"Mən toya getmişdim, məni vurdular".Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri ötən gün düşmən gülləsinə tuş gələn 3 yaşlı Zəhra Əliyeva deyib.Hələ 3 yaşı olmasına baxmayaraq, Zəhra artıq dəfələrlə ölüm qorxusunun nə olduğunu yaşayıb. Hər gün güllə səsləri, hər an ölüm qorxusu balaca qızcığazın demək olar ki, gündəlik yaşam tərzidir. Dünən isə nənəsi ilə toya gedən Zəhra düşmən tərəfin atdığı gülləyə tuş olub. Özü ilə ölüm gətirən güllə bu dəfə onun balaca dünyasından yan keçib. Balaca Zəhra o anları çətin ki, unuda bilsin: "Mən toya getmişdim, orada yemək yedim. Atdılar, gəldi başıma dəydi, onların hamısını öldürəcəm. Nə olduğunu anlamadım. Güllə səsi eşidiləndə yaralandığımı gördüm".Erməni tərəfin cəbhənin Tətrətin Qapanlı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində yaralanan 3 nəfər dinc sakindən biri dı Mədinə Əhmədovadır. Güllə onun sağ qoluna dəyib. Hadisə şahidlərinin köməkliyi ilə o, Tərtər xəstəxanasına yerləşdirilib. Güllə yarası yüngül olsa da, əməliyyat bir neçə saat davam edib. Mədinə Əhmədova deyir ki, bu anlar həyatının sonuna kimi yadindan çıxmayacaq:"Əvvəlcə nə olduğunu anlamadım. Qolum keyiməyə bağladı. Uşaq başını tutub ağladı, bacım yerə yıxıldı. Bu zaman güllə səsi gəldi. Artıq qolumun nədən keyləşdiyini başa düşdüm. Güllə mənə də dəymişdi. Özüm bir yana, uşaqdan çox qorxdum. Başının qanamasını görəndə dilim-ağzım qurusun, elə bildim, Zəhraya nəsə olub. Sonra xəstəxanaya gətirdilər və dedilər ki narahat olma, balaca yaxşıdır. Bir neçə saat davam edən əməliyytdan sonra özümü yaxşı hiss etdiyim üçün evə buraxıldım. Həkimlər sağ olsun, indi yaxşıyam.Digər yaralı, Müşkinaz Tanrıverdiyevanın vəziyyəti nisbətən ağır olduğundan o, Bərdə mərkəzi xəstəxanasına, oradan isə Bərdə Müalicə Diaqnostika mərkəzinə yerləşdirilib. Müşkünaz xanımın sol böyründən dəyən güllə daxilə nüfuz edərək onun daxili orqanlarına ciddi ziyan vurub. Gülləni Müşkünaz xanımın bədənindən çıxarmaq həkimlər üçün o qədər də asan olmayıb. 6 saata yaxın davam edən cərrahiyyə əməliyyatından sonra güllə onun bədənindən çıxarılıb. Çətinliklə danışan Müşkünaz xanım yaşamını bərpa etdikləri üçün "həkimlərə təşəkkür edirəm" deyə bildi. Həkimlərin bildirdiyinə görə, hazırda reanimasiyada olan yaralının vəziyyəti stabil-ağır olaraq qalır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Üçrəngli Bayrağımız Qarabağın ürəyində dalğalanır!
Eurovision-2019-un sloqanı məlum oldu
Metro bu gündən bağlanır!
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Kitab Mərkəzinin açılışında iştirak ediblər - FOTO
Manat Asiyanın ən dəyərli valyutası oldu
Koronavirusun yoluxuculuğu hansı mühitdə ŞİDDƏTLƏNİR?
Bakıda daha bir yolun yenidən qurulmasına başlanıldı
Azərbaycanda son günlər koronavirus yalnız BU YOLLA YAYILIR
Qadınlar və kişilər üz-üzə: Etika kişiləri unudub?
Soyuq havanın dəriyə təsiri
DİM-dən xarici dil imtahanları ilə bağlı narazılıqlara CAVAB
Məşhurların qocalığı
Mənim səmənilərim
"Qaralatasaray"lılara müjdə: "Aslan"" "Kral"a qarşı oynayacaq
Hava haqqında - 19.12.2013
Dünyanın ən böyük sirlərindən biri çözüldü?
Fidel Kastro öldü?
Oval üzlərə yaraşan saç tərzi
Azərbaycan məktəblərində yenilik
Paşinyana sui-qəsd hazırlanıb
Şahzadə Diananın naməlum şəkilləri üzə çıxıb
2018-ci ilin ƏN ZÖVQSÜZ ULDUZLARI
Ancelina Coli:"Hesab edirdim ki..."-FOTO
HAVA necə olacaq?- 2 APREL
Məmməd Arazın yubileyi münasibəti ilə tədbir keçirilib
Dünyanın ən böyük qar və buz festivalı-FOTO
Ayaqqabılar haqqımızda nə deyir?
Bir günlük gündəlik
Günəş və külək enerjisindən istifadə olunması məqsədilə tədqiqatlara başlanıb
ABŞ-ın Enerji Nazirliyinə hücum olub
Şokoladlı "Zebra" tortu (foto resept)
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri "Plot-forma C70" döyüş sambosu üzrə beynəlxalq turnirdə olublar
Yanvar ayının birindən WhatsApp bu telefonlarda işləməyəcək - FOTO
Dünyanın tanıdığı tanımadığımız azərbaycanlı - "Nazir olmaqdan imtina etmişəm"
HAVA necə olacaq? 24 Mart
Bakıda fantastik qiymətə villa satılır
Sellülitdən aspirinlə xilas olun
Putinə qılınc hədiyyə etdilər
17 yaşlı müğənni 2 milyonluq reklama çəkildi - FOTO
Güclü qadın olmaq üçün nə etməli?
Azərbaycanda 2015-in ilk üçəmləri
Orlando Blum və Keti Perri yenidən birlikdə-FOTO
COVID-19-dan sağalanların immun sistemi zədələnir
Qurana and içən ABŞ konqresmeni
Hadisə yeni FOTO paylaşdı
Hicablı bacılar üçün geyim dəstləri
Emily Ratajkowski'nin gözəl dərisinin sirri
Türkiyə əhalisinin sayı açıqlandı
Aleynadan etiraf: "Danışsam, ölkə qarışar"
İki il əvvəl arıqlayan aktrisa yenidən kökəldi - FOTO















- ŞƏRHLƏR