Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilsin.Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılır:Komissiyanın sədriAzərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiriKomissiya sədrinin müaviniAzərbaycan Respublikasının mədəniyyət naziriKomissiyanın üzvləriAzərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müaviniAzərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müaviniAzərbaycan Respublikası maliyyə nazirinin müaviniAzərbaycan Respublikası təhsil nazirinin müaviniBakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.
3. Bu Fərmanın 2-ci hissəsinə əsasən yaradılan Komissiya (bundan sonra – Komissiya) beynəlxalq təcrübəni nəzərə almaqla, aşağıdakılarla bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:3.1. informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması;3.2. dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasını apararaq, onların fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili;3.3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili;3.4. mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin təkmilləşdirilməsi, mövcud tələbat nəzərə alınmaqla, ölkənin inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili və xidmət səviyyəsinin yüksəldilməsi.
4. Bu Fərmanın 3.1-ci bəndinə əsasən təqdim olunacaq təkliflər əsasında ölkədə yeni kitabxana sistemi formalaşanadək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki mövcud kitabxanalar öz fəaliyyətini davam etdirsinlər.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Komissiyada təmsil olunacaq nümayəndələri barədə təkliflərini on gün müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;6.4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin ləğvinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün.
7. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:7.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;7.2. bu Fərmana əsasən ləğv olunan qurumlarında işləyən işçilərin Nazirliyin tabeliyində olan digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bal ayını niyə təxirə saldıqları məlum oldu-FOTO
Taksi sürücüsünə hansı halda işləməyə icazə verilir?
2013-2014-cü il çanta modelləri
Kredit götürmək istəyənlərin nəzərinə: faizlər dəyişir
Burak Özçivit Rumıniyada ŞOK YAŞADI – VİDEO
Ölkə xaricindən internetlə təhqir edənlər necə cəzalandırılacaqlar?
6 serial birdən finala çıxacaq
Güllərin özəlliyi
Qazandıqlarımız xaricilərin ciblərinə gedir
İordaniya İŞİD-ə “cəhənnəm” yaşadıb
Mənim gözəl Xaçmazım
Bakıya böyük rus axını
Uşaqlar üçün çətir modelləri
Dostları sayəsində dünyanı gəzdi
Bu da Audi Q1 krossoveri
Aclıq, yoxsa özünə qəsd?
Anar Məmmədxanov Moskvada anıldı
Körpələr üçün toxunma ayaqqabı modelləri
Qarpızlı və pomidorlu Gazpacho (foto resept)
Google axtarışı təkmilləşdirdi
Limonlu cheesecake (foto resept)
Yaşa görə pensiyaların 88 faizi e-qaydada təyin olunub
Qızılgül xanımlar (Emile Vernon)
Bunlar dövlət varidatı elan edildi - Siyahı
Türk general cəbhədə
Gələcəyinizi kimlərə tapşırmısınız?
Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi
Yeni doğulmuş körpə
Pinqvin balaları Şaxta baba oldular
HAVA necə olacaq?-17 Sentyabr
Saxta əlillik dərəcələri ləğv ediləcək
Günortadan sonrakı yuxu ölüm riskini artırır
Qarabağ problemi həll olur
Qarabağın böyük tarixi abidəsi - Qaraköpəktəpə
Günün qoroskopu: yalnız belə olan təqdirdə...
Rusiyadan Qarabağla bağlı yeni təklif
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
Qripdən qorunmaq üçün menyu.
Tarkandan Sevgililər günü paylaşımı - FOTO
30 gün əvvəldən bilet almaq mümkündür!
Ağ Evin Qarabağ xəyanəti
Keçmiş birinci xanım konsert verəcək
Qiyməli plov (foto resept)
Sucuq (foto resept)
Fıstıqlı peçenye (foto resept)
Murad Boz və Aslı Enverdən səmimi FOTO
Təzə balığın seçilməsi və saxlanması
Çempionlar Liqasında "Bavariya"nı cəzalandıran azərbaycanlı
Yenə qar yağacaq
Azərbaycanda koronavirusa yoluxanların əsas yaş qrupları açıqlandı - RƏSMİ














