
Kotard sindromu ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər Bəzən xəstəlik o həddə çatır ki, xəstə öldüyünü özünə və ətrafdakılara sübut etmək üçün intihara əl atır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib.
Psixiatr İkram Rüstəmovun sözlərinə görə, bu, bir depressiya və intihar meylləri olan sindromdur. Belə ki, xəstəliyə tutulmuş şəxs bu vəziyyətdə hər şeyini itirmiş olduğundan şikayətlənir. Ehtiraslarını, bədəninin bir qismini və ya hamısını itirdiyini, ümumiyyətlə, öldüyünü və gəzən bir cəsəd olduğunu düşünür. Bu xəyallar xəstənin öz çürümüş ətlərinin qoxusunu hiss etməsi və bədənində qurdların gəzişdiyini iddia etmə dərəcəsinə qədər gedib çıxır. Xəstəliyin sonrakı mərhələsində xəstə insanı yuxudan məhrum edən kokain ağrısı yaranır. Xəstə ölü olmaq və ölü olmamaq fikirləri arasında əzab çəkməyə başlayır.
Nevropsixiatrik pozğunluq olan "gəzən cəsəd sindromu" Amerika Psixiatriya Birliyinin Ruhi Pozğunluqlar siyahısına alınıb.
Həmsöhbətimiz bildirir ki, şizofreniya və bipolar pozğunluq kimi xəstəliklərlə əlaqəli olan sindroma tutulan insanlar öldüklərini, ətlərinin çürüdüyünü, bəzən də həyati orqanlarının, ya da qanının olmadığını düşünürlər. Onun sözlərinə görə, bəzi xəstələr bunu sübut etmək üçün hətta intihar edirlər. Olduqca az rast gəlinən sindrom 2008-ci ildə 53 yaşında filippinli bir qadında müşahidə edilib. Ölü olduğunu söyləyən qadın ailəsindən meyitxanaya aparılmasını istəyib. "Gəzən cəsəd sindromu" xəstələrinə dərman və beyinə elektrik şokuyla müalicə tətbiq olunur. Xəstəlik hələ yeni olduğu üçün dəqiqləşmiş bir müalicə üsulu yoxdur. Nadir rast gəlinən bu sindromda sayıqlamalar, özündən və dünyadan təcrid olunma, ölümsüzlük düşüncələri, hallüsinasiyalar, intihar düşüncələri və pessimizm müşahidə edilir.
Qeyd edək ki, xəstəlik kişilərə nisbətən qadınlarda daha çox özünü büruzə edir. Xəstəliyin başlanğıc yaşı 52-dir. Araşdırmalar zamanı xəstəliyin bir çox psixiatrik və orqanik xəstəliklərlə əlaqəli ola biləcəyi ortaya çıxıb.
"Xəstələr "beynim çürüdü, bütün daxili orqanlarım çürümüş vəziyyətdədir, əslində mən yaşamıram, bu ailə mənim ailəm deyil" kimi fikirlərlə yaşayırlar. İştahası pozulan xəstə hər şeydən imtina etməyə başlayır. Çəkisi azalır və halsızlaşır" deyən İ.Rüstəmovun sözlərinə görə, bu günə kimi xəstəliyin yaranma səbəbləri tibb aləmində aşkar edilməyib. Sonuncu dəfə xəstəlik çox qəribə də olsa, Türkiyədə 7 yaşlı uşaqda müşahidə edilib. Valideynləri uşağın şikayətlərini həkimlə müzakirə etdikdən sonra həkimlər 7 yaşlı qıza Kotard sindromu diaqnozu qoyublar. Belə ki, qız bədəninin çürüdüyünü, bədənində qurdların gəzdiyini, ondan cəsəd qoxusu gəldiyini iddia edir, valideynlərini tanımadığı, əslində yeraltı dünyaya aid oduğunu deyirmiş. Xəstəlik başlayan kimi yeməkdən imtina edən qız 7 gün içində 5 kq çəki itirib.
Mütəxəssis hesab edir ki, ruhi sarsıntılar, ruhi xəstəliklər keçirən insanların beyni zədələnmiş hesab edilir. Uzun müddət sonra xəstəlik bu və ya başqa formalarda yenidən ortaya çıxa bilir.
