1950-ci illərdə İsrailin Kesariya şəhəri yaxınlığında yerləşən Kesariya Maritma antik məbəd kompleksindəki amfiteatrın qalıntıları arasından tapılan qədim lövhədəki yazının sirri 70 illik araşdırmadan sonra çözülüb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Verona Universitetinin italiyalı tarixçisi Atilliyu Mastrokin lövhə üzərindəki yazını əks etdirmə texnikası ilə tərcümə edə bildiklərini açıqlayıb.
Lövhəni oxumağı bacaran mütəxəssislər bunun 110 cümlədən ibarət qarğış olduğunu ortaya çıxarıb. Lövhədə kişi sənətçi və idmançı olduğu bildirilən Manna lənətlənir, ona zərər verməsi üçün tanrılara çağırış edilir.
Lövhədə “Ayaqlarını bağla, Mannanın rəqsinə əngəl ol”, “Gözlərini, əllərini, ayaqlarını bağla ki, teatrda rəqs edə bilməsin” kimi sözlər yer alıb.
Qədim dillərdən biri ilə yazılmış yazı Mannanın belinin bükülməsini, tənbəlləşməsini, zəifləməsini, müvazinətini itirməsi kimi qarğışlarla davam edir.
Qarğışda qədim Misirin müdriklik tanrısı Tot da daxil olmaqla, bir çox tanrıya müraciət edilir. Habelə göylərdəki, yerdəki və dənizlərdəki şeytanlar da köməyə çağırılır.
Lövhənin aid olduğu dönəmdə bölgə Bizans imperiyasının əsarəti altında idi. Bu səbəbdən də Mastrokin Manna və bu yazını yazan şəxsin bir-birinə düşmən olan tərəflərdə yer ala biləcəyini ehtimal edir.
Əlavə edək ki, Manna adının qədim Azərbaycanla bağlılığı var. Bu, e.ə IX-VI əsrlərdə Azərbaycan ərazilərində mövcud olmuş Manna dövləti ilə əlaqədardır.
Qədim türk xalqlarının tarixində ilk dövlət olan Manna, eyni zamanda ilk mərkəzləşdirilmiş Azərbaycan dövləti idi. Tarixçilər bu adın mənşəcə yerli olduğunu bildirirlər.
XƏBƏR LENTİ
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Göz laynerlərin fərqli nümunələri
70 yaşlı baba eşqə düşdü, 113 yaşlı nənəni aldı
İmtahan haqqında əmr
HAVA necə olacaq?
Kvadrat şəkilli dırnaqların dizaynı
Bu gün Od çərşənbəsidir
Millimiz Qran-Prinin mütləq qalibi oldu
Nazirliyin “Qaynar xətt”inə müraciətlər azaldı
"Bakı" Çempionlar Liqasının qalibini məğlub etdi
"Əvvəllər çəkməçi idim, indi isə pinəçi"
Günün ulduz falı
Gözəl sırğalar
Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü
Birinci Qarabağ Müharibəsinin “Qəqəni” ləqəbli igidi növbəti dəfə tarix yazdı - VİDEO
Bu ərazilərdə qaz olmayacaq
Dadlı çiyələkli keks (foto resept)
Dünyanın ən çox ƏT YEYƏN ÖLKƏLƏRİ
Dövlət başçısı sərəncam verdi
Multivarkanın hansı növünü seçək?
Udma pozğunluğu
Bu gecədən Kiçik çillə başlayır
Azərbaycanlı gənc Mark Zukerberqin diqqətini nə ilə çəkdi?
Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)
Tehranda ABŞ səfirliyi yenidən açılacaq?
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
Unutmadı gözlərini gözlərim
İtlər və pişiklər fərqli dünyadandır
Bu gün Polad Bülbüloğlunun yubiley konserti olacaq
Günün qoroskopu: eyhamlardan qaçın, fikrinizi açıq-aşkar deyin
Analığın asan iş olmadığını göstərən rəsmlər
İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatıb
Gözəl qadınlar, baxışları və tavadakı portağal...
Azərbaycanda kreditlə maşın satışı dayandı?
Malidə qiyamçılar sərhədləri bağlayıb komendant saatı tətbiq etdilər
Mehriban Əliyeva Albaniyanın birinci xanımı və Latviyanın sabiq birinci xanımı ilə görüşüb
Birlik istəyirəm
Popkorn üzərində rəsmlər
Günəş yanıqlarının ağrısını necə azaltmalı?
Yoluxmalar artır, qaydaların sərtləşdirilməsi günün tələbidir - RƏSMİ
ABŞ müharibə elan edir
Şeyma qızı ilə İstanbulu tərk etdi-FOTO
Narıncı yoxsa sarı yumurta?
Tramp Puerto-Rikonu Qrenlandiyaya dəyişmək istəyir - İDDİA
Məşhur iş adamı Defneye aşiq oldu
Beyin təhlükədədir! - Bu simptomlara laqeyd yanaşmayın
"Baku World Challenge" avtorallisinin qalibi bəllidir - YENİLƏNİB
Şirin toxuma corablar
Mən dönə bilmərəm!
Bülent Ersoy heyvansevərləri təhqir etdi-FOTO