Belə xəstəliklərdən biri el arasında "svinka" kimi tanınan epidermik parotit virus infeksiyasıdır (qulaqdibi). Bütün dünyada yayılan bu virus keçicidir. Əsasən qış aylarının sonunda artan virusa uşaqlar daha meylli olurlar. 5-10 yaş arasında olan uşaqlarda müşahidə edilən qulaqdibi 20 yaşdan yuxarı insanlarda da yarana bilər. Virusa yoluxan insanın hər iki, yaxud bir qulağında boyundan başlayaraq qulaq altına qədər şişkinlik müşahidə olunur.
Qulaqdibi virusa bağlı bir xəstəlikdir. Qulaq ətrafında olan tüpürcək vəzilərinin şişməsi ilə meydana çıxan virus qulaqda ağrıya və boyunun sıxılmasına səbəb olur. Tüpürcək kanallarının ətrafı qalınlaşır, infeksiyanın yayıldığı vəzi tamamilə qanla dolur. Xəstəlik sağalmağa doğru getdikcə xəstəlik müddətində ölən hüceyrələr özünü yeniləməyə başlayar.
Pediatr Xatirə İsayevanın sözlərinə görə, qulaqdibi qripdən də tez yayılan bir xəstəlikdir. Çünki virusa yoluxanda bunu hiss etmək olmur. Qulaq ətrafı şişəndə isə artıq xəstə ətrafındakıları virusa yoluxdurmuş olur. Qulaq ətrafının şişməsindən 10 gün əvvələ qədər və şişin tam yox olduğu günə kimi virusun sağlam insana keçmə ehtimalı var: "Virusun insandan insana keçməsi çox asandır. Danışmaq, asqırmaq, öskürmək, yaxud xəstə insanın ağız suyunun dəydiyi qaşıq, dəsmal və bu kimi əşyalarından istifadə etmək virusun keçməsinə şərait yaradar. Ağız, burun, göz yoluyla bədənə daxil olan virus qan vasitəsilə bütün bədənə yayıla bilir. Əvvəllər qulaqdibi tutmuş insanın təkrar bu virusa yoluxma ehtimalı sıfıra bərabərdir. Çox nadir hallarda bir insan iki dəfə qulaqdibiyə yoluxa bilər. Qulaqətrafı şişmədən 24 saat sonra və 3-cü gününə qədər virusun keçmə ehtimalı çox böyükdür".
Qulaqdibinin tamam sağalması 25 günə yaxın bir zaman alır. İnkubasiya dövrü 11-25 gündür. İlk 10-15 günü isə ağır formada özünü göstərir. Əzginlik, aşağı temperatur, ürək bulanması ilə başlayan xəstəlik gün keçdikcə qulaq ətrafının şişməsi ilə davam edir və bu şişmə qulaqda, boyunda ağrılara səbəb olur. Əzələlərin gərilməsi ilə bağlı olaraq çeynəmə də boyuna ağrı verir. Xəstəlik zamanı sulu qidaların qəbul edilməsi ağrının azalmasına səbəb olur.
Pediatr bildirir ki, xəstəlik 10-12 gün davam etdikdən sonra şişlər nisbətən azalmağa başlayır. Baş və boyun ağrıları azalır. Xəstəliyin xüsusi bir müalicəsi də yoxdur: "Qulaqdibi virusa bağlı bir xəstəlikdir. Ona görə dəqiq müalicəsi yoxdur. Baş ağrılarının dayandırılması, yaxud temperaturu aşağı salmaq üçün dərmanların istifadəsi mümkündür. Kamfora yağı sürtülüb yumşaq bağlanmalı və mümkün qədər sulu qidalar verilməlidir. Təmiz havalandırılmış otaqda yataq şəraitində dincələrək virusu tez bir zamanda keçirmək mümkündür".
Qulaqdibi zamanı qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. Xəstəyə turş meyvələr, xüsusən limon verilməməidir. Tüpürcək vəzilərinin daha çox işləməsinə səbəb olan turş qidalar ağrının artmasına səbəb olacaq.
Uşaq yaşlarında belə viruslara yoluxmaq gənc yaşlarında yoluxmaqdan daha yaxşıdır. Çünki yaş artdıqca virusun yaratdığı xəstəlik də bir o qədər ağır olur. Bir-birinə oxşayan uşaq infeksiyaları normalda elə də ağır olmur və bitkilərlə edilən müalicəyə daha tez cavab verir.
