlər? - RƏY
Günün qoroskopu: xaotik hərəkətlərdən çəkinin
Azərbaycan və Türkiyə ticarət dövriyyəsinin qarşılıqlı artırılması imkanlarını öyrənirlər
Qış gəlinləri üçün xüsusi gül buketləri
"F" hərfi ilə başlayan adların mənası
Azərbaycanda zəlzələ olub
YouTube yeni şirkət alır
Quş qripi yenidən xortladı
Ermənilər Dağlıq Qarabağı itirir
İmtahanda maksimum nəticə göstərən abituriyent qızlar barədə bilmədiklərimiz
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Sağlam kökəlmə necə olmalıdır?
Zakir Həsənovdan tapşırıq: Dərhal zərbə endirilsin
Keks bişirməyin sirləri
Arısız da bal olur
Azərbaycanda mütailə avtobuslarının yaradılmasına başlanılır
Çəyirdəkdən hazırlanan fiqurlar (FOTO)
Ördək əti hansı xəstəliklərə faydalıdır
Bu ada kişilər üçün qadağandır - FOTO
COVID-19 peyvəndi vurulan könüllülərin səhhəti barədə məlumat verildi
8 milyon dollarlıq boyunbağı














