Axşam saatlarında maraqlı ünsiyyət məsləhətdir.
Buğa - qarışıq, laübəli gündür. Yaşanan olayların təfərrüatları aydın olmasa da, onların zahiri axarı uğur vəd edin Maraqlarınızın təminatı istiqamətində yetərincə irəliləyə bilərsiniz. Çətinliklər yaransa da, onları qət edin. Nüfuzlu insanın yardımı sizə kömək edəcək.Bilik və bacarınığınızı nümayiş etdirin. Fəqət, əlahiddə illüziyalara qapılmayınEmosional gərginlikdən qurtulmağa, sakitləşməyə çalışın. Mövcud vəziyyət sizdən soyuqqanlı, aram davranış tələb edir. Dostlarla görüşdən imtina etməyin.Onlar sizin üçün faydalı dəyişikliklərə təkan verə bilərlər.Günün emosional fonu yüksəkdir. Aktiv olun, hisslərə qapılmayın, irəliləyişə mane olan sədləri aradan qaldırın. Xırda işlərə etinasız yanaşmayın.Günün ikinci yarısında qəza və nasazlıq riski artır. Səhhətinizə fikir verin.
Əkizlər - əvvəlki günün ruhu və təmayülləri davam edir. Lakin keçmişin energetikasından qurtulun.Sürətlə aktivləşən və planlaşdırılmamış şəkiddə məğzini dəyişə biləcək ünsürü kontrolda saxlayın.
Yaşam arealınızda, işgüzar münasibətlərinizdə qayda yaradın.Həmkarlar və ailə üzvləri ilə münaqişələrə rəvac verməyin.
Yaranan ideyalar toplusundan birini, ən vacibini, sərfəli və maraqlısını seçin. Bir mövzunun çərçivəsində qalmayın, hadisələrin ritminə uyğun hərəkət edin.Olayların axarı qəflətən dəyişə bilər. Mühüm prosesin cərəyan etdiyi məkana gedin. Adətən sizə sərfəli məsləhət verən insanı dinləyin.Önəmli qərarlar, açıqlamalar, araşdırmalar və alış-veriş üçün uğurlu gün deyil.
Xərçəng - planlarınız dəyişə bilər. Hansısa mövzu aktuallaşacaq, sürətli müdaxilə və aktiv fəaliyyət tələb edəcək. Təşkili işə ehtiyac var.Yaxın ətrafınızdakı insanlardan birini birgə fəaliyyətə dəvət edin. Emosiyalar və hisslərə nəzarət edin. Birgə çalışacağınız insana təzyiq göstərməyin, onunla sərt danışmayın.Sifarişin yerinə yetirilməsinə ayrılmış vaxtın başa çatmasına az qalıb. Lakin başqa işləri kənara qoyaraq mütləq şəkildə bir işlə məşğul olmayın. Özünüzü həddən ziyadə yormayın.
Günün ikinci yarısında mübahisə, qəza, nasazlıq, ağrı riskləri var.Baş verənlər arasında bəzi olayların ciddi təhlilə və sonradan təfərrüatlı şəkildə nəzərdən keçirilməsinə ehtiyacı var.
Aktiv olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əlinizdən gələni edin.
Şir - maraqlarınızı reallaşdırmağa çalışın. Süst və ətalətli olsanız, mühüm məqamı əldən buraxa bilərsiniz. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz plan çərçivəsində konkret addımlar atmaq üçün şans yaranıb.Böyük ümid və gözləntiləriniz olduğu məsələdə, layihədə və ya işdə baş verənləri diqqətlə izləyin. Kimsə yaşamınıza müdaxilə etməyə çalışır. Belə siqnalları gözdən qaçırmayın. Hətta ən qəribə və qeyri-adi hadisələrin səbəblərini anlamağa can atın.Günün ikinci yarısında problemlərdən birini asanlıqla həll edə bilərsiniz. Nikbin ehtimalların olduğu yöndə çətinliklər yaranacaq. Önəmli münasibətlərdə sərinləşmə meylləri müşahidə olunur.
Əsəblərinizi tarıma çəkməyin. Sadəcə, bəzi illüziya və xam xəyallarla vidalaşmaq zamanıdır.
Qız - hövsələsizlik və tələskənlik etməyin. İşdə və şəxsi həyatda dəyişikliklərlə yenilikləri mümkün qədər sürətlə həyata keçirməyə can atmayın. Səhv riski çoxdur.Yaxın ətrafınızdakı insanlardan biri sizdən öz məqsədləri üçün yararlanmaq niyyətindədir. Məlumat və informasiya toplayın. Həmkarların sözlərinə qulaq asın.Situasiyanı uyğun istiqamətə yönəltmək üçün fürsət gözləyin. İşin tam başa çatmayacağını nəzərə alaraq fəaliyyət göstərin. İndi təcili həll etməyə can atdığınız məsələlərin bəzilərini sonradan bitirmək ehtiyacı yaranacaq.Evdəki duruma nəzarət edin.
Günün ikinci yarısında müzakirə və ya münasibətlərin aydınlaşdırılmasına başlamayın.Axşam saatlarında aktiv istirahəti seçin.
