Hüququ olmayan adamlara əlillik qrupunun verilməsi nəticəsində dövlətin büdcəsindən pulların getməsinin qarşısı alınmalıdır” Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov saxta əlillik dərəcələrinin ləğv olunacağını açıqlayıb. Lent.Az-ın “Yeni Müsavat”a istinadən xəbərinə görə, əlilliklə bağlı müraciətlər üzrə işçi qruplar yaradılıb: “Ölkənin bütün rayonlarında olan işçi qruplar hazırda bizdə olan 20 minə yaxın müraciətin üzərində işləyir. Onun 2300-ü birinci qrup, dializ xəstələri və onkoloji xəstələr idi. Hansılar ki, yoxlanmağa ehtiyacı yox idi və dərhal qrupları verilməlidir, bunlar gedib pensiya və müavinətlərini almalıdırlar. Biz bunları bir gün ərzində həll etdik. Yerdə qalan 17700 nəfərin - iki və üçüncü qrup əlil olanların hamısını həmin işçi qrupları yerlərdə əyani müayinədən keçirirlər. Bunun üçün iki həftə vaxt verilib. Hətta bazar günlərində də işləyirlər”. Nazir deyib ki, bu müraciətlər araşdırılandan sonra yeni ildən əvvəllər qrup almış şəxslərin əyani müayinə yolu ilə yoxlanılmasına başlanacaq: “Söhbət ikinci və üçüncü qruplardan gedir, çünki inanmıram birinci qruplarda nəsə belə söhbət olsun, birinci qrupda adətən iş qabiliyyəti olmur. Bilirsiz, burda nə etsək də, ortada insan faktoru var. Amma burdan gedən işçi qrupu təbii ki, orda heç kimi tanımır. Məsələn, tutaq ki, Gədəbəyə gedənlər Saatlı və Bakıdan olan həkimlərdir. Onların cəmi 10 gün vaxtları olur, həmin vaxta da hamını müayinədən keçirməlidirlər. Sonra başqa mexanizmlər fikirləşəcəyik”. S. Müslümov xəbərdarlıq edib ki, saxta əlillik dərəcələri ləğv olunacaq: “Ləğv etməyinə biz edəcəyik. Ləğv eləmək o demək deyil ki, bu, son nəticədir. Çünki məhkəmələr var. İnsanlar məhkəmələrə müraciət edə bilərlər. Həqiqətən də özlərinin bu dərəcəni almalı olduqlarını sübut edə bilərlər. Bu, sadə bir proses deyil. Ona görə də biz dərhal hansısa müraciətə görə addımlar atıb adamlara nəsə cəza tədbiri görməyi doğru saymırıq. Bu, sonrakı prosesdir. İlk öncə öz işimizi görməliyik, hüququ olmayan adamlara, əlillik qrupunun verilməsi nəticəsində dövlətin büdcəsindən pulların getməsinin qarşını almalıyıq. Artıq sonrakı prosesdir ki, onlar məhkəməyə müraciət edəcəklərmi, məhkəmə kimə necə baxacaq, necə qərar qəbul edəcək. Ona görə də əsas mərhələni həll edəndən sonra biz digər məsələlər barədə hansısa qərar qəbul edə bilərik”.
Mənbə: Lent.Az
XƏBƏR LENTİ
Müəllimlərin məktəbli forması GÜNDƏMDƏ
Baş dərisindəki sızanaqlar üçün qarışım
Dünyanın ən bahalı sikkəsi hərraca qoyuldu
Devid Bekhemin bacısı müflis oldu-SƏBƏB
Milyarderdən sonra o da BOŞANIR -SƏBƏB
Elçin yeni serialla efirlərə qayıdır
Velosipedlə 40 min kilometr
Mikayıl Cabbarov mayın 10-u ilə bağlı əmr verdi
Xəzərdə zəlzələ olub
Türkün şən səsi vəfat etdi
Azərbaycanda müəllimlərə xəbərdarlıq
Qadınlar üçün avtobuslar xüsusi rejimlə işləyəcək
Əfsanəvi muğam ustadımızın ad günüdür
Qar yağacaq
Çalışan analara məsləhətlər
Fətvalar: Qar adamı düzəltmək, yoqa, tatu, Marsa uçmaq...
Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb
Kola içib komaya düşdü
Nazirlik həyəcan təbili çaldı
Xiyarla gözəlləşin
Çağatayı Pablo Eskobara bənzətdilər
Sabah qaz olmayacaq
Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK
Siniflər şagird sayından asılı olaraq bölünəcək - Nazirdən AÇIQLAMA
Ayrılıq ən çox kimi sarsıdır?
Qadın.Netlə birlikdə hamiləlik (29-cu həftə)
Kişilər yalan danışmağa və kələk gəlməyə daha həvəslidirlər
Qışa belə hazırlaşırıq
Qaşlarını yan dara, qız...
Google 1,2 milyon dollar cərimələnib
Alimlər koronavirus və qrip əleyhinə peyvənd-sprey hazırlayıblar
Sürətli arıqladan yemək kombinasiyaları
Sıla və Hazar diqqət mərkəzində-FOTO
Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə
Bu şagirdlər üçün təqaüd proqramları TƏSİS EDİLƏCƏK
Bakıda 10 manata çörək satılır - VİDEO
İşçilərinə beş min dollar ödəyir: İşdən çıxın
Bakıda 288 yeni duracaq yaradılacaq
Arıqlamağa kömək edən səhər yeməyi
Neft Şirkətində işləmək istəyənlərin nəzərinə
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Məhkəmə Sılanın yalanını ifşa etdi - Ahmeti ŞƏRLƏYİB
Ön ötürməli BMW
Qara duzun xeyri və zərəri
Türkiyədə sərnişinlərlə bağlı məcburi qərar
Bu oğlan yemək yeməkdən pul qazanır
Apple Yaponiyada uduzdu
Vaxtında doğulsaydı 13 yaşında olacaqdı
Kraliça gəlini ilə qatarla yola çıxır - FOTO
"Kobra Pərviz" "Survivor" -2020-dən Ayrıldı
- ŞƏRHLƏR