COVID-19 xəstəliyi ilə mübarizə çərçivəsində Azərbaycanda da tətbiqi planlaşdırılan seroloji test üsulu digər test növləri ilə müqayisədə cəmiyyətə çox tanış olmasa da, digərlərinə nisbətən daha yaxşı nəticələr əldə etmək üçün effektiv istiqamət hesab olunur.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, seroloji test və detalları ilə oxucularını tanış edir.
İmmun sisteminin bir parçası olan və orqanizmdəki yad cisimlərlə mübarizə aparan Y şəkilli proteinlərə antitel və ya tibbi adı ilə "immunoqlobulin" deyilir. Antigen kimi tanınan bu yad maddələr hər hansı bakteriya, virus və ya kimyəvi maddələr ola bilər. Yad cisimlər üçün ifraz olunan hər cür antitel bənzərsizdir və antigen üzərindəki quruluşu tanımaq üçün istifadə edilir. Beləliklə, antitellər antigenləri orqanizmdən kənarlaşdırmaq üçün onlara birləşir və immun sistemi üçün komplekslər yaradır.
“Seroloji testi” adı verilən antitel testi pasiyentdən götürülən qan nümunəsində müəyyən bir antitelin mövcudluluğunun müəyyən edilməsi və ya varsa, miqdarının təyin olunması üçün görülən prosedurdur. Bəzi antitel testləri müəyyən bir antitel növünə fokuslanır. Məsələn ən çox antitel testləri IgM, IgG ve IgE-dir.
Seroloji testlərin tətbiqinin əhəmiyyəti
Müəyyən bir mikroorqanizmə qarşı yaranan immun vəziyyətini dəyərləndirmək,
Müəyyən bir infeksiyanın hərəkətini müşahidə etmək,
Yoluxucu antigenə məruz qalma vəziyyətinin araşdırılması,
Qan köçürülməsinin reaksiyası və ya köçürülən bir orqanın orqanimz tərəfindən rəddedilmə səbəblərini araşdırmaq,
Allergiya, Hepatit, QİÇS, qaraciyər xəstəlikləri, farengit, tiroid və ya avtoimmun problemlərindən qaynaqlanan çatışmazlıqların diaqnozunu qoymaq.
Seroloji testlər kimlərə tətbiq oluna bilər?
Antitel testi çeşidləri orqanizmində bakteriya və ya virus olduğu ehtimal edilən şəxslərə tətbiq edilir. Məsələn, IgG antitel testi yoluxucu xəstəliklərə məruz qalmış pasiyentlərdə xəstəliyin diaqnozu, müşahidəsi və ya immun sisteminin vəziyyətinin dəyərləndirilməsində istifadə edilir. Bənzər formada xəstələrə tətbiq olunan IgM antitel testi qan dövranı və limfatik sistemlərdə aşkarlanan yoluxucu xəstəliklərin müəyyən edilməsi və immunitetin vəziyyətinin yoxlanılması üçün aparılır. Bunlardan fərqli olaraq IgA antitel testinə immun sistemi çatışmazlığının dəyərləndirilməsi vəziyyətində üstünlük verilir.
Seroloji testlər və COVID-19 əlaqəsi
Seroloji testlər koronavirus pandemiyası səbəbilə son dövrlərdə olduqca tez-tez adıçəkilən test növünə çevrilib. Pandemiya səbəbilə görülən qabaqlayıcı tədbirlərin aradan qaldırılması və ikinci dalğanın yayılmasının qarşısının alınması üçün görülən işlər çərçivəsində antitel testləri tətbiq edərək, xüsusilə, yeni tip koronavirusa qarşı immunu olan şəxslərin müəyyən edilməsinə başlanılmışdır.
COVID-19 üçün hazırlanan antitel testləri, öncəliklə, infeksiyaya yoluxmuş və daha sonra sağalmış xəstələrin qanlarında mövcud virusa qarşı yaranan antitellərin müəyyən edilməsi üçün istifadə olunur. Bununla yanaşı, infeksiyaya yoluxan, lakin xəstəliyin simptomlarını büruzə verməyən şəxslərin də müəyyən edilməsi üçün bu testlərə müraciət olunur.
Dünya miqyasında COVID-19 xəstəliyinin simptomlarını büruzə verən hər kəsə koroavirus testi tətbiq olunmadığı üşün virusun yoluxduğu insan sayı tam olaraq müəyyən edilməyib. Buna əlavə olaraq, virus daşıyıcılarının belə simptom büruzə verməyən, yəni asimptomatik şəxslər olduğu hər kəsə aydındır. Bu insanların özü COVID-19 xəstəliyini yüngül keçirsələr də, başqalarını yoluxdurma riski daşıdıqları üçün əhəmiyyətli mövqeyə gəliblər. Bu istiqamətdə həm real statistikanın əldə olunması, həm də toplumun qazandığı immun sistemi səviyyəsinin dəyərləndirilməsi baxımından antitel testləri əhəmiyyət daşıyır.