Kotard sindromunun elmdə izahı və yaranma səbəbləri müəyyən edilmədiyi üçün xəstəlik nadir xəstəliklər siyahısına daxil edilib. Dünyada hər 100 min nəfərdən 1-də rast gəlinən xəstəlik tam sağalmadığı və çox zaman vaxtında müəyyən edilib müalicəsinə başlanmadığı üçün intiharla, ölümlə nəticələnir. Xəstələr xəstə olduqlarını qəbul etmədikləri üçün həkimə müraciət etməkdən də imtina edirlər. "Mən ölüyəm, məni niyə basdırmırsınız", "Bədənimi artıq qurdlar yeməyə başlayıb", "Bax, dərim necə çürüyür, qoxuyur" deyən xəstələr Kotard sindromundan əziyyət çəkənlərdir. Müsahibimizin dediyinə görə, bu xəstələr ən çox gecələr əziyyət çəkirlər. Belə ki, gecə qorxuları, titrəmələr, əsəb, çürümə və ölüm hissləri ən çox onları gecələr narahat edir. "Bu xəstələr elə çox zaman gecələr intihar edirlər".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Şifrlənmiş ProtonMail-i sınamaq istəyirsiniz?
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağrılması haqqında sərəncam imzaladı
Bankları dirçəltməyin daha bir yolu
Dünyanın ən gözəl hovuzları
Gənc anaların 10 qorxusu
Xaş-xaşlı tort (foto resept)
Həftə sonunun HAVAsı
Bakıda yol çökdü
Temperatur yüksəlir - Sabahın HAVAsı
Qandidən sağlam həyat üçün tövsiyələr
Heç yerdə görmədiyiniz dekorasiyalar
Məşhur aktyor tanınmaz halda-FOTO
Hərbçilərin olduğu avtomobil minaya düşdü, 1 nəfər öldü
Məşhur futbolçu dördüncü dəfə ata oldu-FOTO
Jennifer Lopezdən 10 saç model
Prezident onu təltif etdi - SƏRƏNCAM
Yol hərəkəti haqqında qanun dəyişdirildi
Teledərslərin sabaha olan cədvəli açıqlandı
ÜST koronavirusun ağır formasının müalicəsi üçün effektiv preparatın adını açıqladı
Fərqli vaxtlarda eyni donu geyinən məşhurlar
Aleyna 158 minə avtomobil aldı-FOTO
Qorbaçov ölüm yatağında
Qəbul imtahanından az bal toplayan abituriyentlərin nəzərinə
"Əti də mənim, sümüyü də..."
Soçi olimpiadasında iştirak edəcək Azərbaycan idmançılarının geyimləri təqdim edilib
Bu yollarla 30 günə ideal kişi tapmaq olar?
Burak Özdemir onu təqlid edən azərbaycanlı əsgərə salam yolladı - VİDEO
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır
Toyuğun çəkisini süni şəkildə artırırlarmış
Rəqibimiz ermənilər oldu
Məşhur cütlük valideyn olacaq
Möcüzə! Bu adam 203 kilo arıqladı
Bu gün İlham Əliyevin doğum günüdür!
Gül rənglərinin mənaları
Türkiyədə sosial məsafəni qorumaq üçün maraqlı üsul tətbiq edildi - FOTO
Sabahın HAVAsı
Rusiya ağır epidemiya ilə üz-üzə
Karantinin yumşaldılması təhsilə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Oruc tutmaq barədə 7 yanlış stereotip
Kompensasiyalar verildi
Siyasətə yumurta da qarışdı
Toyuq ətindən isti yemək (foto resept)
Mozaik şəkillər
Azərbaycan 2020 gələcəyə baxış
Qış pəhrizi
Ağdam rayonunun Pərioğlular kəndindən videogörüntülər - VİDEO
Burakın ayaqqabısına görə Fahriye lağa qoyuldu - foto
Kayli Markın yerini tutdu-ən varlı gənc!















- ŞƏRHLƏR