İngiltərədə ciddi motosiklet qəzası keçirərək sağ qalan əsgər Varren Mak Kinli nadir rast gəlinən sindroma yoluxub.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, hərbçi həyatda olsa da özünü ölü kimi hiss etməyə başlayıb. Xəstəliyi barədə danışan Mak Kinli bunları deyib: "Öldüyümə inanırdım. Çünki hər yer mənə qaranlıq gəlirdi".
Onun sözlərinə görə, ehtiyacı olmadığını düşündüyü üçün yemək yeməyi də tərgidibmiş: "Terapevtlər mənimlə danışmağa çalışırdı, amma mən "ölmüşəmsə yaxşılaşmağımın nə mənası var?" deyirdim".
36 yaşlı Varren, 1880-cı ildə fransız nevroloq Jules Cotardın haqqında bəhs etdiyi psixi xəstəlikdən əziyyət çəkib.
Dünyada çox nadir rast gəlinən psixi xəstəlik olan Cotard sindromu, insanların fiziki cəhətdən tam sağlam olsalar, da öldüklərini düşünmələri ilə ortaya çıxır.
Bu xəstəliyə yoluxan insanlar ölü olduqlarına inanırlar, orqanlarının olmadığını və ya çürüdüyünü düşünürlər. Bu sindrom Çin, Hindistan, Meksika, ABŞ, Danimarka və İsveçdə daha çox yayılıb.
Bəzi xəstələr ürəyinin yerində olmadığını belə düşünürlər.
Belə ki, Portuqaliyada yaşayan qadın, yoldaşının ani ölümündən sonra yemək yeməyi tərgidib. 66 yaşlı qadın qida borusu və mədəsinin bir-birinə yapışdığını bildirib. 19 kilo arıqladıqdan sonra isə qadın məcbur xəstəxanaya aparılıb.
İngiltərədə yaşayan 59 yaşlı qadın isə vücudunun çürüdüyünü və ayaqlarının qopduğunu düşünməyə başlayıb.
Beyində yaranan problem, Cotard sindromunun səbəblərdən biri olub. Bu sindrom eyni zamanda, Parkinson, miqren, ürək xəstəlikləri ilə də əlaqəli ola bilər. Həmçinin sosial faktorlar da xəstəliyi yarada bilər. Bu problem həftələrlə, hətta illərlə çəkə bilər. Sindrom daha çox yaşlı insanlarda müşahidə edilsə də, yeniyetmələrdə və uşaqlar da risk faktoruna daxildirlər.
Cotardın tək bir səbəbi yoxdur. Çox nadir görülən xəstəlik olduğundan üzərində elmi çalışmalar tam nəticəsini verməyib.
2010-cu ildə aparılan araşdırma zamanı alimlər, xəstəliyin iki əsas səbəbdən yarana biləcəyi qənaətinə gəliblər.
1. Qəza nəticəsində şəxsin böyük travma alması - Bu zaman insan özünü boşluqda hiss edir və nəyə inanacağını bilmir. Günahkarlıq hissi yaranır.
2. Nevroloji problemlər - Beyinin kiçilməsi və ya genişlənməsi, düşüncələri, məntiqi və davranışları idarə edən nöqtələrin beyində zərər görməsi.
XƏBƏR LENTİ
Kit yaxtanı gəmi ilə toqquşdurdu - VİDEO
BÜRCLƏR bizə nə vəd edir? -30 MAY
Mobil telefon istifadəçilərinə şad xəbər
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
35 il sonra bir araya gəldilər - FOTO
Rəqəmli pazllar (4)
Avropanın ən böyük vulkanı püskürdü
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Dünyada internet nə vəziyyətdədir?
Dəniz Akkaya aksessuarları ilə diqqət çəkdi-FOTO
Canlı yayımda öz açıqlaması ilə hər kəsi qorxutdu-FOTO
Eşqi evlilik öldürür yoxsa beyin?
Dünyanın ən çox gözlənilən karnavalı ləğv edildi
Sarıkök maskası
Uşaqlara fərqli baxış bucağından baxmağa kömək edən 3 üsul
Televizor uşaq beyninə təsir edir
Bu gündən Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılır
Ac olanda bədəninizdə nə baş verir?-AÇIQLAMA
Rezidenturaya sınaq imtahanları keçiriləcək
Qəfəs saç hörüyü necə hörülür?
Qısa ətəklər
Hamiləlik zamanı gözəllik qaydaları
Ombusdman aparatı aydınlıq gətirdi: Səbinə Əliyeva hazırda... - Rəsmi açıqlama
2017-ci ilin ən zövqsüz ulduzları - FOTO
“Qanlı alma” ilə bağlı optik illüziya görənləri çaş-baş qoydu - VİDEO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Kəsmikli bağlama (foto resept)
Tatlısəs ata olacaq?-FOTO
Çingiz Abdullayevə daha bir vəzifə verildi
Rus çarlarının qəzəbinə tuş gələn molokanlar
Lüks həyatı olan 16 yaşlı Raşid-FOTO
Od çərşənbəniz mübarək!
2050-ci ildə kosmik lift istifadəyə veriləcəkgünün
Castin Timberleyk xəstə uşaqları ziyarət etdi
Avqust ayının qalibləri!
Təhsil Nazirliyindən XƏBƏRDARLIQ
Azərbaycanda məktəb islahatı: balacalara yer yoxdur
Bred Pittdən gözlənilməz hərəkət
İlk və 4 terabaytlıq...
Başqa musiqilər...
Saçın tərzinizi necə dəyişdiyinə şahid olun!
Azərbaycanda maaş kreditə tutula bilərmi?
Hind toyuqlu və ispanaqlı lazanya (foto resept)
Məşhur rəsamların evləri
Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb
Millimizin 16 yaşlı cüdoçusu dünyasını dəyişdi
Alimlər vegetarianlar üçün “ət” icad ediblər
Ədviyyatları necə saxlamalı?
Hollandiyada "Məmməd Məmmədov" parkı
Stallone De Niroyla ringə çıxdı














