
Ufada Şanxay Əməkdaşlıq Təşkilatının(ŞƏT), BRİCS ölkələrinin və Avrasiya İttifaqının birgə sammitində çıxış edən Serj Sarksiyan ölkəsinin Fars körfəzi vasitəsi ilə Hind okeanına çıxmaq niyyətindən danışıb.
ANS PRESS-in məlumatına görə, Ermənistan prezidenti sammitdə təmsil edilən böyük dövlətləri Ermənistan - İran dəmir yolunun çəkilişini maliyyələşdirməyə çağırıb. “Artıq texniki - iqtisadi əsaslar hazırlanıb, layihə özəl və dövlət əməkdaşlığı üçün açıqdır. Ümid edirəm ki, burada təmsil olunan ölkələrin şirkətləri layihəyə maraq göstərəcək”,- deyə erməni prezident müraciət edib. Erməni prezident bu dəmir yolu vasitəsi ilə Avrasiya İttifaqının Hind okeanına çıxacağını iddia edib.
Serj Sarkisyan ŞƏT-in Ufa sammitində Vladimir Putinin dəstəyinə ümid edir .
Amma sammit iştirakçıları Serj Sarkisyanın bu təklifinə heç bir reaksiya verməyiblər. Hər halda, iddia bir qədər gülünc görünür - Avrasiya İttifaqının əsas ərazisindən kənarda qalmış və dalana dirənmiş Ermənistanın isti dənizlərə çıxmaq arzusuna görə heç kim çox milyardlıq layihəyə pul xərcləməz.
Ufa sammitinin əsas sualı: Ermənistanın yeri hardadır?
Serj Sarkisyan isə məhz Hind okeanı hövzəsinin Çin və Hindistan kimi iri ölkələri ilə əlaqələri yaxşılaşdırmaq üçün hələ 2012-ci ildən onların təmsil olunduğu Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi üzv olmaq üçün ərizə verdiyini vurğulayıb.
Erməni iqtisadçılar isə Serj Sarksiyanın ŞƏT-ə daxil olmaq niyyətinin arxasında Çindən sərmayələr cəlb etmək istəyinin durduğunu vurğulayırlar. Yəni məqsəd aydındır - Çin biznesmenlər Ermənistandakı işsiz kütlədən istifadə edərək İrəvanda, Gümrüdə, Vanadzorda “kiçik çinlər” qura bilərlər. Adətən belə istehsal zonalarında işçilər qul kimi işlədilir, məsələn, bir uşaq donunun tkintisinə 1 dollar pul ödənir. Ən mahir dərzi gün ərzində 2 və ya 3 don tikə bilir ki, aylıq qazancı 100 dolları keçmir. Çin iş adamlarının bu cür yanaşmasının səbəbləri aydındır - Avropada 3-4 dollara satılan məhsula artıq pul vermək rentabelli deyil. Amma bu, erməni şəhərlərində müşahidə edilən kütləvi qadın işsizliyini aradan qaldıra bilərdi.
Amma Çinin də sərmayə qoyuluşu ilə bağlı öz siyasəti var. 2013-cü ilin sentyabr ayında Pekində Ermənistan baş naziri Tiqran Sarkisyan ilə görüşmüş Çin baş nazir Li Kesian sərmayə qoyuluşlarında məqsədlərinin ölkəsinin istehlak bazarının artan tələbatını ödəmək olduğunu vurğulayıb. Yəni Ermənistandakı sərmayə qoyuluşları Çin bazarını ucuz istehlak malları ilə təmin etməyə xidmət etməlidir ki, erməni iqtisadçılar bunu mümkünsüz sayırlar.
İqtisad elmlər doktoru Tatul Maneseryan hazırda Ermənistandan Çinə çox az miqdarda konyak göndərildiyini vurğulayır. Amma iqtisadçı bu məsələdə çox pessimit görünür: “Çin bazarına çıxmaq indi çox çətindir, çünki hamı ora can atır”.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Atalığa namizəd olanlara təsir edən sindrom
Avropanın ən böyük vulkanı püskürdü
Ən yeni dəniz canlıları
Gənc yaşda milyarder olmağın yolları
2018 yay gəlinlik modelləri
Yapon alimlərindən bir ilk
BÜRCLƏR bizə nə vəd edir?-13 Sentyabr
Tənbəlliyin bilinməyən faydaları
Bergüzar bacısına qadağa qoydu
Onlar 200 kiloqram arıqladılar - FOTO
Yaşınıza uyğun ətriniz
Ən qoca əkizlər dünyasını dəyişdi
Prezident Cıdır düzündə çay içib - VİDEO
Bakıda inanılmaz dükan: Nə alsan, 1 manata...
Bu il Azərbaycana yarım milyon ərəb gəlib
Meydana atılan modelə höküm oxundu
İstanbul Universiteti koronavirusun yeni müalicə metodunu tapdı - ABŞ hərəkətə keçdi
Ermənistan klubuna transfer olunan azərbaycanlı futbolçu danışdı
ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"
Ömrü uzun olanın döşəyi…
Bella Hadid yeni FOTOsessiya etdirdi
Qrip bizə ən çox necə keçir?
Alimlər koronavirus peyvəndini öz bədənlərində sınayıblar - İDDİA
Yağışlı günlərdə axmayan makiyaj
İmtahanda maksimum nəticə göstərən abituriyent qızlar barədə bilmədiklərimiz
HAVA necə olacaq?
Bu gecə 17 kəndimiz atəş altında olub
Burakı bu FOTOsuna görə ona bənzətdilər
COVID-19-a yoluxduqdan sonra yaranan yaddaş probleminin səbəbləri açıqlanıb
Günəşdə qəfil qasırğa
Əriştə şorbası (foto-resept)
Dostunuz sizə öz zəif əsərini veribsə nə etməli? - ZƏMANƏTLİ RESEPTLƏR
Dustaqların hansı hüquqları var?
Hikmət Hacıyev və Hüseyn Mahmudovdan vacib AÇIQLAMA
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanuna dəyişiklik edildi
Azərbaycanda daha 18 nəfər koronavirusdan öldü: 1395 yeni yoluxma
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Uşağı övladlığa hansı şərtlərlə götürmək olar?
Azərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasına icazə verildi - RƏSMİ + VİDEO
Nazirlər Kabineti rəsmisi: “Aprelin 20-dən sonra...” - VİDEO
Ev tikmək istəyənlərə şad xəbər:şərtlər dəyişdi
Daha bir təhlükəli virus peyda olub
Silahlı soyğunçuları saqqız və qəhvə qutuları ilə qovdu - VİDEO
Çinə 72 saat vaxt verildi - ŞOK TƏLƏB
Şumaxerdən xəbər var
Ancaq qadınların bildiyi hallar
Azərbaycanda daha 273 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
"Ermənistan gərginliyi ört-basdır etməyə çalışır"
Qoyun onlar yatsınlar
Azərbaycanda kino nümayişində reklam YASAQLANDI
