
"Etik qaydalar sırasına xanımlara yer vermək daxildirsə, əyləşən xanımın da təşəkkür etməsi daxil edilməlidir. Etik qaydalara görə, kişi xanımı gözlətməməlidirsə, qaydanın qarşılığı da qadın gecikməməlidir. Ümumiyyətlə, bu qaydaların əksəriyyəti ilə razı deyiləm. Çünki qaydaların 90%-i kişiləri nəzərə almır. Arada mənə elə gəlir ki, bu qaydaları elə qadınlar özləri yaradıb".
Ülkər Əkbərova isə etik qaydaların vacibliyini və azərbaycanlılar üçün xüsusən önəmli olduğunu bildirir. Cəmiyyətdə aqressiyanın səbəbi də elə etik qaydaların azlığıdır: "Çox vaxt yolda görürəm ki, qadınla kişi yan-yana gedir, qadının bir çiynində öz çantası, digər çiynində uşaq çantası, qucağında körpəsi, kişi isə əlləri cibində gedir. Yaxud, qadın çox çətinliklə avtobusa minir, arxadan yoldaşı "tez elə" deyib onu tələsdirir. Belə adamlar hansı etikadan danışa bilər? Mən hələ dayanacaqlarda avtobusa minmək üstündə dava-qırğından danışmıram. Kişilər minib gedir, qadınlar qaranlıqda qalır dayanacaqlarda. Siqaret çəkmək isə lap dəhşətlidir. Qapalı məkanlarda siqaret çəkməkləri bir yana, üstəlik, "bəyənməyən çıxa bilər" deməkləri də mədəniyyətsizlikdir. Məncə, bizdə etik qaydalara riayət yox dərəcəsindədir. Hər kəs öz rahatlığını düşündüyü üçün qaydaların işlək hala gəlməsi çətin məsələdir".
Etiket normaları cəmiyyətdə insanların düzgün davranış qaydaları deməkdir. Görüşən zaman tərəflər bir-birinə əl verirsə, onda birinci xanım əlini uzatmalıdır, kişi xanımın əlini sıxmalı deyil, nə də çox boşda tutmalı deyil. Əgər bəy və xanım taksi ilə harasa gedirlərsə, onda bəy maşına yaxınlaşaraq sağ arxa qapını açır. Birinci xanım əyləşir, bəy xanımın yanında oturur. Əgər qapı özünə tərəf açılırsa və özü örtüləndirsə, onda bəy birinci qapını açaraq saxlayır ki, xanım içəri keçsin, sonra özü keçir. Əgər qapı içəri açılırsa və özü örtüləndirsə, onda bəy birinci daxil olub içəri tərəfdən qapını saxlayır ki, xanım içəri keçsin. İstənilən halda qadınların və uşaqların olduğu məkanda siqaret çəkmək, yüksək səslə danışmaq, etik normalara uyğun olmayan kəlimələrdən istifadə etmək düzgün deyil. Etik qaydaların siyahısı uzundur. Lakin bu qaydalar elə yazılanlarla kifayətlənmir.
Psixoloq Emil Behrudinin sözlərinə görə, xanımlara yer vermək, onlarla nəzakətli davranmaqla etik qaydalara əməl etmiş olmuruq. Bir sıra hərəkətlər var ki, məhz həmin hərəkətlərin edilməməsi də etik davranışlar çərçivəsində olmalıdır. Bura qadınlara qarşı mehriban olmaq, onlara əl qaldırmamaq, insanlar arasında ayrıseçkilik salmamaq, rüşvət almamaq və verməmək, işgəncə tətbiq etməmək, unutqan olmamaq, eqoizmdən uzaq durmaq daxildir:
"Kişinin qadına və ya qadının kişiyə fiziki, yaxud psixoloji zərbə vurması, basqı altında saxlaması etik normalara aid deyil. Əgər kişi evdə xanımını incidib, avtobusda ona yer verəcək, qapını ona açacaqsa, o adama etik davranış sahibi demək düzgündürmü? Etik davranışların təməlini insan düşüncəsi qoyur. Hər nə qədər ətrafdakı insanlara qarşı nəzakətli, hissiyyatlı olunursa, davranışlar da özlüyündən formalaşır. Yoxsa bunu göstəriş xatirinə etmək və bir müddət sonra əvvəlki davranışlara qayıtmaq insanı gülünc vəziyyətə sala bilər. Mən deməzdim ki, Azərbaycanda etik qaydalara əməl edilmir, yaxud digər ölkələrlə müqayisədə etik davranış baxımından geriyik. Bunu avtobus davranışları, qadın-kişi münasibətləri ilə də məhdudlaşdırmaq olmaz. Örnək olmaq lazımdır. İnsanlara kobudcasına hər hansı bir davranışı tənqid etmək yerinə etik davranışı edərək ona örnək olmaq ən yaxşı üsuldur".