Tərəzi - səhər saatlarına effektiv çalışaraq başlayın. Əməyinizin məhsuldar olmasına can atın. Amma özünüzü çox yormayın.Prioritetləri müəyyənləşdirin, daha mühüm saydığınız işi seçərək onu yerinə yetirməyə başlayın. Vədlər və öhdəliklərə əməl edin, sifarişi vaxtında başa vurun. Yeni işə yalnız o zaman razılaşın ki, həmin işin müqabilində sizə yaxşı pul vəd etsinlər.Səhhətinizə fikir verin.
Alış-verişdə bədxərclik etməyin. Şəxsi münasibətlərdə gərginlik yaranıbsa, müzakirəni sabaha saxlayın. Tərəfdaşın iddiaları əssasız emosiyalar və sözlər deyil.Problemli məqamları aydınlaşdırmağa çalışın.
Əqrəb - bu gün emosional və parlaq hadisə baş verəcək. Romantika, güclü hisslər və həyəcanlar, gözləntilər ola bilər. Xərclərə, məsrəflərə, bir sıra insanlarla təmasların qurulmasına hazırlaşın.
Sizin üçün önəmli şəxslərin davranışlarını diqqətlə izləyin. Ehtiyatlı, fəndgir olun, düşünülmüş qərarlar verin. Sınmayan nəsnəni güclə sındırmayın. Ehtiyac yaranarsa, təmirlə məşğul olun. Zəif mövqedə olarkən münaqişəyə başlamayıMövqeləriniz güclənəcək, amma mübahisələrə başlamayın. Özünüzə və başqalarına nəyisə sübut etməyə çalışsanız, məğlubiyyətinizin ilkin mərhələsi başlanacaq.Şəxsi münasibətlər müstəvisində asan və xoş məqamlar olmayacaq.Çətin məsələləri həll etmək şansı var. Münasibət və təmaslarda gərginləşmə, dərinləşmə, təəssüf və ya qarşılıqlı anlaşmanın keyfiyyətcə yeni səviyyəsinə yüksəlmə var.Çalışsanız, istənilən situasiyadan faydalana bilərsiniz. Yaranan şanslardan bəhrələnin.
Oxatan - qapalı danışıqlar, intriqalardan imtina edin. Ailə üzvləriniz, şərik və dostunuzdan gizli iş görməyə can atmayın.Məxfi, sirli, mübhəm məqamlara marağınız çox olsa da, emosiyalarınızı cilovlayın. İntriqalar və şayiə yayanlar aktivləşiblər. Ehtiyatlı olun, gərəksiz və mənasız etiraflara, səmimiyyətə ehtiyac yoxdur.Səhhətinizə fikir verin. İtki, düşünülməmiş addımlar, gərəksiz xərclər riski var.
Müxtəlif ehtimal, siqnal və nişanələrə layiq olduğundan artıq önəm verməyin.Yeni tanışlıqlar güclü emosiyalar yarada bilər, amma həmin təmasların perspektivləri yoxdur.
Yaradıcılıq potensialının artırılması, yaşam arealınızın qaydaya salınması üçün gərəkli tədbirləri görün.Axşam saatlarında istirahət edin.
Oğlaq - böyük emosional gərginlik yaşayacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizdən yardım və diqqət gözləyirlər.Aqressiv və sərt olmayın. Mümkün qədər çox işlər görün, həyəcana və nigaranlığa vaxt qoymayın. Təkbaşına çalışmaqda fayda var.Problemlər yaranmağa başlayarsa, şəraiti rəvan edin, müşkülü tələsmədən çözün. Başqalarının işinə müdaxilə etməyin, hamilik etməyə can atmayın.Günün ikinci yarısında yarımçıq işləri başa vurun.
Axşam saatlarında istirahət edin.
Dolça - emosional olmayın, hisslərinizin əsiri olmayın. Konstruktiv və zəruri hesab etdiyiniz addımları atın.Hadisələrin axarına sərt müdaxilə etməyin.
Səhər saatlarından etibarən aktiv çalışın. Bəlirlədiyiniz plan çərçivəsindən gün ərzində çıxmamağa, yeni işlərə başlamamağa can atın.Yaşananlara praktisizm və mütənasiblik müstəvisindən baxın. Yaşamın qarşınızda qoyduğu məsələlər çevrəsindən çıxmayın.
Təşvişə düşməyin, başladığınız işi başa çatdırın. Görüləsi işlərin sayı bir müddət sonra artacaq.
Həyatınızda qayda və nizamı artırın.
Balıqlar - yaxın ətrafınızdakı insanların hiss və həyəcanlarını anlamağa, onların problemlərini dərk etməyə çalışın.
Yeni planlar və əlaqələrin formalaşması, danışıqların aparılması, ideyaların təqdimatı üçün uğurlu vaxtdır. Cari problemlərin həlli yaradıcı potensialınızı artıra bilər. Bununla bahəm narahatlıq, nevroz laübələr, bir neçə işdə eyni vaxtda çalışmaq istəyi yaranacaq.
Dostlarla münasibətlər intensivləşir. Sizə təzyiq göstəriləcək, kimlərinsə maraq dairəsinə çəkməyə çalışacaqlar. Narahatlıq yaradan məsələlərdə aydınlıq yaranmayacaq.
Sevdiyiniz insan sorğularınıza, suallarınıza, zənglərinizə cavab vermir. Lakin indi hər şeyə rəğmən bir sıra məsələlərdə pozitiv məqamlar və nüanslar tapmaq imkanları yaranıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi