Bu il ərzində ölkəmizdə qripdən ilk ölüm halı olsa da, son günlər istər böyüklər, istərsə də uşaqlar arasında qripin əlamətləri ilə üst-üstə düşən xəstəliklər yayılıb.
Hər il dünyada yüzlərlə insan qrip infeksiyasından dünyasını dəyişir. Çox sadə görünən xəstəlik müalicə olunmadığı halda kəskinləşib ölümə səbəb ola bilir. Xüsusən də fəsil dəyişkənliyi baş verəndə viruslar inkişaf edir.
Payız fəslinin ilkin əlamətlərinin müşahidə olunduğu günlərdə yuxarı tənəffüs yolları xəstəliklərinin də əhatə dairəsi genişlənir. Bəs viruslar hansı halda təhlükəli hesab olunur?
Milli.Az publika.az-a istinadən bildirir ki, Tibb Universitetinin Terapiya Xəstəxanasının pulmunologiya şöbəsinin müdiri Əlizamin Sadıqov açıqlamasında qripdən ölüm halının mümkünlüyünü, lakin qeyd etdiyimiz faktdan məlumatsız olduğunu dedi: "Qrip zamanı ölüm hallarının olmasını inkar etmirik. Epidemiyalardan əlavə, mövsümi qrip zamanı 100 nəfərdən 1-də (1.5%-ə qədər) ölüm halı ola bilər. Son günlər kəskin respirator virus xəstəlikləri ilə bağlı müraciətlər çoxalıb. Lakin bunu virus hesab etmək olmaz. Soyuq fəsillərdə bu xəstəliklərə yoluxma halları artır. Yuxarı tənəffüs yollarında vəziyyət ağırlaşanda aşağı tənəffüs yollarına keçir. Son illər bu xəstəliyin Azərbaycanda epidemiya halında olmasını müşahidə etməmişəm. Bu il hələ ki qripdən ölüm halı qeydə alınmayıb. Lakin əvvəlki illərdə qripdən ağırlaşmalar, ölüm halları baş verib. Bu, pnevmoniya, qripin ən ağır mərhələsində baş verir. Bu proses gözləniləndir, sadəcə müəyyən tədbirlər görərək onların qarşısını almaq lazımdır. Bundan başqa, risk qrupunda olanlar - 5 yaşa qədər uşaqlar, hamilə qadınlar, tibb işçiləri, xroniki xəstəlikləri olanlar qripə qarşı vaksinasiya olmalıdır. Bu zaman ölüm halları 70%-ə qədər azalır. Oktyabrın 1-dən noyabrın 15-dək qripə qarşı vaksinasiya aparılmalıdır".
Ə.Sadıqovun sözlərinə görə, hazırda yayılmış kəskin respirator virus xəstəliklərinin ağırlaşmaması üçün ona qarşı tədbirlər görülməlidir. Gigiyenik qaydalara əməl etmək, immuniteti gücləndirmək lazımdır.
Xəstəlik yalnız böyüklər deyil, uşaqlar arasında da geniş yayılıb. Böyüklərin özünü müdafiəsi mümkün olsa da, uşaqlar xəstəliyi daha ağır keçirir.
Azərbaycan Tibb Universitetinin Uşaq Yoluxucu xəstəliklər kafedrasının dosenti, pediatr Sulduz Əhmədova son 10 gün ərzində kəskin respirator virus xəstəlikləri ilə bağlı müraciətlərin artdığını bildirib: "Uşaqlar arasında yüksək temperatur, halsızlıq, burun axma, boğaz ağrısı əlamətləri müşahidə edilir. Müraciətlərin artması ilk növbədə fəsil dəyişkənliyi ilə əlaqədardır. Hər il mövsüm dəyişikliyi zamanı virus infeksiyaları aktivləşir, uşaqların immuniteti zəifləyir. Ona görə də payız fəslində infeksiyaların aktivləşməsi, xəstəliklərin artması müşahidə edilir. Bir müddət sonra vəziyyət stabilləşsə də, qış fəslində yenidən aktivlik müşahidə olunur. Bu əlamətləri hansısa virusun yayılması ilə əlaqələndirmək üçün respublikada monitorinq aparılmalıdır.
Uşaqlar şikayətlərini biruzə verə bilmirlər, temperaturun qalxması artıq valideyn üçün siqnal olur. Xəstəliklər ən çox 5 yaşa qədər olan uşaqlar arasındadır. Kollektivdə olanlarda da xəstəlik daha çoxdur".
