Bakı-Sumqayıt yolunda böyük tıxaclar başlayıb. Əsas yol bağlanıb, şəhərə gəlmək istəyən maşınların qeydiyyatı yoxlanılır.
Sürücülər deyirlər ki, onlar uzun müddət tıxacda gözləməli olublar. Hətta taksi tapmaqda belə çətinlik çəkənlər olub.
Bu hal iyunun 12-də Bakıda başlanacaq 1-ci Avropa Oyunları ilə əlaqədar, yük maşınlarının və rayon qeydiyyatında olan maşınların Bakıya girişinin qadağan edilməsi ilə bağlıdır.
Sürücü Pərviz Misirov BBC-yə onun üçün çox çətin olacağını deyir. "Çox vaxt yükü şəhərə gətiririk. 6 ildir "KamAZ" sürürəm, ailəmin dolanışığı ancaq bu maşından çıxır. Əgər şəhərə buraxılmasaq, məcburuq rayonlarda iş axtaraq, onda da ev kirayələməliyik ki, bu da sərf etmir".
Bəzi məlumatlara görə, qadağanın tətbiq edilməsi üçün Azərbaycanın bölgələrindən də yol polisi əməkdaşları Bakıya ezam ediliblər.
"Qərar düzgündür"
Millət vəkili Aydın Mirzəzadə qəbul edilmiş qadağa qərarını düzgün hesab edir. O, qaydalarda heç bir hüquq pozuntusunun olmadığını bildirir.
"Bakıda böyük beynəlxalq tədbir keçiriləcək. Şəhər onsuz da əhalinin sıx yaşadığı bir yerdir. Qərar isə müvəqqətidir. Alternativi olmayan qaydalar olsaydı, hüquq pozuntusu olardı. Həmin maşınların saxlanılması üçün ödənişsiz dayanacaqlar fəaliyyət göstərir, insanlara xidmət edən əlavə vasitələr var. İnsanların digər hüquqları qüvvədədirsə, hüquq pozuntusu yoxdur", - millət vəkili deyir.
Dövlət Yol Polisi əhaliyə məsləhət görüb ki, "müasir, komfortlu ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər". Ancaq BBC Azərbaycancaya danışan şahidlər, alternativ nəqliyyat vasitələrinin olmadığını və ya məhdud və əziyyətli olduğunu bildirib."Bu ilk günün problemidir və müvafiq strukturlar bu problemləri qısa zamada həll etmək iqtidarındadırlar", - Aydın Mirzəzadə belə hesab edir.Hüquqşünas Ərşad Hüseyn tətbiq edilmiş qaydaların qanunsuz olmadığını bildirir."Bakı Şəhərinin Nəqliyyat İnfrastrukturunun İnkişafı ilə bağlı proqram 2007-ci ildə qabul olunub. Orada aydın şəkildə göstərilir ki, günün müxtəlif saatlarında 5 tondan artıq yük daşıyan avtomobillərin şəhərə girişi məhdudlaşdırılsın. Buna görə yük maşınları ilə bağlı qərar başadüşüləndir. Əsas problem minik maşınları ilə bağlıdır ki, burada da qadağa tətbiq edilməsi doğru deyil. Yaxşı olardı ki, bu qaydalar tövsiyyə xarakteri daşısın".
Ancaq o, ictimai nəqliyyatın yararsızlığının əsas problem olması fikrilə razılaşır.
"İnanın, əgər Bakı-Sumqayıt arasında ictimai nəqliyyat ideal olsaydı, hər kəs ondan istifadə edərdi. Ümumiyyətlə, görülən tədbirlər bir-birini tamamlamalı idi".
Millət vəkili Fazil Mustafa deyir ki, bu, nəqliyyatın doğru tənzimlənməməsindən irəli gəlir və yanlış addımdır: "Vətəndaşların iş prosesinin pozulmaması üçün kompensasiya düşünmək lazımdır. Yoxsa onlar bir ay işləməsələr, müflisləşərlər".
Rəsmi bəyanat1-ci Avropa Oyunlarının keçirildiyi müddət ərzində Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədi ilə iyun ayının 1-dən 30-dək paytaxt ərazisinə yük avtomobillərinin daxil olmasına tam, digər nəqliyyat vasitələrinin hərəkətinə isə müəyyən məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulub, Dövlət Yol Polisinin rəsmi bəyanatında deyilir.
