Bəs insanların ölkə daxilində deyil, xaricə üz tutmaları nə ilə bağlıdır - yerli turizm məkanlarındakı yüksək qiymətlərlə, yoxsa vətəndaşlarımızın xaricdə görməli yerləri gəzmək və fərqli istirahət etmək istəkləri ilə?
Ekspertlərin fikirləri də göstərdi ki, vətəndaşlarımız yerli məkanlarda istirahətdən çox, xarici ölkələrdə dincəlməyi üstün tuturlar.
Tanınmış turizm şirkətlərindən birinin əməkdaşı olan Nazim QurbanovMilli.Az-a açıqlamasında ötən il ilə müqayisədə bu il azərbaycanlıların xarici ölkələrə axınının azaldığını deyib. Buna səbəb kimi o, qiymətlərdə artımın olduğunu bildirdi:
“Yerli camaatımız gəzintini deyil, daha çox günəşlənərək dənizdə çimməyi sevir. Bunun üçün onlar Türkiyəyə üz tuturlar. Ancaq ötən ilə baxdıqda bu il uçuşlar az olub. Bəzi otelləri öncədən rezervasiya edən turizm şirkətlərinin biletləri “hava”da qalıb.
Türkiyədən əlavə, İspaniyaya da üz tutanlar çoxdur. Azərbaycan ilə müqayisədə xarici ölkələrdə turizm qiyməti qat-qat ucuzdur. Misal üçün, Azərbaycanda 5-ulduzlu otelin minimal qiyməti 169 manatdır, bura ancaq səhər yeməyi daxildir. Xaricdə isə həmin qiymətə 5-ulduzlu oteldə “ultra all inclusive” (24 saat hər şey pulsuz) almaq olar”.
Tanınmış turizm eksperti Anna Məmmədova isə azərbaycanlıların ən çox Gürcüstana üz tutduqlarını söylədi:
“Bizim cəmiyyət bir neçə təbəqəyə bölünür - az gəlirli, orta gəlirli və yüksək maaş gəliri olanlar. Bunların əksəriyyəti, təqribən 50%-i Gürcüstana üz tutur. Gürcüstana gedən azərbaycanlılar özlərini öz vətənlərindəki kimi hiss edirlər, çünki haraya baxırsan, yerli camaatımızdır.
Yerdə qalan 50% faiz isə Avropaya, əsasən də İspaniya, ya da Türkiyəyə üz tutur. Çünki həmin ölkələrdə “şoppinq” də əlverişlidir.
Turizm Azərbaycanın ən yaralı yeridir. Bizim camaat burada istirahətə xərclədiyi pulla xaricdə ikiqat istirahət edir. Ötən ildən hamı xaricə uçmaq üçün yerli reyslərdən yox, Gürcüstan hava limanından istifadə edir. Çünki ən azı 200-400 manat irəli düşürlər.
Azərbaycanda turizmin inkişafına heç inanmıram, əgər bunu inkişaf etdirmək istəyirlərsə, ən azından, ilk öncə otellərimizdə olan qiymətlər endirilməlidir”.
XƏBƏR LENTİ
Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Qış üçün 8 milyonluq maşın aldı-FOTO
İnstaqramda yeni funksiya
"Azərbaycanın yaraşıqlı kişi siması-necə olmalıdır?!"
Yunanıstanda 6,7 ballıq zəlzələ
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
Turistlər üçün ən ucuz Avropa şəhərləri
450 min avroluq Mercedes
Azərbaycanda daha 10 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Bahalı rəsm əsərləri
Koronavirus yayda niyə zəifləmədi? - Tanınmış professor açıqladı
Qırmızı banan olduğunu bilirdinizmi?
Sağlam arıqlamaq üçün pəhriz
Onun doğru insan olmadığını göstərən 5 işarə
Kokos yağının möcüzəvi faydaları
Kenan Kalavın acı taleyi
Donmuş mayaklar
Güldürən heyvanlar
Ən böyük brilliant satıldı
Yumşaq robotlar məsafədən idarə olunacaq
Uşaqlarda burun qanaması
Bu gün Azərbaycanda 588 nəfər koronavirusa yoluxub, yeddi nəfər ölüb - VİDEO
İranın Milli İnkişaf Fondu Azərbaycana sərmayə yatırmağa hazırdır.
Günün qoroskopu: bu gün tələsiklik tələb edən işlər alınmayacaq
"İlin qadını" oldu - FOTO
İdman edərək yaddaşınızı gücləndirin.
Optimizm Polyannaçılıq deyildir
Conni Deppin keçmiş xanımından ETİRAF
İrem Derici 20 kq kökəlib-FOTO
Günün qoroskopu: insanlara fikir verin
Blinçikli dadlı qəlyanaltı (foto resept)
Məktəbin yaxınlığında iki metr uzunluğunda piton ələ keçdi – FOTO/VİDEO
Sosiskalı peraşki (foto resept)
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
"Rəhbərlərin xanımları": Stalinin arvadı Bakıda dəfn olunub?
46 dəqiqəyə 3 kiloqram kökələrək rekord qırdı-FOTO
Uşaqların sosial-psixoloji inkişafı-16
Pis hava şəraitinə baxmayaraq axtarışlar davam edəcək!
Kişilər üçün idman tərzi
Dünyanın ən böyük şousu başlandı
Oruc tutanlar - EHTİYATLI OLUN!
Souslu makaron (foto resept)
Paolo Dibala koronavirusa yoluxdu
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Qida əlavələri ilə bağlı MƏHDUDİYYƏTLƏR olacaq
Qurbanlıq haqqında ən çox verilən suallar
Estoniya - Azərbaycan oyununun başlanma vaxtı bilindi
Senia Şeyma Subaşını sevindirdi