Pediatrın sözlərinə görə, uşaqları xəstəliklərdən qorumaq üçün onların virusa yoluxmuş şəxslərlə ünsiyyətinə icazə verilməməlidir: "Uşaqların özünümüdafiə faktorlarını artırmaq, immuniteti yüksəltmək lazımdır. İmmuniteti gücləndirməyə yaydan başlamaq lazım idi. Hazırkı durumda burun, boğaz spreylərindən istifadə edilməlidir. Hələ ki qrip virusu təsdiq olunmadığına görə, peyvənd olunmasını təklif etmirik. Bədənin ümumi immunitetini yüksəltmək üçün polivitamin pereparatları, vitamin C qəbul etmək olar. İnfeksiya dövründə hər gün səhər-axşam uşağın burnuna "Oksolin" mazı çəkmək lazımdır. Bu da virusun aşağı tənəffüs yollarına keçməsinin qarşısını almış olur. Xəstəliyin ağırlaşması pnevmaniya, burunun əlavə diblərinin iltihabı, haymorit, bronxit, loringit ağırlaşmaları olur. Ötən il ağırlaşmalar qeydə alınsa da, bu il vəziyyət nisbətən normaldır. Zəif uşaqlarda ikinci dərəcəli xəstəliklər də baş qaldırır və ağırlaşmalar ola bilər. Bu uşaqların valideynləri diqqətli olmalıdır".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Xanımları bəylərdən fərqləndirən vərdişlər
Qonaq otağı dizaynları
Ən böyük başlı qız bəladan qurtuldu
Ağdam rayonunun Pərioğlular kəndindən videogörüntülər - VİDEO
Obamadan bayram təbriki
Kişiyə sevdiyini göstərməyin ən səhv 5 yolu
Gizli ləzzət kurabiyəsi (foto resept)
Dünyanın ən mənasız "özün düzəlt" lahiyələri
Rassel Krou 6 milyona ev aldı-FOTO
Günün qoroskopu: Yaxınlarınızın sizə sualı var
Helikopterlər cəbhədə
Əhaliyə XƏBƏRDARLIQ: fənər, dərman və radio cihazları hazırlayın!
Gigiyena xətaları
Şokolada diqqət!
Qarpızı yeməzdən öncə mütləq sabunla YUYUN, YOXSA...
Whatsapp 1 il idi gözlənilən o YENİLİYİ ETDİ - FOTO
Qar Adamı (özün düzəlt)
Məşhur aktrisa gəlinlik geyindi-FOTO
Təbii tonik və losyonlar
Nənə pişiyə görə nəvəsini kəndirlə bağlayıb, eyvandan atdı - VİDEO
Eyni vaxtda iki qızla evləndi-SƏBƏB
Azərbaycanda qar yağacaq
Ailə qurulması məsləhət olan 15 kişi tipi
BÜRCLƏR bizə nə vəd edir?- 30 yanvar
Qırmızı mərci sıyığı (foto resept)
Azərbaycan əhalisinin sayı açıqlandı
“Azərbaycan və Əhli-beyt irsi” kitabı çap olundu
Tərəvəzli Funçoza salatı (foto resept)
Məşhur cütlük AYRILDI-SƏBƏB
Təbii maskalar
Qadın olmaq
Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
Sürücülərə YAŞ MƏHDUDİYYƏTİ qoyulacaq
Hamı bu kişidən danışır
Bədbəxt və bir o qədər də xoşbəxt: Fineas Qeydc
Kim? Harada? Necə? (Final)
Kobenin ölümü iki il öncə “Simpsonlar ailəsi”ndə təsvir edilib - VİDEO
Fındıq yağının faydaları nələrdir?
Uşaqlara ən çox verilən adlar-SİYAHI
Demet Akalının Tarkan sevdası
Bilinçikli Zebra tortu (foto-resept)
Bu gün Günəş Yerə maksimum yaxınlaşacaq
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
Maraqlı tapşırıqlar - 2
Ulduzlar seminar üçün 12 min ödədilər - FOTO
Zəlinin ziyanı çoxdu, yoxsa xeyiri?
Məişət texnikası da bahalaşdı
Facebook dostlarımızdan biri ölərsə... – PSİXİATR YAZIR
Türkiyə sərhədində rus generallar öldürüldü















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]