İşçi səfərilə ölkəmizə gələn Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı diviziya generalı Zekai Aksakallının rəhbərlik etdiyi nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi birlikdə olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, türkiyəli qonağı qarşılayan hərbi hissə komandiri hərbi hissənin döyüş hazırlıgı, təminatı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, sosial-məişət şəraiti haqqında danışaraq son dövrlərdə görulən işlər barədə məlumat verib. Sonra qonaqlar müdafiənin ön xəttində, düşmənlə birbaşa təmas xəttində yerləşən bölmələrdə olublar. Diviziya generalı Z.Aksakallı doyüş mövqeyində dayanan hərbi qulluqçularla görüşüb, hərbi xidmətin təşkili, döyüş növbətçiliyinin aparılması ilə maraqlanıb, şəxsi heyət üçün yaradılmış şəraitlə, əsgərlərin yataq və istirahət yerləri ilə tanış olub. O, Ermənistan tərəfindən işğal olunmuş əraziləri döyüş mövqeyindən müşahidə edib və ərazidəki komandirlər onu maraqlandıran sualları cavablandırıblar. Döyüş postunda xidmət aparan əsgərlərlə görüşdə türkiyəli general Azərbaycan xalqının və eləcə də türk millətinin bu səngərlərdə inamla, ayıq-sayıq xidmət edərək döyüş tapşırığını yerinə yetirən Vətən övladları ilə fəxr etdiyini və qürür duyduğunu bildirib. Torpaqların müdafiəsində və işğaldan azad edilməsində onlara uğurlar arzulayan diviziya generalı Z.Aksakallı deyib: "Mən Azərbaycan əsgərini, onun hərbi texnika, silah-sursatla təminatını yüksək səviyyədə gördüm. Bu məni çox sevindirir. Türkiyə daima Azərbaycanın yanındadır. Azərbaycan və Türkiyə əsgəri yenilməzdir. O, bunu dəfələrlə savaşlarda sübut edib. Ümid edir və inanıram ki, gələcəkdə də belə olacaqdır".
Sonra türkiyəli hərbiçilər ön xəttdəki hərbi hissənin təlim poliqonunda olaraq müxtəlif təlim nöqtələrində snayper, minaatanlar və PDM-nın hazırlıq prosesini izləyib və döyüş atışlarını müşahidə ediblər. Diviziya generalı Z.Aksakallı snayper kursları keçən hərbçilərlə görüşərək "İstiqlal" snayper tüfənginin texniki göstəriciləri və döyüş imkanları ilə maraqlanıb.
Qonaqlar həmçinin tank təlim taborunda olaraq müxtəlif zirehli texnikalara baxış keçiriblər.
Nümayəndə heyətinin ölkəmizə səfəri noyabrın 8-də başa çatacaq.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
La Liqada xəyalların qarşılaşması: "Atletiko Madrid" "Barselona" ilə üz-üzə
Dünyanın ilk uçan velosipedi
Varlanmaq üçün iki şey lazımdır
Cəbhə xəttində atəşkəs bir neçə istiqamətdə pozulub
Hicablı xanımlar üçün geyimlər
Tom Kruz Ukrayna prezidenti ilə görüşdü
Ağız qoxusunun qarşısını alan ərzaqlar
Uzaqdan-uzağa sevgi
Bu günün tarixi (28.12.2014)
Hava çirklənməsindən qorunmağın yolları
Burçin Tərzioğludan eşq etirafı - FOTO
Günün ulduz falı
Oruclu halda diş çəkdirmək olarmı?
Çiyələk yağından necə istifadə etməli?
2016-cı ilin brend eynək modelləri
Bu gün ilk çərşənbədir!
Bazardüzü fəth olunacaq
İrem Derici kameralardan qaçdı-"SƏBƏB"
Oynaqları gücləndirən 4 məşq
Stress saçları niyə ağardır?
Nazir müavinindən Yeni illə bağlı - XƏBƏRDARLIQ
15 yaşlı girovdan xəbər var
Ramazanın 7-ci gününün duası, imsak və iftar vaxtı
Dünyanın ən varlı adamı artıq odur-FOTO
Namazdan sonra hansı duaları oxumaq lazımdır?
Uşaqlarda boy uzatma hərəkətləri və üsulları
Murad Dalkılıç Hande Erçelə evlilik təklifi etdi-FOTO
Erməni türk sərhədi açılır?
Doğum gününə görə xarekter ( sentyabr)
Birinci Avropa Oyunlarının məşəli Lənkəranda
Ən uzaq kosmik cism tədqiq ediləcək
Benzin ucuzlaşa bilər
İlham Əliyev: “Hazırda postpandemiya dövrünə hazırlaşırıq”
Bermud üçbucağının sirri açıldı
Gənc anaların ən ağrılı yeri
Gündəlik saç yığımları
İlon Mask oğlu ilə bağlı VİDEO paylaşıb
"Qarabağ" azarkeşlərinə çox pis xəbər
Ingilis dili - XXXVII dərs
Kolonoskopiya haqqında
Armudlu keks (foto-resept)
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
“WhatsApp” çoxdan gözlənilən funksiyanı işə salır
Uşaqlar üçün yoqa: top 10 faydası
Kitab fərqli dünyalara açılan qapıdır!
Qorxulu kadrlar: qatil belə hücuma keçdi
Özcan Deniz "İstanbullu gəlin" serialından danışdı
Ancelina Coli müflis olur -FOTO
"Zara"nın varisi kim olacaq?
MSK İlham Əliyevin prezidentliyə namizədliyini təsdiq etdi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]