Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışında iştirak ediblər.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdilər.
Mərkəzin direktoru Günel Rzayeva burada yaradılan şərait barədə məlumat verdi. Paytaxtın Üzeyir Hacıbəyli və Qoqol küçələrinin kəsişməsində yerləşən bu mərkəzin sahəsi 2500 kvadratmetrə yaxındır. Fəaliyyətində əsas məqsədi mütaliəyə marağın artırılması olan Bakı Kitab Mərkəzində Azərbaycan və digər dillərdə dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitablar, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq. Mərkəzdə ümumilikdə, oxucular Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ispan və ərəb dillərində nəşrlər də əldə edə bilərlər.
Mərkəzin layihəsi üzərində işlənilərkən kitabsevərlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, burada asudə vaxtlarını xoş keçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib. Kitab satışı ilə bərabər, burada "Coffeemood" adlı kafe də fəaliyyət göstərir. Qonaqlar kafedə istirahət edərkən Mərkəzdə təqdim olunan kitab və jurnallarla tanış ola biləcəklər. Beləliklə, şəhər mənzərəsinə açılan pəncərələrin önündə çay süfrəsi arxasında mütaliə kitabsevərlərə xüsusi zövq verəcək.
Kitab Mərkəzinin qonaqları burada müxtəlif nəşrlərlə yanaşı, "I love Baku" milli brendinin Azərbaycana dair suvenirləri və "Azərmarka"nın məhsullarını da əldə edə biləcəklər.
Mərkəzdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar veriləcək. Eyni zamanda, kitabsevərlər sensor ekranlarda mərkəzdə satılan kitablar haqqında da məlumatlar alacaqlar. Burada, həmçinin oxu zalı, elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşəsi var.
Görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulan məkan kitabsevərlərin ixtiyarına veriləcək.
Burada mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçılar, şairlər, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri olacaq. Bundan başqa, mərkəzdə uşaq və yeniyetmələrdə mütaliəyə marağı artırmaq üçün tanınmış şəxslərin iştirakı ilə oxu günləri, dil kursları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bakı Kitab Mərkəzinin 3 dildə saytı fəaliyyət göstərəcək və oxucular bu internet səhifəsi vasitəsi ilə kitablar sifariş edə biləcəklər.
Bakı Kitab Mərkəzində oxuculara Heydər Əliyev Fondunun ayrı-ayrı sahələr üzrə nəşrləri də təqdim edilir. Fondun ulu öndər Heydər Əliyev, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, görkəmli şəxsiyyətlərimiz haqqında bir-birindən maraqlı nəşrləri müxtəlif dillərdə ölkəmizin təbliği baxımından mühüm rol oynayır.
Azərbaycanda vaxtilə kitaba böyük maraq göstərilib, mütaliə sevənlərin sayı isə digər ölkələrlə müqayisədə dəfələrlə çox olub. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi intellektual səviyyəni yüksəltmək, bilik və savad almaq üçün ən mühüm şərt olan mütaliə etmək kimi ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək kimi vacib məsələyə böyük töhfə verir. Bu mərkəzin istifadəyə verilməsi kitaba marağı yenidən bərpa etməklə yanaşı, eyni zamanda, uşaq və yeniyetmələrdə kitaba olan sevgini artıracaq, onlara mütaliə etmək vərdişləri aşılayacaq. Bütün bunlar gənc nəslin bilikli, savadlı və yüksək intellektual səviyyədə yetişməsinə xidmət edir ki, bu məsələyə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər ƏLiyev Fondu xüsusi diqqət yetirir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nizami Gəncəvinin 1941-ci ildə nəşr olunmuş "İsgəndərnamə" əsəri və Dubrovinin 1866-ci ildə çap edilmiş "Zakavkazye" adlı tarixi əsərinin siqnal nüsxələrinə baxdılar.
Mərkəzlə tanış olan dövlətimizin başçısı və xanımı Bakı Kitab Mərkəzinin fəaliyyətinə uğurlar arzuladılar.
XƏBƏR LENTİ
Boksçumuz erməni rəqiblə üz-üzə
Şagirdlərin qiymətləndirilməsi ilə bağlı yeni layihə hazırlandı - RƏSMİ
Yanan binanın aqibəti necə olacaq?
Hakerlər “Eurovision”un yayımına müdaxilə ediblər
Uşaqların oyun asılılığına qarşı 7 tövsiyə
Uşaqlara neçə yaşında telefon alınmalıdır?
Türkiyədə qış vaxtına keçid təxirə salındı
Mağaradan malikanə düzəltdi - Bir gecə üçün 950 dollar kirayə pulu alır
Bir kənddə 8 müəllim koronavirusa YOLUXDU
BÜRCLƏR bizə nə vəd edir? - 3 APREL
Symantec-in gəlirləri azalır
Perunun yeni prezidenti məlum olub
Məşhur aktyor infarkt keçirdi
Ağdərənin işğalından 27 il ötür
Sadə manikür
Yumurtanın faydaları
Azərbaycanda daha 67 nəfərin koronavirusa yoluxdu- RƏSMİ
Onlar köpək balığından da təhlükəlidirlər
“Skype”da rus dilinə tərcümə funksiyası yaradıldı
XƏBƏRDARLIQ: Bu ərazilərdə ev tikməyin
Zövqlü hörük modelləri
Souslu kotlet (foto resept)
Dünya çempionatı: İtaliya və İngiltərəni evə göndərdilər
Vasif Talıbov "4 günlük" müharibədə şəhid olanların ailələrinə mənzil hədiyyə etdi
Süfrəmizdə iştahla yediyimiz insan saçı
Dişlərə ziyan verən vərdişlər
Gəlinciklər təbii makiyajla necə görünər?
Avropada müsəlmanlarla bağlı şok qərar
Uşaqlarda nitq qabiliyyəti
Fəxriyyə Xələfova ilin dəbdə olan rəngləri haqda
Ali məktəblərə distant təhsil üzrə tələbə qəbulu niyə aparılmır?
Rihannanın yeni sevgilisi var-FOTO
Ballı, badamlı krep (foto-resept)
Teledərslərin sabaha olan cədvəli açıqlandı - FOTO
Bakının mərkəzində yol kənarı sökülür
Körpə bezlərinə sensor gəlir
Demi Mur ETİRAFları ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur alimdən XƏBƏRDARLIQ:"Dronla qətil"
Səhər əzginliyinin səbəbi müəyyən edilib
Cizgi filmlərinin valideynləri narahat edən məqamları
Azərbaycanda yaşayan əcnəbilərin sayı məlum oldu
Ermənistana məxsus daha bir PUA məhv edilib
Qış gəldi - harada dincələk?
Zinət əşyaları - qadın gözəlliyinin sirridir
Uşaqlı ailələr ev təmizliyində nəyə diqqət etməli?
Avropa ən yaxşı maşınları seçir
Dünyada ilk dəfə qorillalarda koronavirusa yoluxma qeydə alınıb - VİDEO
Rövnəq Abdullayev: "Çinin Milli Neft Korporasiyası OGPC layihəsinə payçı kimi qoşula bilər"
Azərbaycanda UNİKAL ƏMƏLİYYAT: "Öləcək", - dedilər, artıq 3 aylıqdır - FOTO
Bakıda 64 yaşlı qadın əkiz anası oldu-FOTO















- ŞƏRHLƏR