Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fərman imzalayıb.
Milli.Az Azərtac-a istinadən bildirir ki, fərmanda deyilir:
"Son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər ölkədə qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyinin və şəffaflığının təmin olunmasını, həmçinin bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də ictimai nəzarət sisteminin yaradılmasını zəruri edir.
Ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı, rəqabətqabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması tələb olunur.
Azərbaycan Respublikasının maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirilmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin təsisçisinin aşağıdakı səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir:
2.1. nizamnamənin və strukturunun təsdiqi;
2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
2.3. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi.
3. Müəyyən edilsin ki:
3.1 Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası yaradılır;
3.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının prezidenti tərəfindən həyata keçirilir.
4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilsin.
5. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:
İşçi qrupunun rəhbəri
Rüfət Aslanlı - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri
İşçi qrupunun üzvləri
Asim Məmmədov - "Xalq Bank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri
Cəlal Qasımov - "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri
Faiq Hüseynov - "Unibank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
Rövşən Cavadov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya departamentinin direktoru
Zəka Mirzəyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri
6. İşçi qrupuna tapşırılsın ki:
6.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin layihəsini, habelə Palatanın strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar:
6.2.1. "Qiymətli kağızlar bazarı haqqında", "Banklar haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", Bank olmayan kredit təşkilatları haqqında" və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
6.2.2. Azərbaycan Respublikasının digər qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
6.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan dövlət əmlakının Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini həll etsin;
7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
7.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
2220 plastik şüşədən gəlinlik
Praktik bilgilər
Fransız həkim ikinci dalğa haqqında: “Tamamilə fərqli olacaq”
Samsung "ikinci nəsil" saatlar satacaq
Dəriyə parlaqlıq verən 2 gözəllik maskası
Necati Şaşmazın verəcəyi təzminat bəlli oldu
Saçlarınız çox tökülür?
Təhsil qız üçün vacibdir yoxsa oğlan üçün?
Gözəl rəsm əsərləri
Koronavirusla bağlı son STATİSTİKA
Əkrəm İmamoğlu koronavirusa yoluxub
Qarabağın ilkin adları
Daxili İşlər Nazirliyindən sərt karantin günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Bizim fotomodellər (2)
Qarpızın faydaları
Prezident İlham Əliyev: "Azərbaycan və Ukrayna arasında bir çox istiqamətlərdə sıx qarşılıqlı əlaqələr mövcuddur"
Azərbaycanda hava şəraiti dəyişəcək
Ölmədən öncə bunları edin
2 milyondan çox insanı xilas edən şəxs-FOTO
Real olduğuna inanamayacağınız faktlar
Cex prezidenti Azərbaycandan danışdı
Ermənistan ordusu atəşkəs rejimini yenə pozub
Bərbərxana və gözəllik salonları yenə bağlı qalacaq?
Körpələrin qidalanması ilə bağlı yalnış məlumatlar
Aclıq bədənə necə təsir edir? - ARAŞDIRMA
Adınızın baş hərfinə görə sevgi
Alt paltarları haqqında təəccübləndirən 3 fakt
Ziyafət geyimləri
“İlin ən yaxşı kişiləri” seçildi - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-6 Sentyabr
Məşhurlara məxsus bahalı üzüklər
Səyyar ASAN bu rayonlarda xidmətə başlayır
Necəsiniz?
Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO
Bu universitetdə tələbələr silah gəzdirə bilər
Ən bahalı brilyant üzüklər
Daxili orqanlar ayaqlarla əlaqəlidir
Koronavirusu 48 saat içində məhv edən dərman tapıldı
Bezeli, biskvitli qozlu tort (foto resept)
İlin adamı seçildi
HAVA necə olacaq?
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Bir az dəbli olaq
Şəkidə böyük inzibati kompleks tikilir
Bacı həsrəti
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
Allahı göstər, inanım
Hande Keremle sevgilidir?
Qara sarımsağın faydaları
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ: Bu nömrələrdən sizə mesaj gələ bilər
- ŞƏRHLƏR