Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb.
Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub. Yenə də Ermənistan ərazisindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonları istiqamətində yaşayış məntəqələrinə raket atılıb.
“Ermənistanın bu hücumları nəticəsində mülki insanlar arasında həlak olan və yaralananlar var. Son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılıb. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib. Hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslər, hərbi obyektlər və mülki obyektlər aydın şəkildə fərqləndirilməlidir. Hər hansı hərbi zərurət olmadan Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin kütləvi şəkildə bombarduman edilməsi təsadüfi xarakter daşımayaraq, məqsədyönlü şəkildə həyata keçirilir.
Yaşayış məntəqələrinin Ermənistan tərəfindən sistematik şəkildə bombarduman edilməsi bu planın əvvəlcədən hazılandığını və Ermənistan silahlı qüvvələrinin döyüş və atəş hazırlığı proqramına daxil edilməsindən xəbər verir. Ermənistanın bu əməlləri Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüz və hərbi işğal siyasətinin tərkib hissəsidir. Bu məqsədlə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli bombalardan istifadə olunur” - deyə H.Hacıyev qeyd edib.
Prezidentin köməkçisi həmçinin bildirib ki, Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqi və Cenevrə Konvensiyalarını rəhbər tutaraq aidiyyəti beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın hərbi rəhbərliyini yaşayış məntəqələrini və mülki insanları artilleriya və raket atəşinə tutmaqdan çəkinmək barədə bir neçə dəfə xəbərdar edib:
“Onlar tərəfindən buna əməl edilmədi və növbəti dəfə riyakarlıq nümayiş etdirildi. Bu bir daha açıq şəkildə onu göstərir ki, Ermənistanın məqsədi qəsdən mülki insanları hədəfə almaqdır. Artilleriya və raket hücumlarının əksəriyyəti Xankəndi şəhəri yaxınlığındakı artilleriya bazalarından həyata keçirilir. Azərbaycan Respublikası silahlı qüvvələri mülki insanların təhlükəsizliyini təmin etmək üçün hədəflənmiş şəkildə və dəqiq atəşlə həmin atəş məntəqələrini sıradan çıxarır və adekvat tədbirlər görür.
Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün böyük təhlükə olaraq qalmaqda davam edir. Ermənistanın siyasi-hərbi rəhbərliyi bütün region üçün təhlükədir. Regionda davamlı sülhü təmin etmək üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən tam şəkildə çıxarılmalıdır”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yulaflı qara tut kokteyli (foto-resept)
2020-nin manikür modelləri
Sinoptiklər istirahət günlərinə Azərbaycan üçün nə vəd edirlər?
Uşaqları cizgi filmindən qoruyun
Kompüterə müdaxilənin qarşısını necə almaq olar?
AzTV HD formata keçir
Ruhani: “Ərdoğanın şeiri İrana qarşı yönəlməyib”
Mehriban Əliyevanın geyim tərzi
Acun Ilıcalı: “Avropada futbol klubu ala bilərəm”
27 sentyabr Azərbaycanda Anım Günü elan olundu - SƏRƏNCAM
Bütöv Azərbaycanın dialektoloji atlası hazırlanır
"Qadin.Net" - bənzərsiz məkan
Azərbaycanda ipoteka və sosial mənzil xərcləri artırılır
Koronavirusla bağlı son STATİSTİKA
Merve Özbey ana olacaq
Guccidən 2014-2015 kişilər üçün payız-qış kolleksiyası
Bulud göydən yerə endi-ŞOK GÖRÜNTÜLƏR
Quru meyvələrdən hazırlanmış piroq (foto resept)
Beyons ailəsi ilə istirahətdə - FOTO
Məşhur cütlük barışdı-FOTO
97 yaşlı qadın model kimi PODİUMA çıxacaq-FOTO
Dünya Qazaxıstandakı toydan danışır: Ton yarımlıq tort- FOTO/VİDEO
Şimşək çaxacaq, yağış yağacaq - Sabahın HAVAsı
Billi Aylişin anası qızının qeyri-adi asılılığından danışdı - VİDEO/FOTO
Xəbərdarlıq: Nə içirsiniz?
Pluton planeti haqqında bilmədiklərimiz
Şokoladlı qara gavalı (foto-resept)
2 ilə təəccübləndirən dəyişiklik
Hava haqqında - 25.01.2014
Klaç çanta modelləri
Ozan Güvəndən ilk açıqlama-FOTO
Halit Ergençə hücum etdilər
Sibel Can və Mahsun Kırmızıgül Xocalını BELƏ ANDI - FOTO
71 yaşlı Ajda Pekkandan əyləncəli səhnə şousu - FOTO
Günün qoroskopu: sevgililər küsüşəcək, dil tapmaqda çətinlik çəkəcək
Mazurka piroqu
Mədə qanaxmasının əlamətləri, səbəbləri və müalicəsi
Rihanna ana olacaq?
Ukraynada nə baş verir: inqilab, yoxsa çevriliş?
Dövlət katibi Con Kerri Azərbaycan xalqına müraciət etdi
Xoruldamaq gözü kor edir?
Acı bibərlı pomidor sousu (foto resept)
Facebook-a mobil telefonlarla daxil olanlara ŞAD XƏBƏR
Bu göbələyin kilosu 20 min dollardır
Sinəsini böyütmək istədi beyni iflic oldu-FOTO/VİDEO
Demet Akalın və Hande Yener 11 il sonra barışdılar
İki dəqiqəyə yuxusuzluğu aradan qaldır
Sızanaqların müalicəsi üçün
Qaxda hind narı yetişdirilib - VİDEO
Qeysəriyyə ilə bağlı bunu mütləq bilməlisiniz!














