Qadin.NET / Prezidentdən sərt qərarlar

Prezidentdən sərt qərarlar

 

Prezidentdən sərt qərarlar

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” verilən qanun layihəsini təsdiqləyib.
Yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılacaq. 
Yoxlamalar aparacaq sahələr və qurumlar konkretləşdirilib. Qanun noyabrın 1-dən qüvvəyə minəcək. Bu arada Prezident İlham Əliyev növbəti dəfə sahibkarlara mane olmağa cəhd edənlərə qarşı sərt çıxış edib. 
Sumqayıtda kimya sənaye parkının ərazisində “Azertexnolayn” texniki avadanlıqlar zavodunun

 

açılışında bildirib ki, biznesin inkişafına mane olanlar öz cəzasını alacaqlar.
Prezident sahibkarların işinə mane olanlara növbəti dəfə xəbərdarlıq edib. Sumqayıtda kimyaçılar qarşısında çıxışında dövlət başçısı vurğulayıb ki, bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər edilir, onların işinə müdaxilələr, qanunsuz ödəmələr tələb olunur. Bütün bu hallara son qoyulması üçün həm inzibati, həm cəza tədbirləri davam etdiriləcək.
“Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Bunu həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Kim ki, söz başa düşmür, öz cəzasını alacaq”, - deyə İlham Əliyev bildirib.
Prezident söyləyib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq. Artıq ictimaiyyət bunu görür və görəcək.
Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Dövlət başçısı deyib ki, sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür.
Xatırladaq ki, prezidentin sərəncamı ilə sahibkarların yoxlanılması 1 noyabr tarixindən iki il müddətinə dayandırılır. Yalnız vergi və korrupsiya yoxlamaları aparıla bilər və həyati əhəmiyyət daşıyan sahələr yoxlanıla bilər. Bu qanunu Milli Məclis ratifikasiya edib.
Dövlət başçısı lisenziyaları sayının azaldılması ilə bağlı göstəriş verib. Artıq bəzi dövlət strukturları bəzi sahələr üzrə lisenziyaların verilməsini dayandırıblar. 
Dövlət başçısının göstərişi ilə vergi məcələsinə dəyişikilk edilib. Sahibkarlar üçün sadlədirilmş verginin əhatə dairəsi genişləndirilib. Gömrük sahəsində islahatlar aparılması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Bu məsələdən irəli gələrək kadr islahatı aparılır.
MTN naziri Eldar Mahmudov və nazirliyin bir neçə işçisi vəzifəsindən azad eldilib. Bəzi əməkdaşlara qarşısı cinayət işi başlanıb. 
Bütün bu islahatlar sahibkarların qarşısında süni əngəllər aradan götürülməsinə, ölkədə biznes mühitinin daha da yaxşılaşmasına hesablanıb.

Mənbə: ANS PRESS

27 oktyabr 2015
GO BACK