Qadin.NET / Erməni gülləsinə tuş gələn 3 yaşlı Zəhra: "Onların hamısını öldürəcəm"

Erməni gülləsinə tuş gələn 3 yaşlı Zəhra: "Onların hamısını öldürəcəm"

Erməni gülləsinə tuş gələn 3 yaşlı Zəhra: "Onların hamısını öldürəcəm"
Dünən toy mağarının atəşə tutulması ilə yaralanan şəxslərdən xəbər var.

"Mən toya getmişdim, məni vurdular".Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri ötən gün düşmən gülləsinə tuş gələn 3 yaşlı Zəhra Əliyeva deyib.Hələ 3 yaşı olmasına baxmayaraq, Zəhra artıq dəfələrlə ölüm qorxusunun nə olduğunu yaşayıb. Hər gün güllə səsləri, hər an ölüm qorxusu balaca qızcığazın demək olar ki, gündəlik yaşam tərzidir. Dünən isə nənəsi ilə toya gedən Zəhra düşmən tərəfin atdığı gülləyə tuş olub. Özü ilə ölüm gətirən güllə bu dəfə onun balaca dünyasından yan keçib. Balaca Zəhra o anları çətin ki, unuda bilsin: "Mən toya getmişdim, orada yemək yedim. Atdılar, gəldi başıma dəydi, onların hamısını öldürəcəm. Nə olduğunu anlamadım. Güllə səsi eşidiləndə yaralandığımı gördüm".Erməni tərəfin cəbhənin Tətrətin Qapanlı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində yaralanan 3 nəfər dinc sakindən biri dı Mədinə Əhmədovadır. Güllə onun sağ qoluna dəyib. Hadisə şahidlərinin köməkliyi ilə o, Tərtər xəstəxanasına yerləşdirilib. Güllə yarası yüngül olsa da, əməliyyat bir neçə saat davam edib. Mədinə Əhmədova deyir ki, bu anlar həyatının sonuna kimi yadindan çıxmayacaq:"Əvvəlcə nə olduğunu anlamadım. Qolum keyiməyə bağladı. Uşaq başını tutub ağladı, bacım yerə yıxıldı. Bu zaman güllə səsi gəldi. Artıq qolumun nədən keyləşdiyini başa düşdüm. Güllə mənə də dəymişdi. Özüm bir yana, uşaqdan çox qorxdum. Başının qanamasını görəndə dilim-ağzım qurusun, elə bildim, Zəhraya nəsə olub. Sonra xəstəxanaya gətirdilər və dedilər ki narahat olma, balaca yaxşıdır. Bir neçə saat davam edən əməliyytdan sonra özümü yaxşı hiss etdiyim üçün evə buraxıldım. Həkimlər sağ olsun, indi yaxşıyam.Digər yaralı, Müşkinaz Tanrıverdiyevanın vəziyyəti nisbətən ağır olduğundan o, Bərdə mərkəzi xəstəxanasına, oradan isə Bərdə Müalicə Diaqnostika mərkəzinə yerləşdirilib. Müşkünaz xanımın sol böyründən dəyən güllə daxilə nüfuz edərək onun daxili orqanlarına ciddi ziyan vurub. Gülləni Müşkünaz xanımın bədənindən çıxarmaq həkimlər üçün o qədər də asan olmayıb. 6 saata yaxın davam edən cərrahiyyə əməliyyatından sonra güllə onun bədənindən çıxarılıb. Çətinliklə danışan Müşkünaz xanım yaşamını bərpa etdikləri üçün "həkimlərə təşəkkür edirəm" deyə bildi. Həkimlərin bildirdiyinə görə, hazırda reanimasiyada olan yaralının vəziyyəti stabil-ağır olaraq qalır.

Mənbə: Milli.Az

 

3 sentyabr 2015
GO BACK