Təhlükəsizlik tədbirləri artırılıb
Avropa Oyunlarının keçiriləcəyi günlərdə şəhərdə təhlükəsizlik tədbirləri əvvəlkindən daha sıx qorunacaq. Elə yarış iştirakçılarının hərəkət zolağının ayrılması da təhlükəsizlik tədbirlərinin bir hissəsidir.Mayın 29-dan bu günə qədər paytaxtda quraşdırılan kameralar vasitəsilə ilk Avropa Oyunlarına görə çəkilmiş sarı zolaqlara keçməklə qaydanı pozan 1500-dən çox sürücü qeydiyyata alınıb.Onların əksəriyyəti qaydanın tətbiq olunduğu ilk günlər müəyyən edilib. Bakı Şəhər Dövlət Yol Polisindən anspress-ə verilən məlumata görə, mayın 29-da 600, 30-da 350, 31-də isə 300 sürücü sarı zolağa daxil olub. Bundan başqa, kameraya düşməyən, lakin yol polisləri tərəfindən qeydə alınan qayda pozan sürücülər də var.Miqyasın bu qədər böyük olması sürücülərin yeni qayda haqqında məlumatsız olması ilə yanaşı, yeni zolaqlarla bir qədər daralan yollarda sıxlığın yaranması və qanunsuz parklanma ilə də əlaqədardır. Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, belə hallar ilk günlər daha çox yaşanırdı. Artıq hamı yeni qaydadan xəbərdardır və cərimələnmələrin sayı xeyli azalıb:"Zolaq çəkiləndə bunu görə bilərdiniz. Amma zolaqlarla bağlı nişanlar qoyulandan sonra digər nəqliyyat vasitələrinin hərəkəti qadağan edildi. Və zolaqların ətrafındakı bütün parklanma yerlərinin hamısı yığışdırıldı".Kamran Əliyevin sözlərini paytaxt yollarında müşahidə etdiyimiz mənzərə də təsdiqlədi. İlk Avropa Oyunları ilə əlaqədar tətbiq olunan yeni qaydanın qüvvəyə mindiyi 5 gün ərzində yol kənarında qeyri-qanuni parklanma, demək olar ki, yığışdırılıb. Bu da bir zolaqda sürücülərin normal hərəkətinə şərait yaradıb.Lakin pik saatlarda birzolaqlı hərəkət sıxlığa səbəb olur. Buna görə də sürücülərə öz şəxsi avtomobillərindən maksimum az istifadə etmək tövsiyə olunur.... Bakı ölkə tarixinin ən önəmli idman tədbirlərindən birinə hazırlaşır. 1-ci Avropa Oyunları, sadəcə, idman turniri deyil. Turnirin adından da görüldüyü kimi, Azərbaycan "qoca qitə"nin geosiyasi maraqlar prizmasında olan ölkə statusundan çıxaraq, hadisələrə bilavasitə təsir edən və özünü Avropaya tanıdan ölkə olub.Özünü tanıtmaq üçünsə ölkənin ilk əvvəl özünü tanıması gərəkdir.Bunu biz etdik və 1-ci Avropa Oyunları ilə bağlı müvəqqəti narahatlıqlar bundan sonra geosiyasi müstəvidə bizi gözləyə biləcək çətinlikləri önləyirsə, şikayətlənmək sırf emosionallıq təsiri bağışlayır.Nəqliyyat vasitələri üçün Bakıya giriş - yenə də təkrarlayıram - müvəqqəti olaraq çətinləşib. Amma bu "problem"dən çıxış çox asandır: keçiriləcək tədbir hər birimizin yaxın və uzaq perspektivdəki rifahımıza yönəlib.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Hercai"də QALMQAL-FOTO
Uşaqlar zəhərlənərkən nə etməli?
Müəllimlərin peşə standartları hazırlanacaq
Qeyri-adi piyada keçidləri
Borcluları gözləyən cəza - problemdən çıxış yolları
Hava haqqında
Elza Seyidcahan deputatlığa namizəd oldu
Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
Stil ikonum - Hadisə
Çil-çıraqlar
Mərci küftəsi (foto resept)
Əmlak bazarında qiymətlər
Rus Dili dərs-18
“Stress çarxı”ndan sonra daha bir aksessuar satış rekordları qırdı - FOTOLAR
Oturub qalxdıqdan sonra dizləriniz ağrıyırsa...
Nəhəng pişik: uzunluğu 1 metr, çəkisi 13 kq - FOTO
Şuşa məscidindən ən son FOTOlar
“Ağıllı” bilərzik sahibinin qayğısına qalacaq
Gül kələmi salatı (foto-resept)
Hər 40 saniyədə bir nəfər intihar edir
Nüsret evlənir?-FOTO
MHP: Erməni diasporu "soyqırım" idialarından siyasi podium kimi istifadə edir
Çörək haqqında gələn xəbərlər
Lerikdə plov festivalı keçirilir
Apple ödəmə xidməti olacaq
Dəbli divar kağızları(2)
O, məzhəb davasını uğurla həll etdi
Emrah son dəfə oxuyacaq!
Gülben Ergen kameralardan yayına bilmədi-FOTO
Şahzadə hər kəsi heyran edir-FOTO
Tələbə qəbulu qaydalarına dəyişiklik edilib
Səhər yürüyüşlərinin sağlamlığa 4 faydası
Pəhrizsiz arıqlamağın 10 yolu
Sezonun trendi: Yumşaq dəri
Nazirlikdən ermənilərin Kəlbəcərdə nadir ağaclara qarşı ekoloji terroru ilə bağlı AÇIQLAMA
Dadlı poğaça (foto resept)
“Facebook” istifadəçilərə pul verəcək
Klaç çanta modelləri
Samsung Galaxy S9 haqqında ilkin məlumatlar
İnsanın hərəkətlərini qeydə alan futbolka yaradılıb
Britni Spirsin evi yandı
Vilayət Eyvazovdan yeni TƏYİNAT - ÖZƏL
İsti havalarda tərlətməyən saç modelləri
Quru saçlar üçün maska
Sızanaq izlərini yox edən maskalar
Sabah bu ərazilərdə SU OLMAYACAQ
Mətbəxdə işinizi asanlaşdıracaq üsullar
Habil Əliyevdən son xəbər
Sinoptiklər xəbərdarlıq edirlər: Azərbaycanda temperatur yüksələcək, ancaq...
Region televiziyalarında "Bizim Yeni il"















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]