Bank qarşısında özünü yandıran vətəndaşın faciəsi etibarnamə ilə avtomobil əldə edənlər üçün dərs olmalıdır.
Milli.Az avtosfer.az-a istinadən bildirir ki, etibarnamə avtomobilə mülkiyyət hüququ yaratmır, sadəcə ondan müvəqqəti istifadə, bəzən həm də ona sərəncam hüququ yaradır. Amma etibarnamə verən şəxs özü mülkiyyətçi olaraq qalır və onun məruz qaldığı müxtəlif hüquqi problemlər etibarnamə ilə avtomobil alan şəxs üçün ciddi fəsadlar yarada bilər.
Məlum olayda baş verdiyi kimi, etibarnaməni vermiş mülkiyyətçi istənilən vaxt ona xitam verə bilər. Bunun üçün hətta banka borclu olmaq kimi ciddi səbəbə də ehtiyac yoxdur. Sadəc "kefim belə istəyir" də yetərlidir. Etibarnamə notarius tərəfindən ləğv edildikdən sonra bu barədə məlumat qanunvericiliyin tələbinə əsasən avtomatik olaraq Dövlət Yol Polisinə ötürülür. Bundan sonra həmin avtomobili istənilən yerdə saxlayan DYP inspektoru sistemə daxil olarkən görür ki, sürücünün ona təqdim etdiyi etibarnamə ləğv edilib və etibarsızdır. Belə olan halda isə həmin sürücünü bu avtomobilə mülkiyyət hüququ yoxdur və o, İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsi üzrə məsuliyyətə cəlb olunaraq 40 manat cərimə olunmalıdır. Amma ən pisi bundan sonrasıdır. Çünki elə həmin Məcəllənin 406.1.1-ci və 407.1-ci maddələrinə əsasən bundan sonra həmin avtomobil DYP-nin mühafizə olunan duracağına (cərimə meydançasına) aparılmalıdır. Özü də cərimə meydançasından bu avtomobili yalnız onun mülkiyyətçisi və ya onun tam yeni etibarnamə verdiyi başqa şəxs götürə bilər.
Etibarnamə ilə avtomobil sürənlər başqa problemlər də yaşaya bilərlər. Amma təkcə elə bu hadisə etibarnamənin mahiyyətini anlamaq üçün yetərli olmalıdır. Bu ciddi təhlükə xüsusən girovda olan avtomobili etibarnamə ilə əldə edənləri gözləyir, çünki belə halda bəzən mülkiyyətçinin də iradəsindən kənar olaraq problemlər çıxa bilir.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi də bu məsələ ilə bağlı açıqlama verib. Bildirilir ki, noyabrın 23-də "Muğanbank"ın qarşısında özünü yandıran Malik Hüseynov idarə etdiyi avtomobili Süleyman Allahverdiyevin adına sənədləşdirib və ondan etibarnamə alıb. Banka pulu gecikdirdiyi üçün bank S.Allahverdiyevdən bir neçə dəfə ödəniş tələb edib. Vəziyyəti belə görən Allahverdiyev Hüseynova verdiyi etibarnaməni ləğv etdirib. Bundan sonra yol polisi M.Hüseynovun idarə etdiyi avtomobili saxlayaraq cərimə meydançasına qoyub.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Hava haqqında
HAVA necə olacaq?- 22 MART
Hamiləlik dövründə həddindən artıq kökəlməmək üçün...
Bütün ölkələrə səyahət edən ən gənc qadın
Toyuq ətli blinçiklər (foto-resept)
İranda güclü zəlzələ oldu
Seks ürəyi qoruyur
Bakı yaşıllaşacaq
“Hercai” efirlə vidalaşır
Möcüzəvi su və isti ayaq vannaları
Türkiyədə zəlzələ olub
Günün qoroskopu:İntuisiyanızın səsinə qulaq asın
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - VİDEO
Pensiyaların nə qədər artırılacağı yanvarda məlum olacaq - RƏSMİ
Prezident İlham Əliyev "Yasamal" parkının açılışında iştirak edib
Pilotsuz aparatlar vurulacaq
HAVA necə olacaq?- 10 Mart
4 terabaytlıq, ilk...
Günümüzü əks etdirən rəsmlər
Sobada əriştəli toyuq (foto-resept)
Vaşinqtonun görməli yerləri
Bir neçə rayonda qaz problemi olacaq
Mənzilin təzəsi, yoxsa köhnəsi?..
Xızı-Xaçmaz, Quba, Qusar turizm zonaları yaradılacaq - FOTO
Azərbaycanla AB arasında saziş imzalandı
Mehriban Əliyevadan Madagizdə bayrağımızın qaldırılması ilə bağlı paylaşım
Sabahdan açılan kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır? - FOTO
Yay üçün donlar
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Bu gün “Son zəng”dir
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Azərbaycanda daha dörd nəfərdə koronavirus aşkarlandı
Bu il məhsuldarlıq aşağı ola bilər
Tanınmış aktrisa öldü
Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib
Şeyma Subaşıdan Gözlənilməz Etiraf
Şadlıq evlərində vəziyyət necədir?
Günün qoroskopu: ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz
Uşaqların məzəli kəlamları
45 kiloqram arıqlayan Adelin sirri
Körpə qızlar üçün yay geyimləri
İş yerindən arayış almaq asanlaşdı
Mesut Özildən ulduz xanımına 80 milyonluq hədiyyə-FOTO
Qurama yastıqlar (1 hissə)
Bu yay ağıllı saat ola bilər
Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO
Dünyanın ən qorxunc körpüləri
"Kurtlar Vadisi" ekranlara qayıdır
Teylor Sviftdən nümunəvi addım-FOTO
Balaca şahzadələrimiz üçün donlar