Bütün dünya miqyasında pandemiyanın səviyyəsinin anlaşıla bilməsi üçün qlobal seroloji testlərə müraciət olunması dəstəklənməkdədir.
Burada diqqətçəkən daha bir məqam mövcuddur. Seroloji testlərin orqanizmdə SARS-CoV-2 virusunu aşkarlaması orqanizmdə bu virusa qarşı immun yaranıb-yaranmadığını tam olaraq müəyyən edə bilmir. Bu çərçivədə COVİD-19-a qarşı immunun müəyyən edilməsi istiqamətində bir test yoxdur. Mövzu ilə əlaqədar qeyd paylaşan Ümumdünya Səhiyyə Təşkilatı virusa qarşı antitel yaranması mövzusunda araşdırmaların aparıldığını bildirib. Aparılan araşdırmaların böyük qismi virusdan qaynaqlı xəstələnən və sağalan şəxslərdə antitellərin yaranması, daha sonra onun aşağı səviyyədə qalması istiqamətində gedib. ÜST bildirir ki, xəstəlikdən sağaldıqdan sonra güclü immun sistemi yarana bilər.
Seroloji test necə tətbiq edilir?
COVID-19 xəstəliyi üçün tətbiq edilən seroloji test əsnasında müxtəlif analiz üsulları və fərqli antitel tipləri analiz edilir. Bunlar IgG, IgM və IgA immunoqlobulinləridir.
Antitel testi 2 müxtəlif sadə üsulla tətbiq olunur. Bunlardan birincisi sürətli diaqnoz kitləridir. Evdə də istifadə olunan bilən bu kitlər 15 dəqiqə ərzində nəticə verir. Lakin antitel ifrazı müəyyən qədər zaman tələb etdiyi üçün virusun orqanizmə daxil olduqdan sonrakı günlərdə aparılan testl
XƏBƏR LENTİ
İdeal ayaqlara sahib olmanın yolları
Qeyri-adi estetik əməliyyatlar
Azərbaycanda 9 gün dərs olmayacaq
Həyatın simvolu - qadın sinəsi
Kameron Dias təqaüdə çıxdı
Bəzi şəxslərə əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək - RƏSMİ
Rəngarəng çanta modelləri
Putinin Qarabağı Əliyevə güzəştə getməsinin səbəbi
Sarımsağın faydaları haqqında
BÜRCLƏR bizə nə vəd edir?-1 Yanvar
Müqəddəs Kəbə evinin içərisində nə var?
Sadəcə su içərək arıqlaya bilərsiniz
Saçlarınızın sağlamlığını testlə yoxlayın
Neft daha da ucuzlaşacaq
Xaricdə təhsil fırıldağı
Baş Nazirdən təhsillə bağlı yeni qərar
20 yaşlı oğlan 451 milyon dollar uddu - FOTO
"Qarabağda müharibə istənilən an başlaya bilər"
İranlılara ümrə ziyarəti yasaqlandı
Tibb elmi ŞOKDA: Bu qardaşlar gecələr ölür, səhərlər dirilirlər
Birinci xanım:"Makiyajımı özüm edirəm"
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 792 yeni yoluxma
Günəşdən unikal görüntülər
Bir saniyə əvvəl: Çox güləcəksiniz
Məşhur cütlük barışdı-FOTO
“Haber Global” Kəlbəcərin incisi Xudavəngdə - VİDEOREPORTAJ
Banklar kreditləşməni məhdudlaşdırdı
Şamaxıda 60 litr qan toplandı
Alimlər xərçəngin və qocalmanın qarşısını alan maddə tapdılar
486 müəllim imtahandan imtina etdi
Nəhəng dalğa fotosessiya edən cütlüyü “yuyub” apardı - VİDEO
Poçta verilən məktub ünvana 91 il sonra yetişdi
YENİLİK! Nazirlik valideynlərin istəyini nəzərə aldı
Valideynlərə təcili kömək -6
Volkswagen-dən hibrid Golf GTE
Niyə qocalmaq istəmirik...
CƏMİYYƏT Günün qoroskopu: çətin məsələlərin həllində təmkinli davranın
Porsche Macan 4 silindrli olacaq - FOTO
Yataq otağı dizaynı
Xiyar maskaları ilə gözəlləşin
Yuxular və yuxuyozmalar
Azərbaycanlı gəncin portreti
Günün qoroskopu: hadisələr aktiv iştirakınızı tələb edir
Sılanın yeni EŞQİ hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yenə zəlzələ oldu
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Koronavirusa qarşı uzunmüddətli immunitetlə bağlı gözlənilməz açıqlama
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Prezidentin oğlu orduda
10 dəqiqədə 10 min smartfon satıldı