Bir sözlə, etik davranışlar ailədən və valideyndən övladına aşılanan, eyni zamanda insanın da ətrafdakı insanlardan təsirlənərək yerinə yetirdiyi müsbət davranışlardır. Uşaqlara isə kiçik yaşlarından etik qaydaları aşılamaq lazımdır ki, böyüdükcə onlar vərdiş etdikləri üçün bu qaydalardan istifadə etsinlər, məcbur olduqları üçün deyil.
Mənbə: Zaman Azərbaycan
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ozan Güvən imicini dəyişdi-FOTO
Leyla Əliyevanın qeyri-adi kafesi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
“Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqdən olan erməni əsilli muzdlular da var” - RƏSMİ
Ermənistanın Fars körfəzi iddiası
Eviniz tikilsin
Hərbçi diplomunu 83 ildən sonra aldı
Qazın limiti yanvarın 1-dən etibarən...
Premenstrual sindromun qara zirə ilə müalicəsi
Hikmət Hacıyev: “Düşmən Ermənistan ərazisindən yaşayış məntəqlərimizi raket atəşinə tutur”
Gənc müğənni sevənlərini təəccübləndirdi-FOTO
Jeniffer Aniston yeni FOTOsu ilə diqqət çəkdi
Şirkət siqaret çəkməyən əməkdaşlarına 6 günlük məzuniyyət verdi
Harri və Meqan 18 milyonluq villada-FOTO
Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO
Azərbaycanda dərmanların vahid qiymətlə satışına başlanıldı
31 yanvara HAZIR OLUN! - 152 il sonra TƏKRARLANACAQ
Körpə dünyaya gəldikdən sonra hansı əməlləri yerinə yetirməli?
Azərbaycanda 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə sosial-məişət xidməti göstərilir
Esra Erola 5 illik həbs cəzası
Topladığı qəpiklər sayəsində “Cek pot” uddu
Rəşad Sadıqovdan ibrətamiz addım - cehiz üçün 7000 verdi
Günün ulduz falı
Bakıda böyük bədbəxtliyin qarşısı alındı
Quru dərilər üçün təbii nəm maskası
Tuba Büyüküstün Nyu-Yorkda ev alır-FOTO
135 dərslik yararsız çıxdı
Lətifələr
Türk mətbəxindən "İslak Kek"(foto-resept)
Göbələkli meşə salatı (foto resept)
Bakının bu qəsəbəsində su olmayacaq
Dünyanın ən bahalı brendi o oldu
Günün qoroskopu: ailədə, evdə yeniliklər ola bilər
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları üstələdi: Üç nəfər vəfat etdi
Hava haqqında - 13.02.2014
İnstaqramdan daha bir YENİLİK
Frappe (foto-resept)
Payız üçün rahat ayaqqabı modelləri
Hicablı xanımlar üçün ziyafət geyimləri
Milçək və ağcaqanadlar koronavirusa yoluxdura bilər? - Professor açıqladı
Azərbaycan ən çox hansı ölkəyə və nə ixrac edir?
"Qarabağ"ın "Ayntraxt"la oyunlarının vaxtı dəqiqləşdi
Meyvəli dondurma(foto resept)
ABŞ-da yolu keçərkən SMS yazanlar cərimələnəcək
Putin məktəbli qıza bahalı küçük bağışladı – FOTO
Azərbaycanda 50 yaşdan sonra ana olanların sayı artır
Moldovalı ombudsman: "Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır və ermənilər tərəfindən işğal edilib
Portağallı islak keks (video-resept)
Leyla Əliyeva Romada açılışda - FOTO
Ana südünün faydaları















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]