Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” verilən qanun layihəsini təsdiqləyib.
Yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılacaq.
Yoxlamalar aparacaq sahələr və qurumlar konkretləşdirilib. Qanun noyabrın 1-dən qüvvəyə minəcək. Bu arada Prezident İlham Əliyev növbəti dəfə sahibkarlara mane olmağa cəhd edənlərə qarşı sərt çıxış edib.
Sumqayıtda kimya sənaye parkının ərazisində “Azertexnolayn” texniki avadanlıqlar zavodunun
açılışında bildirib ki, biznesin inkişafına mane olanlar öz cəzasını alacaqlar.
Prezident sahibkarların işinə mane olanlara növbəti dəfə xəbərdarlıq edib. Sumqayıtda kimyaçılar qarşısında çıxışında dövlət başçısı vurğulayıb ki, bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər edilir, onların işinə müdaxilələr, qanunsuz ödəmələr tələb olunur. Bütün bu hallara son qoyulması üçün həm inzibati, həm cəza tədbirləri davam etdiriləcək.
“Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Bunu həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Kim ki, söz başa düşmür, öz cəzasını alacaq”, - deyə İlham Əliyev bildirib.
Prezident söyləyib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq. Artıq ictimaiyyət bunu görür və görəcək.
Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Dövlət başçısı deyib ki, sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür.
Xatırladaq ki, prezidentin sərəncamı ilə sahibkarların yoxlanılması 1 noyabr tarixindən iki il müddətinə dayandırılır. Yalnız vergi və korrupsiya yoxlamaları aparıla bilər və həyati əhəmiyyət daşıyan sahələr yoxlanıla bilər. Bu qanunu Milli Məclis ratifikasiya edib.
Dövlət başçısı lisenziyaları sayının azaldılması ilə bağlı göstəriş verib. Artıq bəzi dövlət strukturları bəzi sahələr üzrə lisenziyaların verilməsini dayandırıblar.
Dövlət başçısının göstərişi ilə vergi məcələsinə dəyişikilk edilib. Sahibkarlar üçün sadlədirilmş verginin əhatə dairəsi genişləndirilib. Gömrük sahəsində islahatlar aparılması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Bu məsələdən irəli gələrək kadr islahatı aparılır.
MTN naziri Eldar Mahmudov və nazirliyin bir neçə işçisi vəzifəsindən azad eldilib. Bəzi əməkdaşlara qarşısı cinayət işi başlanıb.
Bütün bu islahatlar sahibkarların qarşısında süni əngəllər aradan götürülməsinə, ölkədə biznes mühitinin daha da yaxşılaşmasına hesablanıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
65 saat sonra dağıntılar altından çıxarılan Elifin anası ilə görüşü - VİDEO
Səudiyyə Ərəbistanı: qırmızı işığı keçənlərə...
Mehriban Əliyeva Prezidentlə birlikdə səfər etdikləri Cəbrayıldan görüntülər paylaşdı - VİDEO
Sabahın HAVAsı
Bakı dünya mətbuatında
Corc Klunidən gözlənilməz açıqlama
Arıqlayaraq onu ələ salanları təəccübləndirdi-FOTO
Qarderob otağının faydası
Müdafiə Nazirliyindən cəbhədə baş verənlərlə bağlı VİDEOÇARX
Bu şəhərdə ölmək qadağandır - FOTO
Polislərə marallar paylandı
Çürük diş infarkt riskini artırır? - ŞOK İDDİA
Şaftalı pudinqi
Yeni nazir: "Yanımda çoxlu adam var"
Bu gün həmin yoldan keçməyin
Limfa vəzləri niyə böyüyür?
Heyran olacağınız rəsmlər
Azərbaycanda yığılmış 2013-cü il buraxılışı
Baharatlı kələm salatı (foto resept)
İranda güclü zəlzələ olub
Bu gün Azru Əliyevanın ad günüdür!
Çanta modelləri
Məşhur modelyer həbs oluna bilər-SƏBƏB
Uşaqlara bezi tərgitmənin 8 qızıl qaydası
Avropadan erməniləri üzəcək xəbərə
Müəllimlərin elektron ərizələrinin qəbuluna başlanılıb
Mehriban Əliyeva Parisdə Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşünü izləyib
"Supermen" olmaq istəyirsiniz?
Makaron haqqında bunları bilmirdiniz!
Zərərsiz kontakt linzaları yaradılıb
Mila Yavoviçin qızı aktrisalığa başladı-FOTO
Günün tövsiyəsi: film, musiqi, kitab
O mükəmməl bədən kimindir?
Bağça dekorasiyası üçün yaradıcı fikirlər
Beş saata 10 kiloqrama yaxın arıqlamaqla Rusiyanın Rekordlar Kitabına düşdü - FOTO/VİDEO
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam oldu!
Günün ulduz falı
Azərbaycandan 4 mlrd.-lıq gəlir
İldırım 47 nəfəri vurdu
Hava haqqında
Sağlamlığımızı təhdid edən trendlər
Nyu York uçan tarakanların hücumuna məruz qaldı
Qeyri-adi turp
Bu gün Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 4 nəfər vəfat etdi
Qorxunc statistika: Azərbaycanda cinsi tarazlıq pozulur
Pınar Altuğ uşaqlıq şəklini paylaşdı-FOTO
Nənələrimizin cehizi - sandıq
15 dərəcə isti olacaq
İnternet divanəsi olan 10 ölkə
ABŞ tankları sərhədimizə çatdı















- ŞƏRHLƏR