X.İsayeva virusdan qorunmağın mümkünsüz olduğunu qeyd edir. Onun sözlərinə görə, qorunmağın yeganə yolu qulaqdibi tutmuş insandan mümkün qədər uzaq durmaqdır. Ailədə bir uşaq qulaqdibiyə yoluxursa, qalan uşaqların da yoluxma ehtimalı çox böyükdür: "6 aylığından aşağı olan uşaqlar qulaqdibiyə yoluxmurlar. Nəzərə alsaq ki, uşaq yaşlarında belə xəstəliklər daha rahat keçir, onda uşağı qulaqdibi tutmuş uşaqla təmasdan çəkindirmək lazım deyil. 25 yaşındakı gəncin qulaqdibi ağrısı 5 yaşındakı uşaqla eyni olmaz. Hazırda isə belə xəstəliklərə qarşı peyvəndlər vurulur".
Qeyd edək ki, bu xəstəlik üçüncü dünya ölkələrində hələ də ciddi xəstəliklər sırasındadır. Virus qan yolu ilə hərəkət edir. Bu zaman virusun başqa orqanlara da keçmə ehtimalı var. İltihablanmalara səbəb olan virus beyin pərdəsinə gəldikdə meningitə səbəb ola bilər. Bu zaman baş ağrısı şiddətlənir və qusmalar artır. Həkimə müraciət etmək mütləqdir. İltihablanma böyrəklərdə, qadın yumurtalıqlarında, gözlərdə də meydana çıxa bilər. Hamilə qadınlarda uşaq ölümünə səbəb olma ehtimalı var. Amma bütün bu ehtimallar nadir hallarda meydana çıxır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Baharın makiyaj trendi
Plaşları necə kombinləməli?
Sonuncu İlisu Sultanı Daniyal Sultanın məzarı Türkiyədə tapıldı
Bananlı,qozlu piroq (foto resept)
Qeyri-adi piyada keçidi
Ziyafət geyimləri
Dünya pandemiyadan 100 MİLYARD dollara xilas ola bilər
ŞOK! Azərbaycan Ağır Atletika Federasiyası 500 min dollar cərimələndi
Bu günün hava proqnozu
Selena Gomez yeni obrazda-FOTO
Hamiləlik zamanı ürək bulanmasını necə azaltmalı?
Viagra xərçəngə qarşı təsirli ola bilər
Südlü xurma plovu (foto resept)
Sınaq imtahanlarının cavabı bu gün açıqlanır
“Bir Zamanlar Çukurova”nın ÇƏKİLİŞLƏRİ DAYANDIRILDI-SƏBƏB
MHP: Erməni diasporu "soyqırım" idialarından siyasi podium kimi istifadə edir
Bakıda bayramla bağlı yarmarkalar olacaq
Yeni kolleksiya: Kurtka donlar
Azərbaycanda daha 45 nəfər koronavirusdan öldü: 3962 yeni yoluxma
Sərdar Ortaçın xanımı ağır qəzadan sonra ilk dəfə_FOTO
850 minə yaxta aldı - FOTO
Qadın.Net xanımlarının ən xoşbəxt anları
Azərbaycanda bu il evlənənlər - 94 yaşında ailə qurdu
Dərini təmizləyən və ağardan maska
Üzməyin təəccübləndirən 4 faydası
Ekspert: “Hazırda orta məktəblərdə şagirdlərin vaxt potensialının 40 faizi boş qalır”
Orta məktəblərdə dərslər necə təşkil olunacaq? - Nazir açıqladı
2020-ci ilə sıfırdan başlamaq üçün...
Azərbaycanda zəlzələ olub - 3 bala qədər hiss olunub
Yeni saç modelləri
İtaliyada bütün məktəb və universitetlər bağlandı
Azərbaycanlı stilistin yeni işi hər kəsi kövrəltdi
Şakira ilə ərindən romantik fotolar
Azərbaycanda kolleclərə qəbul olmuş abituriyentlərin nəzərinə
“Vətən Müharibəsində qələbə münasibətilə” orden və medallar təsis ediləcək
2015-dən karta keçirik
Burun qanaması zamanı nə etməli?
Gözəl jaketlər
“Android”in yeni versiyasının adı məlum oldu
Günün qoroskopu: mübahisəli vəziyyətdən çıxış yolu arayın
Əli Həsənov: 2016-cı il üçün planlaşdırılmış sosial layihələr reallaşdırılır
Prezident fəxri adlar verdi
Məcidov Londonun qısasını alaraq Dünya çempionatında finala çıxdı
Günün qoroskopu - 11.12.2013
ABŞ-da internet qanunları dəyişir
Qəhvəyi peçenye (foto resept)
Tuba Böyüküstündən ayrıldıqdan sonra aktrisa ilə sevgili oldu
Yeni ildə fərqli hədiyyə ideyaları axtaranlar üçün...
105 torpağın uyutduğu türk
Daha bir sərnişin təyyarəsi partladıldı















- ŞƏRHLƏR